Dağlardan aşdım

Azərbaycan xalq mahnılarının əksəriyyəti aşıq yaradıcılığının törəməsidir. Elə xalq mahnıları var ki, melodik tərkibi eynidir, sözləri və ritmi fərqli. Örnəyi, “Sarıköynək”, “Dağlardan aşdım” və “Çalpapaq” mahnılarının melodik tərkibi eyni, ancaq “Sarıköynəy”in ritmi iti, digər 2 mahnının ritmi isə astadır.

Dağlardan aşdım, düzə qoymadılar,
Bəzəndim, gəldim, sizə qoymadılar.

Nəqərat:
Ay yar, sənə mən aşiq,
Dildar, sənə mənə aşiq,
Ay qız (yar), özüm də sənə aşiq,
Gözüm də sənə aşiq.

Eşitmişəm, təzə paltar almısan,
Saçlarına güldən cığa salmısan.

Gəldim axşamüstü görəm, yar, səni,
Ürəyim çırpınır, arzular səni.
 
 
 

0 şərh