Əlində sazın qurbanı

“Əlində sazın qurbanı” mahnısının melodiyası Maestro Niyazi tərəfindən simfonik muğam-əsəri “Rast”da istifadə olunmuşdur.

Əlində sazın qurbanı,
Eyləmə nazın, qırbanın!
Olum (Ollam) o gözün qurbanı!

Nəqərat:
Öldürmə məni, ey!
Yandırma məni, ey!
Dur, gəl naz ilə, Nazilə, a gülüm,
Söhbət-saz ilə, saz ilə…

Nə baxırsan yanı-yanı,
Olum o gözün qurbanı!
Əvvəlki məhəbbət hanı?

Böylə şümşad barmaq olmaz,
Ləbin kimi qaymaq olmaz,
Yarım, səndən doymaq olmaz!

Əlimdə narınc çağlaram,
Gülab ilə tel yaşlaram,
Getsən, gileylik başlaram.
 
 

0 şərh