Falçı

Teymur Mustafayevin repertuarından
 
Gecə saat on iki idi
Falçı gəldi qapınıza.
Üç bacı üçünüz də
Baxdırınız falınza.

Nəq:

Falçı qardaş, mən ölüm,
Hansı qıza elçi gəlir.
Dili yanmış dedi ki.
Balaca qıza elçi gəlir.

Falçı qardaş, mən ölüm,
Balaca qızın falına bax.
Ağ üzündəki olan
Qara nihal halına bax.

Yanıram odlanıram
Bu qızların işlərinə.
Yaşı on beş olmamış
Qızıl taxır dişlərinə.

Ata-ana nə deyir.
Heç gəlməyir veclərinə.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh