Falçı

Mus: Cavanşir Quliyev, söz: Bəxtiyar Vahabzadə
 
Tabım yoxdur bu dərdlərə,
Falçı, mənim falıma bax.
Bu günümdən xəbərdaram,
Sən sabahkı halıma bax.

Dünya özü bir tələdi,
Gah bağırdı, gah mələdi.
Yaman bizə zülm elədi,
Dünya adlı zalıma bax.

Dərd ələm məndə qışladı,
Həm daşladı, həm xışladı.
Üz-gözümiı naxışladı,
Gəl mənim cəlalıma bax.
 
Biləmmədim, axı nədən
Bu dərdləri mənəm çəkən.
Dəymişim budaqda ikən.
Sən tökülən kalıma bax.

Nəq:

Sanırdım ki, gün gələcək.
Müşkülümüz çözüləcək.
Üz güləcək, göz güləcək.
Puç olan xəyalıma bax.
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh