Yada sal məni - Mahnı sözlər

Yada sal məni

gedirəm bu axşam, gedirəm gülüm.
bilirəm gül üzün solacaq mənsiz.
gedirəm gəlməsəm qalacaq sevgim,
bəlkə də gözlərin dolacaq mənsiz.

yaşadır sevdalı bir xəyal məni,
gedirəm gəlməsəm yada sal məni.

bürüyüb göyləri indi çən, duman
torpaq dilə gəlib aman! ay aman!
vətən gözü yaşlı qalsa o zaman,
ay allah, sevgilim qalacaq mənsiz!

yaşadır sevdalı bir xəyal məni,
gedirəm gəlməsəm yada sal məni.



İfa: Mübariz Tağıyev
Söz: Piruz Dilənçi
Musiqi: Eldar Mansurov
 

0 şərh