Çin işgəncələri

1. Edam ediləcək adamın  başının üstündə bir sac hazırlanarmış və bu sac odda yaxşıca qızdırılarmış. Bu cəzaya məhkum edilən adamın başı kəsildikdən dərhal sonra bu saca salınarmış. Su isti olduğundan qan beyində 2 saniyə daha dövran edəcəyi üçün adama yerə sərilmiş cansız bədəni son dəfə  göstərilərmiş.

  2. Günahkarın dərisini üzüb dənizə atarmışlar. ..(ağrını təxmin edin artıq, dəhşət) 

  3. Məhkum ortası dəlik bir kürsüyə çıplak bir şəkildə oturdularmış. Bu dəlik yerə, içində siçan olan bir kasa yerləşdirilərmiş və kasanı altdan yavaş-yavaş istilədərlərmiş. Təbii ki, istiyə dözə bilməyən siçan çıxacaq bir yer  tapa bilməyincə məhkumun yanından gəmirməyə başlayıb ən son ağzından çıxarmış.

   4. Günahkar günəşin altına əlləri bağlı bir şəkildə uzadılarmış.Məhkumun saçları qırxılıb başına dəvə dərisi keçirilərmiş.Dəvə dərisi günəşdə əriyib günahkarın başına yapışarmış. Saçlar dəvə dərisi imkan vermədiyi üçün çölə doğru çıxa bilməyib içəri doğru çıxmağa başlarmış. Bir müddət sonra saçların kəlləni deşməsiylə beynə çatdığı anda adam ölərmiş. (bu işgəncə Çingiz Aytmatovun "Əsrə bərabər gün" əsərindəki Manqurt obrazını xatırlatdı mənə)

  5. Məhkumun yerləşə biləcəyi bir çuxur qazılar və günahkara həddində artıq yemək  yedirilərmiş. Nəcisini də o çuxura etmək məcburiyyətində olan adam  bir müddət sonra nəcislərinin bədənini çürütməsiylə ölərmiş. 

  6. Günahkarın başı qırxılarmış və o, bir dirəyə heç hərəkət edə bilməyəcəyi şəkildə bağlanarmış. Üstdən başına damlalar halında soyuq su damladılarmış. Damlalar bir müddət sonra çəkic təsiri etdiyindən adamın havalanması (dəli olması) təmin edilərmiş. 

  7. Günahkarın göz qapaqlarına iynə batırılarmış və adam bir müddət sonra  dözə bilməyib gözlərinin qırpar və kor olarmış. (adamın biri 2 gün  dözə bilmişdir) 

  8. Məhkum 10 metr kvadratlıq bir otağa salınarmış və burdan heç  çıxardılmazmış. Yeməyi nizamlı olaraq verilən adam tualet olmaması səbəbiylə tualetini otağının bir kənarına etmək məcburiyyətində qalarmış. Bir  müddət sonra nəcis və sidiklərin zəhər ifraz etmələrindən ötəri adam  zəhərlənərək ölərmiş. 

  9. Günahkarın göz qapaqları açıq qalacaq şəkildə saxlanırmış və  müəyyən bir  məsafədən əllərinin adamın gözünə doğru irəli, geri yelləyərlərmiş.Saatlarla davam edən  bu hadisənin sonunda adam dəli olarmış.



P.S: Mətni Türk dilindən tərcümə etmişəm 

35 şərh

ayxansevda
insan ən iyrənc məxluqdu nələrə qadirdi, Allah heç kəsi mərhəmət, insaf duyğusundan məhrum etməsin vəhşilikdi bunlar
_BUMERANQ_
Amin.
İnanın ki, mətni ilk oxuyanda sadəcə olaraq dəhşətə gəldim. Yəni bir «insan» bu qədər qəddar ola bilərmiş…
MaksiMuS
Aydaa, 3cüsü fuu :))
soni_memmedzade
Dəhşət,vəhşilik.Allah özü qorusun.Verdiyi canı özü alsın,belə vəhşiliyə məruz qalmasın yaratdıqları.
Rene

Bədənim əsir bu cür şeylər oxuyanda, eşidəndə… Mənə çox pis təsir edir belə şeylər… İnsan necə vəhşi ola bilər bu qədər?! Belə «insan»ların olduğu dünyada yaşamaq istəmirəm..

Shabnam_Ilham

Heyvanlara vəhşi deyən insana nə deyək görəsən?.. Vəhşi artıq çox gözəl sözdü. Yəqin ki, buna uyğun söz hələ kəşf olunmayıb. 4-cünü oxuyanda mən də istər istəməz Manqurt obrazını xatırladım… 6-cı cəza növünə isə «Cavid ömrü» filmində rast gəlmişəm… Hələ Avropada da bundan da dəhşətli cəza növləri olmuşdu..

sema_bulud
Dəhşət.Vəhşilik.Başqa adı yoxdur.
lili95
vay vay.DƏHŞƏTİZM, VANDALİZM.basqa adi yoxdu.topiki oxumadim.yalniz 1-2 cumle.serhlərdən belə qənaətə gəldim.
soni_memmedzade
oxumağa da ərinkirsən.
lili95

:))

bu topiki oxusam uzun müddət beynimdə cərəyan edəcək.təsəvvür etmək yetər, bir də şərhlər

Rene
Elə düz edib oxumamısan elə, mən oxudum, neçə gündü gözümün qabağına gəlirlər ((( Xüsusilə də siçanla olan cəza. Söz tapmıram deməyə, bu cür qeyri-insani cəza növlərini fikirləşmək üçün gərək nə qədər insanlıqdan çıxasan…
rezerv

Bilirsiz, əslində bu formada da olmasa dünyanın hər bir yerində, elə Azərbaycanda da insanların bir-birilərinə etdikləri işgəncələr var. İşgəncənin bir növünə baxın, çox-çox üzr istəyirəm ifadəmə görə, 10 manat verib bir dilənçini geydirən yoxdur,amma, 100 manat verib bir fahişəni soyunduranlar var. Hər yerdə bir vəhşilik və işgəncə növü var.

MaksiMuS
Mən olsam cəzalandırmaq istədiyim insanı bir otağa salıb günlərlə Üzeyirin mahnıların ı dinlətdirərəm.
rezerv
Bəlkə bundan zövq aldı?
istorik_c
Eşq olsun Üzi əmiyə
MaksiMuS
Onda o sağlam adam deyil, artıq dəlidi :)
soni_memmedzade
Tam razıyam.Son nəfəsimdə desələ Üzeyri dinləsən sağalacaqsan,ölümlə  razılaşaram.))öz də tez keçinməm üçün «mənə gəl»i kulçat etsinlər deyərəm )))
lili95
soni gorunur elə sən uzeyire qulaq asırmışsan:))
soni_memmedzade
sadəcə bir qonşumuz var üzeyr xəstəsidi.bir dəfə onun üstə dalaşmışam.özü dinləməyi cəhənnəm,camaatı əsəb xəstəsi edib.
lili95
hə deyirəm axı…
Aysel77
Cox maraqlıdır ki, bir insan özü istəməsə belə uzun müddət qapalı şəraitdə olsa özü özünü məhv edəcək…
Medikamentoz
Yazı üçün təşəkkür.
asel
AYDAAAAAA. BİLSEYDİM OXUMAZDIM. DEHŞETE GELDİM, ÜRPENDİM
Medikamentoz
Ürpənmək lazım deyil,həqiqət nə qədər acı olsa da Ona doğru getmək lazımdır.
asel
ölümden urpenmedim e, vehşiliklerden, işgencelerden urpendim
Medikamentoz
«Qorxma,Mən Səninləyəm» :)
asel
NE DEXLİ VAR?
Medikamentoz
Bu sual Sizdə populyardır deyəsən.Sadəcə bir filmdən sitat idi.Demək istədim ki,qorxmağa dəyməz.Boş verin getsin.
asel
BOŞ VERMİYİB NEYNEYESİYEM Kİ