Gec başa düşdün

Mus: Əlibaba Məmmədov, söz: Əliheydər Qənbər
 
Uzaqdan göründün nişanə kimi,
Dolandım başına pərvanə kimi.
Yalvardım səhərdən axşama kimi,
Heyif ki, sən məni gec başa düşdün!

Nəq:

Səni gəncliyimin taleyi bildim,
Axı sənin eşqinlə ağladım, güldüm.
Gündə neçə dəfə öldüm-dirildim,
Heyif ki, sən məni gec başa düşdün.

Odlandı ürəyim bir çıraq kimi,
Əridi şam kini, axdı yağ kimi
Oynatdın qəlbimi oyuncaq kimi,
Heyif ki. sən məni gec başa düşdün!

Nəq.:

Mən saydım, sən məni saya bilmədin,
Saxta xəyallardan doya bilmədin. .
Çırpınan qəlbimi duya bilmədin,
Heyif ki. sən məni gec başa düşdün!
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh