Əlillik arzusu

Amerikada 57 yaşlı Kloe Cenninq Uaytın ən böyük arzusu şikəst qalaraq əlil arabasından istifadə etməkdir. Məlumata görə, Cenninq 9 yaşında ikən xalası ilə birlikdə qəzaya düşüb və iflic olan xalasının əlil arabası sürməsi ona maraqlı gəlib. Kiçik qız velosipedini ağaca çırparaq özünü şikləst etmək istəyib, xəsarət alsa da ona heç nə olmayıb. Bu fikri heç cür özündən uzaqlaşdıra bilməyən Uayt vaxtaşırı gizlicə əlil arabası sürməyə başlayıb.

Kloe Cenninq Uayt böyüyüb universitet təhsili alsa da, yaxasından əl çəkməyən bu fikir onu bəzən özünə qarşı qəzalar törətməyə sövq edib. 2006-cı ildə kieçirdiyi xizək qəzasında isə qadın sol baldırında hissetməni itirib. 2008-ci ildə həkim heyəti onun tam sağlam olması barədə arayış versə də, Uayt özünü ömürlük əlil arabasına məhkum etdi. Beləliklə, onurğa sütununa ziyan vurmağı ümid edən Cenninq Uayt 4 ildir günün 12 saatını əili arabasında keçirir.
 

4 şərh

pascal
Arzuya bax e… Necə insanlar var həyatda. İndi bu niyyətli insana «Allah arzuna çatdırsın.» demək alqış olar, yoxsa qarğış? :)
Ferbara
Əvvəl mən də qınadım onu. Hərdən mən də anamın eynəyini gözümə taxmaq xoşuma gəlir. Amma anam eynəyini adicə başımda gəzdirməyə icazə vermir. :)
pascal
Örnək olunası hərəkət və yazı deyil, məncə.
Ferbara
Hə, elədi. :) Bu dəli başqa dəlilərin yadına daş sala bilər. :)
Bu qadın əlil arabasında gəzməyi xoşlayır, anladıq. Bəs bu əlil olsa, özünə qulluq eləyə bilməyəcək.