Büdcə proqnozlaşdırılması

BÜDCƏ PROQNOZLAŞDIRILMASININ HÜQUQİ İQTİSADİ ƏSASI VƏ VƏZİFƏLƏRİ

İstənilən dövlətdə büdcə prosesləri büdcə qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasında büdcə qanunvericiliyi dedikdə Azərbaycan Respublikasının Konstitusiyası, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunu, “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq qəbul edilən dövlət büdcəsi haqqında qanunlar və digər normativ-hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərdə tutulur.

“Büdcə sistemi haqqında” ilk qanun 1 dekabr 1992-ci ildə qəbul edilmiş və 2002-ci ilə qədər öz hüquqi qüvvəsini saxlamışdır. Lakin, ölkədə aparılan iqtisadi islahatlar maliyyə sektorunda mövcud proseslərə əhəmiyyətli təsir göstərmiş və bu, büdcə və vergi məsələlərində öz əksini tapmışdır (Müvafiq qanunvericilik bazasının olmasına baxmayaraq, 1995-ci ilin büdcə göstəriciləri həmin ilinsentyabrında, 1996-cı ilin büdcəsi isə həmin ilin mart ayında qəbul edilmiş, 1995-ci ilin dövlət büdcəsinin icrası 1997-ci ilin mart [12], 1996-cı ilin dövlət büdcəsinin icrası isə 9 dekabr 1997-ci ildə qəbul edilmişdi). Bunun nəticəsi olaraq büdcə qanunvericiliyinin dövrün tələbələrinə uyğunlaşdırılması zərurəti yaranmışdı ki, bu baxımdan da mövcud qanunvericilikdəki boşluqları aradan qaldırmaq məqsədilə 18 may 1999-cu ildə Azərbaycan Respublikasının “Dövlət büdcəsi haqqında” xüsusi qanun qəbul edilmişdir. Qəbul edilmiş yeni qanun “Büdcə sistemi haqqında” qanuna kömək məqsədi daşıyırdı. Bu qanunun qəbul edilməsinə baxmayaraq “Büdcə sistemi haqqında” qanun qüvvədən düşmədi, lakin proseslərin tənzimləyici aləti kimi (“Büdcə sistemi haqqında” qanun) əhəmiyyətli sənəd funksiyasını itirdi. Paralel olaraq iki qanunun qüvvədə olması həmçinin ölkədə

bələdiyyə seçkilərindən sonra yeni yerli özünüidarəetmə orqanlarının yaranması, qanunvericilikdəki bir sıra boşluqlar, ölkədəaparılan iqtisadi islahatlar, maliyyə sferasında həyata keçirilən tədbirlər obyektiv olaraq, daha mükəmməl hüquqi-normativ sənədin hazırlanmasını zərurətə çevirdi. Bunun davamı olaraq 2 iyul 2002-ci ildə dövlət başçısı tərəfindən sayca ikinci olan “Büdcə sistemi haqqında” qanun imzalandı.

Hazırda qüvvədə olan “Büdcə sistemi haqqında” qanun 1 yanvar 2003-cü ildən qüvvəyə minmişdir (qanuna üç dəfə 13 may 2003-cü ildə, 3 dekabr 2004-cü il və 5 aprel 2005-ci ildə əlavə və dəyişiklər edilmişdir) və bu qanunun qüvvəyə minməsi ilə yuxarıda qeyd olunan iki normativ akt öz hüquqi qüvvəsini itirmişdir. Büdcə qanunvericiliyinin qeyd olunan mərhələləri bir-birindən müxtəlif cəhətlərinə görə fərqlənirdi. Məsələn, 1 dekabr 1992-ci il “Büdcə sistemi haqqında” qanun büdcəyə aşağıdakı kimi tərif verirdi: Büdcə dövlətin funksiyalarının həyata keçirilməsini təmin etmək üçün mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılmasının və ondan istifadə edilməsinin formasıdır. Hazırda qüvvədə olan qanunvericilikdə büdcə - Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədi kimi tərif verilir. Gördüyümüz kimi yeni tərif büdcənin mahiyyətini daha geniş mənada açır.

1 dekabr 1992-ci ildə qəbul edilmiş qanunda Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə büdcə məktubunun layihəsi (hazırkı, büdcə zərfi) təqdim edilirdi. Bu məktuba Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının əsas göstəriciləri, Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı, büdcə və vergi siyasətinin əsas istiqamətləri, respublika

büdcəsinin layihəsi, Azərbaycan Respublikasının birləşdirilmiş büdcəsinin layihəsi, Azərbaycan Respublikasının cari maliyyə ili üçün respublika və birləşdirilmiş büdcələrinin icrasının qiymətləndirilməsi kimi sənədlər daxil edilirdi.

“Dövlət büdcəsi haqqında” növbəti qanunda büdcə layihəsi ilə birlikdə Milli Məclisə təqdim edilən sənədlərin siyahısınındəqiqləşdirilməsi qanunvericiliyin təkmilləşdirilməsi kimi qəbul edilə bilərdi. Bu qanuna görə büdcə layihəsi ilə birlikdə cari ilin dövlət büdcəsinin icrasının vəziyyəti barədə hesabat, növbəti büdcə ili üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsi, Azərbaycan Respublikasının növbəti büdcə ili üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar, büdcə və vergi siyasətinin əsas istiqamətləri, Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı, dövlət büdcəsinə daxil olmayan məqsədli dövlət fondlarının

büdcələri haqqında qanun layihələri, büdcə təsnifatına uyğun olaraq növbəti büdcə ili üzrə dövlət büdcəsinin gəlirlərinin və xərclərinin məbləği, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər müzakirə olunmalı idi. Digər məqam, “Büdcə sistemi haqqında” 1 dekabr 1992-ci ildə qəbul edilmiş qanunda büdcənin vahidlik və müstəqillik prinsipləri aşağıdakı izahda verilmişdi:

Büdcə sistеminin vаhidliyi tənzimləyici mədахil mənbələrindən istifаdə еtmək, məqsədli və rеgiоnаl büdcə fоndlаrı yаrаtmаq, hаbеlə mаliyyə еhtiyаtlаrını müхtəlif səviyyəli büdcələr аrаsındа qismən yеnidən bölüşdürmək vаsitəsilə bütün səviyyələrdən оlаn büdcələrin qаrşılıqlı əlаqəsinə əsаslаnır və vаhid büdcə təsnifаtlаrındаn və büdcə sənədləri fоrmаlаrındаn istifаdə оlunmаsı,birləşdirilmiş büdcələr tərtib еtmək üçün аşаğı büdcə səviyyəsindən yuхаrı büdcə səviyyəsinə lаzımi məlumаt vеrilməsi və büdcələrin icrаsınа dаir müntəzəm hеsаbаt vеrilməsi yоlu ilə təmin еdilir. Büdcələrin müstəqilliyi оnlаrın öz mədахil mənbələrinin

оlmаsı, bu mədахildən istifаdənin və оnun хərclənməsinin istiqаmətlərini müəyyənləşdirmək hüququ ilə təmin еdilir. Büdcə sistemi haqqında 2 iyul 2002-ci ildə qəbul edilmiş qanunda bu prinsiplər əvvəlki qanunda göstərilən müddəalarla

yanaşı büdcə sisteminin bu sistemə daxil olan büdcələrin vahid prinsiplər əsasında fəaliyyətinə və müstəqilliyinə əsaslanmasımüddəası əlavə edilmişdi.

Yeni sənədin (“Büdcə sistemi haqqında” qanun) digər üstünlükləri aşağıdakılardır: “Büdcə sistemi haqqında” qanunuun tətbiq edilməsi haqqında fərmandan irəli gələn məsələlərdən biri də Nazirlər Kabineti tərəfindən “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi idi. 24 may 2004-cü ildə (21 iyun 2005-ci il tarixli əlavə və dəyişikliklər edilmişdir) Nazirlər Kabineti tərəfindən “Dövlət

büdcəsinin tərtibi və icrası Qaydaları” təsdiq edildi. Bu qaydalar “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasının dövlət büdcəsinin tərtibi və icrasının təşkilati, hüquqi və iqtisadi əsaslarının prinsiplərini müəyyən edir. “Büdcə sistemi haqqında” qanun və Nazirlər Kabineti tərəfindən

qəbul edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda

qeyd olunan müddəalar büdcə qanunvericiliyinin

təkmilləşdirilməsinə yönəldilmişdir.

“Büdcə sistemi haqqında” qanunun qəbul edilməsindən sonra bu qanundan və qanunun tətbiq edilməsi haqqında fərmandan irəli gələn məsələlərin həll edilməsi məqsədilə bir sıra hüquqi-normativ aktlar da qəbul edildi.Bu sənədlərin sırasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları” ilə yanaşı 2 iyun

2003-cü il qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə qaydaları”, 12 iyul 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədəkənar dövlət fondları büdcələrinin tərtibi və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı”, Nazirlər Kabinetinin 6 oktyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vahid büdcə təsnifatı” aid edilə bilər. Bu isə ümumən ölkədə büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən tədbirlər kimi qəbul edilir.

 

0 şərh