Uşaq Mahnıları

 

Əziz Ana, can Ana 

Musiqi: Oqtay Zülfüqarov
Söz:  Oqtay Zülfüqarov
 
 Əziz ana, can ana,
Gözəl mehriban ana!
Böyütdükcə bizi sən
Dən düşür saçlarına.
Halal südün təmizdir,
Müqəddəsdir diləyin.
Qəlbimizlə bir vurur
Sənin ana ürəyin.
Qəhrəmanlar anası,
Sevimli, əziz qadın.
Bizim ana Vətənlə,
Qoşa çəkilir adın.

 usaq mahnilari

Kəndimiz

Söz: Zeynal Cabbarzadə
Musiqi: Tofiq Quliyev
 
Yurdum, yuvam, ey əziz kəndimiz,
Azad, abad, ay gözəl kəndimiz.
Gözəl olur səndə yay, qış, bahar...
 
 
Yaşıl meşəli, ömrüm nəşəli
Sevirəm səni, gözəl kəndimiz...
 
 
Quşlar-quşlar nə gözəl oxuyur,
Bəh — bəh, bəh — bəh nə gözəl oxuyur
Yaşıl, əlvan, sarı çiçəklərin...
 
 
Qarlı dağların, barlı bağların,
Sevirəm səni, gözəl kəndimiz...
 

Can nənə  

 
 Sözləri: Teymur Elçin
Musiqisi: Oqtay Zülfüqarov
 
Baxdı mənə,
Güldü mənə.
Can nənə,
Can nənə,
Can nənə.
 
Sevir məni,
Mən nənəmi.
Can nənə,
Can nənə,
Can nənə.
Can nənə.
 

Kukla 

Söz Cahangir Məmmədovundur
 
Ay uzunsaç, qaragöz,
Ağıllı kuklam mənim!
Gəl “Əlifba” oxuyaq,
Sən şakird ol, mən müəllim.
 
Bir de görüm “A”,
Ay gözəl kukla!
Yoxsa səninlə
Danışmıram ha...
 
Atam alıb mənimçün,
Rəngli qələm və dəftər.
Kitabımda var budur
Gözəl-gözəl şəkillər.
 
Ağzını aç sən,
Gözləyirəm mən
Nə tənbəl qızsan,
Niyə dinmirsən?
 
Oxumağı, yazmağı
Öyrənmişəm bacımdan.
Dərsə gedəndə mən “beş”
Alacağam hər zaman.
 
Asan bir hərfi
Sən bilmirsən ki
Incimə, kukla,
Alırsan “iki”!
 
Bax..Kim dərsini bilməsə alacaq iki.

Günəş olaram mən də

Musiqi: Hökümə Nəcəfova 
Sözləri: Xanımana Əlibəyli 
 
Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
 
Qoy gətirim ləyəni,
Su tök, yuyundur məni.
Ay ana, böyüyəndə
Günəş olaram mən də.
 
Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Lap istisində yayın
Çimir içində çayın.
 
Qoy gətirim ləyəni,
Su tök, yuyundur məni.
Ay ana, böyüyəndə
Günəş olaram mən də.
 
Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Odur ki, parpar yanır,
Hər tərəf işıqlanır.
 
 

Göy qurşağı

 Musiqi: Camal Qurbanov
 Söz: Laelia
 
Rəngləri birlikdə öyrənək, 
Göy qurşağından rəng seçək,
Qırmızı, sarı, yaşıl, 
mavi, göy, bənövşəyi
Yeddi rəngli möcüzə,
sevinirik gördükcə.
 
Göy qurşağının rəngləri
Vardır gözəllikləri.
Qırmızı incə lalə,
Sarı günəştək saçır.
Yaşıl dəniz yosunu
Mavi ləpədən qaçır.
Göy tutuquşları da 
Bənövşələrə qonur.
Bizim sehirli dünya
Möcüzələrlə dolur.
 
İndi sən söylə,dostum,
Hansıdır sevdiyin rəng?
Qırmızı, sarı, yaşıl, mavi, göy ,bənövşəyi?
Bütün rənglər al-əlvan
Sevinirik biz hər an.
 
Hansı rəngi unutdum?
Bəli! Narıncı rəng bu!
Narıncı portağallar
Afərin sizə, dostlar.
 
 
 

Gözəl Vətən 

 
Sözlər: Oqtay Zülfüqarov 
Musiqi: Teymur Elçin 
 
Oxuyuruq, nəğməmiz
Uzaqlara yayılsın,
Səsimizdən hər tərəf
Tez yuxudan ayılsın,
 
Gözəl vətən, can vətən,
Bizə mehriban vətən.
 
Qarlıdır,vüqarlıdır
Papağı şiş dağların,
Barlıdır, baharlıdır
Tarlaların, bağların.
                  
Gözəl vətən, can vətən,
Qoynu gülüstan vətən.
 
Sən xoşbəxt böyüdürsən
Bizi hər gün, hər saat.
Daim ucalaq deyə
Bizə verirsən qanad.
 
Gözəl vətən, can vətən,
Hər gün ucalan vətən.
 
Yığışdı bizim evə
Dovşan, keçi, qaz dəvə.
Qızıl xoruz çaldı saz,
Nəğmə oxudu naznaz.
 
Gətrdim iki tava
Şəkərbura, paxlava.
Yeyin, oyuncaqlarım,
Ay əziz qonaqlarım.
 
Axşamacan qaldılar,
Oynadılar, çaldılar.
Çox sevinə-sevinə
Hərə getdi evinə.
 
 

0 şərh