Laylay, bala, laylay

Mən gəlirdim, yarım çıxdı, ay balam, qarşıma,
Sevdim onu, nələr gəldi başıma!

Nəqərat:
Lay-lay, bala, lay-lay,
Körpə quzu (Lay-lay, quzu), lay-lay.

Kəcavələr düzüm-düzüm, ay balam, düzüldü,
Axşam oldu (yuxum gəldi), ala gözlər, ay balam, süzüldü.

Xeyli vaxtdır, əmanəti,, ay balam, məndədir.
Saxlaya bilmirəm, gözüm, ay balam, səndədir.
 
 

0 şərh