O sürməli gözlərin

O sürməli gözlərin,
Şirin-şirin sözlərin,
Təbiətin əliylə
Çəkilib sürmələrin.

Əlinə ayna al – gör, nə məlahətlisən,
Qədir bilən yanında dünyadan qiymətlisən.

Mən aşıq xalı neylər?
Gözəl qız xalı neylər?
Sən tək yarı olan kəs
Dünyanın malı neylər?

Başında var şal bunun,
Üzündə var xal bunun,
Bir dəli şeytan deyir,
Dur, qadasın al bunun!
 

0 şərh