Ala gözlüm

Musi: Emin Sabitoglu. söz: Nigar Rəfıbəyli

Ala gözlüm, səndən ayrı gecələr,
Bir il kimi uzun olur, neyləyim?
Bağçamızda qızıl güllər hər səhər,
Tezdən açır, vaxtsız solur, neyləyim?

Nəq.:

Çiçəklərin çəkir gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar,
Həzin-həzin yada salır, neyləyim?
 
Nərgizlərin gözü yolda qalanda,
Bənövşələr baxıb boynun buranda,
Qərənfilin gözü yaşla dolanda,
Yasəmənlər saçın yolur, neyləyim?

Tez gələsən, bəlkə əlac edəsən,
Sünbüllərin saçın yığıb hörəsən.
Çiçəkləri gəlib özün dərəsən,
Yolda qalıb baxışlarım, neyləyim?
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh