Dedim, bir busə ver

Dedim: – Bir busə ver,
Xanım, amandır!
Dedi: – Vermərəm, vermərəm,
Vermərəm, vermərəm,
Ay, halım yamandır.

Dedim: – Gəl yanıma,
Gəl yanıma, qadan canıma!
Dedi: – Gəlmərəm,
Gəlmərəm, gəlmərəm,
Məgər zamandır?!..

Dedim: – Neyləmişəm,
Neyləmişəm, küsmüsən məndən?
Dedi: – Küsmərəm,
Küsmərəm, küsmərəm,
Küsmək ziyandır!..
 
 

0 şərh