Büdcənin icrası

Dövlət büdcəsinin hesabatı – qanunvericiliklə müəyyənləşdirilmiş dövr ərzində büdcə təşkilatlarının müvafiq icra hakimiyyəti orqanına və ölkənin qanunverici orqanına dövlət büdcəsinin icrası haqqında təqdim etdiyi hesabat.

Dövlət büdcəsinin gəlirlərinin icrası barədə hesabat dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlar və dövlət xəzinədarlığı tərəfindən müvafiq icra hakimiyyəti orqanının (Maliyyə Nazirliyi) müəyyən etdiyi formalarda aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə təqdim edilmiş hesabatlar əsasında hazırlanır. Azərbaycan Respublikasının Hesablama Palatası öz nizamnaməsinə uyğun olaraq dövlət büdcəsinin icrası barədə hesabatlara və müvafiq qanun layihələrinə dair rəy verir. Azərbaycan Respublikasının Milli Məclisi təqdim olunmuş sənədləri müzakirə edir və müvafiq hesabat ili üzrə dövlət büdcəsinin icrası barədə qanunu təsdiq edir. İcmal büdcənin icrası barədə rüblük və illik hesabatlar (büdcənin gəlirləri, xərcləri, dövlət borcunun məbləği, kreditlər və s

məlumatlar da daxil olmaqla) mətbuatda dərc edilir. Dövlət büdcəsinin icrasına nəzarət Azərbaycan Respublikasının Milli Məclisi və onun Hesablama Palatası həyata keçirir. Qeyd. Bu əsasda konkret misalı nəzərdən keçirək. Azərbaycan

Respublikasının 2002-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata və “Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi. Rəyin hazırlanmasında Hesablama Palatasında aparılmış ekspert-analitik təhlilin nəticələri istifadə edilmişdir. Təhlil Hesablama Palatasının sorğuları əsasında

Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən, müvafiq icra hakimiyyəti orqanlarından, büdcə prosesinin digər iştirakçılarından daxil olmuş ayrı-ayrı məlumatlar və hesabatlar, habelə Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanmışdır. Azərbaycan Respublikasının 2002-ci il Dövlət büdcəsinin icrası barədə hesabat və müvafiq icra hakimiyyəti orqanlarından alınmış materialların Hesablama Palatasında ekspert – analitiktəhlili 2002-ci ilin büdcə prosesi üçün ümumiləşdirilmiş nəticələrin çıxarılmasını mümkün etmişdir. Bu nəticələr faktiki olaraq Hesablama Palatasının yaxın perspektivdə aparılmasını planlaşdırdığı nəzarət-audit tədbirlərinin istiqamətlərini müəyyənləşdirir [49]. Dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarının rəhbərləri onlara tabe təşkilatlarda gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılması və vəsaitin təyinatı üzrə istifadəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada

məsuliyyət daşıyırlar. Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydaları pozulduqda

müvafiq icra hakimiyyəti orqanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirir.

2010-cu ilin doqquz ayında Azərbaycan Respublikası

dövlət büdcəsinin icrasına dair

arayış

Cari ilin 9 ayında ölkənin makroiqtisadi göstəricilərinin artım sürəti təmin

edilmiş, iqtisadiyyatda müsbət nəticələr əldə olunmuşdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul 4,1 faiz artaraq

29308,0 mln. manata, adambaşına düşən ümumi daxili məhsul 2,8 faiz artaraq

3285,7 manata (4089,2 ABŞ dolları) çatmışdır. Ölkədə orta aylıq əmək haqqı 6,6

faiz artaraq 319,1 manat, əhalinin adambaşına düşən gəlirləri 10,0 faiz artaraq

2016,2 manat təşkil etmişdir. Əhalinin gəlirlərinin artım sürəti mövcud

infilyasiyanı 2,0 dəfə üstələmişdir.

Əhalinin banklara qoyduğu əmanətlərinin məbləği keçən ilin 8 ayı ilə

müqayisədə 34,4 faiz artaraq 2,7 mlrd. manata çatmışdır.

2009-cu ilin yanvar-iyul ayları ilə müqayisədə əhaliyə göstərilən pullu

xidmətlərin həcmi 10,5 faiz, pərakəndə əmtəə dövriyyəsi isə 8,5 faiz artmışdır.

2010-cu ilin doqquz ayında dövlət büdcəsinin mədaxil proqnozu 8017,7

mln. manata qarşı 7504,5 mln. manat və ya 93,6 faiz icra olunmuşdur ki, bu da

keçən ilin eyni dövrü ilə müqayisədə isə 269,5 mln. manat və ya 3,7 faiz çoxdur.

Büdcə daxilolmalarının 41,7 faizi və ya 3127,5 mln. manatı Azərbaycan

Respublikasının Vergilər Nazirliyi, 9,7 faizi və 730,2 mln. manatı Azərbaycan

Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilmiş, 48,3 faizi və

ya 3625,0 mln. manatı Azərbaycan Respublikası Dövlət Neft Fondundan, 0,3 faizi

və ya 21,8 mln. manatı sair mənbələrdən daxil olmuşdur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi mədaxil proqnozunu 100,6

faiz icra etməklə dövlət büdcəsinə 3127,5 mln. manat vəsait təmin etmişdir ki, bu

da proqnoza nisbətən 18,4 mln. manat, 2009-cu ilin eyni dövrü ilə müqayisədə isə

559,7 mln. manat və ya 21,8 faiz çoxdur.

2010-cu ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük

Komitəsi proqnoza 100,0 faiz əməl edərək büdcəyə 730,2 mln. manat vəsait təmin

etmişdir.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən

dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində büdcəyə 3,5 mln.

vəsait təmin edilmişdir.

2010-cu ilin doqquz ayında sair gəlirlərdən nəzərdə tutulan 9,8 mln. manata

qarşı büdcəyə 18,3 mln. manat və ya proqnoza nisbətən 1,9 dəfə çox vəsait təmin

edilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan 2010-cu ilin doqquz ayı

ərzində dövlət büdcəsinə 3625,0 mln. manat vəsait daxil olmuşdur.

2010-cu ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 8146,4 mln.

manat proqnoza qarşı 6836,6 mln. manat və ya 83,9 faiz icra edilmişdir.

Sosialyönümlü tədbirlərin (təhsil, səhiyyə, sosial təminat, mədəniyyət

xərcləri) maliyyələşdirilməsinə dövlət büdcəsi xərclərinin 30,2 faizi və ya 2065,0

mln. manatı yönəldilmişdir ki, bu da 2009-ci ilin eyni dövrü ilə müqayisədə 123,8

mln. manat və ya 6,4 faiz çoxdur. 2

2009-cu ilin eyni dövrü ilə müqayisədə 2010-cu ilin doqquz ayında Müdafiə

xərclərinə 96,7 mln. manat və ya 20,0 faiz, Kənd təsərrüfatı, meşə təsərrüfatı,

balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 33,2 mln. manat və ya

14,2 faiz, Sosial müdafiə və sosial təminat xərclərinə 111,4 mln. manat və ya 13,9

faiz, Mənzil və kommunal təsərrüfatı xərclərinə 11,8 mln. manat və ya 9,4 faiz,

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid

edilməyən sahədə fəaliyyət xərclərinə 8,3 mln. manat və ya 8,3 faiz, Ümumi

dövlət xidmətləri xərclərinə 36,4 mln. manat və ya 7,0 faiz, Səhiyyə xərclərinə

15,1 mln. manat və ya 5,9 faiz, Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və

prokurorluq xərclərinə 20,2 mln. manat və 4,8 faiz çox vəsait yönəldilmişdir.

2010-cu ilin 9 ayında da sosial-mədəni, inzibati idarəetmə və məişət təyinatlı

obyektlərin tikintisin və yenidənqurulması üzrə əsas investisiya layihələrinin və

proqramların həyata keçirilməsi davam etdirilmiş, bu məqsədə dövlət büdcəsindən

2128,2 mln. manat, o cümlədən təhsil müəssisələrinə 80,8 mln. manat, səhiyyə

müəssisələrinə 42,7 mln. manat, mədəniyyət müəssisələrinə 101,0 mln. manat,

idman müəssisələrinə 40,9 mln. manat, sosial müdafiə və sosial təminat təyinatlı

müəssisələrə 34,8 mln. manat, elektrik enerji infrastrukturlarının tikintisinə 89,5

mln. manat, regionların içməli su və suvarma-drenaj infrastrukturlarının bərpası və

yenidən qurulmasına 170,3 mln. manat, respublika əhəmiyyətli avtomobil

yollarının və yol infrastrukturlarının tikintisi və yenidən qurulmasına 846,0 mln.

manat, Bakı Metropoliteninin yeraltı nəqliyyat obyektlərinin tikintisi və metro

üçün avadanlığın alınmasına 106,3 mln. manat və digər məqsədlərə 615,9 mln.

manat vəsait yönəldilmişdir.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat

Fondundan 108,0 mln. manat, dövlət büdcəsinin Ehtiyat Fondundan əvvəlcədən

büdcədə nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 106,0 mln.

manat vəsait ayrılmışdır
 

0 şərh