Kassa çekini tələb etmək lazımdır?
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Dünya iqtisadiyyatının qloballaşma şəraitində milli iqtisadiyyatın bütün sahələrində inflyasiyanın dəyişməsi və iqtisadi artım günün vacib məsələlərindən biri hesab edilir.
İnflyasiya əmtəə və istehsal amillərinin qiymətlərinin ümumi səviyyəsinin yüksəlməsidir. O, pulun dəyərsizləşməsi, onun alıcılıq qabiliyyətinin aşağı düşməsi, qiymətlərin qalxması, əmtəə qıtlığı, əmtəə və xidmətlərin aşağı keyfiyyətdə olmasını özündə əks etdirir. İnflyasiyanın dərin səbəbləri həm tədavül (dövriyyə), həm də istehsalat sferasında yerləşir və tez-tez dövlətin siyasi münasibətlərində özünü biruzə verir.
İnflyasiya hər bir halda iqtisadi artıma təsir edir. Bu təsir bir çox amilləri özündə xarakterizə edir. Bunlardan biri də bazar iqtisadiyyatının prinsiplərinə uyğun olan investisiya layihələrinin qiymətləndirilməsidir. Belə ki, investisiya layihələri qiymətləndirilərkən inflyasiyanın şərtlərindən aşağıdakı amillərin nəzərə alınması vacibdir:
1. Manatın inflyasiyasının ümumi indeksi;
2. Manatın valyuta məzənnəsinin proqnozları;
3. Məhsula və resurslara qiymətlərin vaxta görə dəyişmələrinin proqnozları, eləcə də perspektiv üçün orta əmək ödənişləri və digər göstəricilərin səviyyəsinin dəyişmə proqnozları;
4. Vergi dərəcələri, rüsumlar, Respublikanın yenidən maliyyələşdirilmə dərəcəsi və dövlət tənzimlənməsi üzrə digər maliyyə perspektivləri.
Maliyyənin funksiyalarını araşdırmazdan öncə «funksiya» anlayışını nəzərdən keçirək. Funksiya sözü latınca «functio» sözündən əmələ gəlib, mənası «icra etmək», «gerçəkləşdirmək» deməkdir.
Maliyyənin əsasən iki funksiyası vardır: bölgü və nəzarət. Eyni zamanda bəzi iqtisadi ədəbiyyatlarda maliyyənin istehsaledici, stimullaşdırıcı, tənzimləyici, idarəedici funksiyalarının da olduğu göstərilir.
Buna görə də maliyyətin funksiyalarını toplu şəkildə nəzərə almaq lazımdır. Funksiya iqtisadi anlayışların mahiyyətinin özünüifadə vasitəsidir. Maliyyə bir kateqoriya olaraq pul fondlarının yaradılması və istifadəsi ilə, gəlirlərin meydana çıxması ilə bağlı olan bölgü münasibətləridir. Eyni zamanda maliyyənin fəaliyyət göstərməsi istehsal fondlarından səmərəli istifadəni, istehsalın qiymət strukturunu tənzimləyir, yönəldiyi obyektləri stimullaşdırır, nizamlayır və möhkəmləndirir.