Ay vətən oğlu

Mus: Niyaməddin Musayev

Dolanım boynuna Qarabağımda,
Düşmən at oynadır Araz boyunca,
Qəlbim qan ağlayır bu gənc yaşında,
Gəl, boyuna qürban, ay Vətən oğlu.

Şuşa yaylağını sis, duman aldı,
Xan bülbülümün gözləri doldu,
Topxana meşəsi saçını yoldu,
Gəl, boyuna qurban, ay Vətən oğlu.
Dövran başımıza gör nələr edir?
Gəl, boyuna qurban, ay Vətən oğlu.
Göyçəm, Zəngəzurum əldən gedibdir,
Gəl, boyuna qurban, ay Vətən oğlu.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh