Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 811 topik

Antarktida materikində piramida ?!...

Antarktida dünyanın ən quru hissəsi hesab olunur. Burada elə yerlər var ki, heç bir dəfə də olsun bura yağış yağmamışdır. Hətta Saxara adasına da az da olsa yağış yağır.Antarktida heç bir ölkəyə məxsus deyil.Dünyanın yeganə yeridir ki, burada nə dövlət, nə hökumət yoxur. Elecə də daimi sakini.Bu, saat qurşağı olmayan yeganə qitədir. 24 saatı burada bir neçə saniyəyə keçmək olar.Dünyanın ən böyük aysberqi burada yerləşir. Onun sahəsi 11 000 kv.km-dir, çəkisi təxminən 3 milyard tondur.Bu qitə İmperator pinqvinlərinin yaşadığı yeganə yerdir.

Amerikalı və Avropalılardan ibarət alim tədqiqatçılar müəyyən ediblər ki, şimal materikin ərazisində üç qədim piramida yerləşir. Alimlər əminliklə söyləyirlər ki, bu piramidalar əllə tikilib. İki piramida sahildən 16 kilomter kənarda yerləşir, üçüncü isə sahil xəttinin lap yanındadır. Hazırda Antraktidanın ərazisi buzla örtülü olsa da alimlər hələ də ordan dinozavr və yaşıllıq izləri tapırlar. Bu isə sübut edir ki nə vaxtsa materik yaşanılan ərazi olub

                  
Davamı →

Yuxu haqqında maraqlı faktlar

Yuxusuz qalmağın rekordu 18 gün 21 saat 40 saniyədir. Bu rekord bir yarışmada qırılıb. Yarışmaya qatılan və uzun müddət yuxusuz qalanların çoxu halusunasiya, paranoya, görmə pozuqluğu, danışmağın çətinləşməsi, yaddaşın itməsi və konsantrasiyanın itməsi kimi problemlərlə qarşılaşıblar.

Kiməsə tibbi baxımdan oyaqdır demək çətin məsələdir. Çünki insanlar gözləri açıq olsa da qısa müddətli yuxuya gedə bilirlər. Bəzən isə heç bunun fərqinə də varmırlar.

İnsanların istədikləri vaxtda oyanmalarını təmin edən “təbii zəngli saat” stressdən yaranan hormone sayəsində həyata keçirilir.

“Təbii zəngli saat” balaca bir işıqla aktivləşə bilir. Ancaq həmin vaxt oyanmaq istəməsək, yenidən dərin bir yuxuya dalırıq.

XVII əsrdə insanlar 9-10 saat yatırmışlar.

1998-ci ildə insanın kürək nahiyəsindəki oynaqlarla beynin yuxu hissəsi arasında əlaqə olması aşkarlanıb.


Ardı →

Coca-Cola...

«Coca-Cola» kompaniyası uzun müddət Çində satışlar

 vaxtı ad problemi yaşayıb. Səbəb kompaniya adının 

" Kekukela ", yəni  " Qurbağanı dişlə " kimi oxunması

olub. 40 min varinat arasında edilən marka seçimlərində

«Koku Kole», yəni " Xoşbəxtlik ağzında " qalib gəlib.


Davamı →

Bill Qeytsin ən qiymətli sərvəti

Lester kodeksi“Lester kodeksi” adını siz eşidəndə yəqin ki, cansıxan, darıxdırıcı bir hüquq kitabını təsəvvürünüzə gətirəcəksiniz. Əslində isə bu, planetimizin ən dəyərli əlyazmasıdır.

Ona görə ki, bu əlyazma Leonardo da Vinçinin şəxsi qeydlər dəftəridir. Dahi Leonardo XVI əsrdə Milanda yaşadığı dövrdə bu dəftərdə öz qeydlərini etmişdir. Dəftərdəki qeydlərində Leonardo dünyanın da insan orqanizmi kimi canlı bir orqanizm olduğunu qeyd edir və buna çoxlu dahiyanə misallar gətirir. Qeyd dəftərində  Leonardo dünyanın qanını – su, canını – torpaq,  ruhunu – hava kimi təsvir edir…

Bu dəftərdəki qeydlər yalnız  Leonardonun  fikir və baxışlarından, mülahizələrindən ibarət deyil. Dəftərdə — müxtəlif çertyojlar, şəkillər, dioqramlar, hətta təbiətdə olanların və baş verənlərin izahını verməyə çalışmışdır. Məsələn: suyun çayda axmasının, Ayın nə üçün gecələr işıq saçmasının və s. səbəbləri və izahını qeyd etmişdir. Dəftərin hər səhifəsinin sonunda alim özünün gündəlik fikirlərini də qeyd etmişdir. Bu dəftərin hər səhifəsinin sonundakı qeydləri oxuyan hər kəs, dahi alimin hər gün nə haqda fikirləşdiyinin şahidi ola bilər.


Ardı →

Dünyanın ən bahalı toyları

Hər bir cütlük toylarının yadda qalan və möhtəşəm olmasını arzulayır. Məşhurların çoxu sadə və səs-küy yaratmayan toy təşkil edir. Onlardan bəziləri isə bütün pullarını toya xərcləyəməyə xəsislik emtir. Bu vaxta qədər ən bahalı toylar bur məşhurlara məxsusdur..

Prens Charles ve Lady Diana: 48 milyon dollarPrince William and Catherine Middleton

Tom Cruise & Katie Holmes: 2 milyon Dollar

Brad Pitt & Jennifer Aniston: 1 Milyon Dolar

Madonna & Guy Ritchie: 1,5 Milyon Dollar

David and Victoria Beckham: 800,000 Dollar

Michael Douglas and Catherine Zeta-Jones: 1,5 Milyon Dollar

Chelsea Clinton and Marc Mezvinsky: 5 milyon dollar

Christina Aguilera & Jordan Bratman: 2 Milyon Dollar
Ardı →

XX əsrin ən böyük 15 cinayəti

ən boyuk cinayətlər1932-ci ildə Atlantik okeanını tək keçən ilk amerikan pilot Çarlz Lindberqin 20 aylıq oğlu qaçırılıb. Aylarla aparılan araşdırmalardan sonra uşaq sərt alətlə döyülərək öldürülmüş halda tapılıb. Cinayətlə bağlı iki nəfər edam olunub.

1911-ci ildə “Mona Liza” Luvr muzeyindən oğurlanıb. Hamı “Mona Liza”nın məhv edildiyini düşünsə də, əsər 3 il sonra İtaliyada tapılıb. Vinçenzo Perugi onu satmağa cəhd edərkən yaxalanıb. “Mono Liza” muzeyə qaytarılıb.

15 yanvar 1947-ci ildə belindən iki yerə bölünmüş qadın cəsədi tapılıb. 22 yaşlı kaliforniyalı gənc qızın üzünün bəzi hissələri də oyulmuş olub. Aktrisa olmaq istəyən Şort məqsədinə çata bilmədiyi üçün ofisiant işləməyə başlayıb. Qız Amerika Hava Qüvvələrində xidmət edən bir gənclə nişanlanıb, ancaq qızın nişanlısı 1945-ci ildə həlak olub.


Ardı →

Saatların çəkilməsinin tarixcəsi

saatBirinci Dünya müharibəsi müdətində  bir çox ölkə saatlarını ilin müəyyən aylarında yenidən nizamlamağa başladı.

Bunun məqsədi gündüz saatlarını, insanların oyanıq olduqları zamana uyğunlaşdırmaq, bu səbəbdən də evlərdə və küçələrdə yanan lampalar üçün lazımlı enerjidən qənaəti  təmin etmək idi. 

Bu gün də eyni tətbiq öz hökmünü saxlamaqdadır, yəni aprel ayının ilk bazar günündə saatlar bir saat irəli, oktyabr ayının son bazar günündə isə bir saat geri çəkilməkdədir. Digər bir deyimlə desək yazda sizə itirilmiş bir saat, payızda geri verilməkdədir.

  ABŞ-da da belə bir qaydanın konqres tərəfindən qəbul edilməsinə baxamyaraq bəzi əyalətlər bu tətbiqi rədd etmişdir. Bu əyalətlərdə hələ də yaz-qış yəni standart olaraq qəbul edilən vaxt tətbiqi öz qüvvəsini saxlamaqdadır.


Davamı →

Qaraçılar

Qaraçılar demək olar ki, bütün qitə və materiklərdə yaşayırlar. Təkcə Avropa qaraçılarının sayı 8-12 milyon civarındadır.

Alimlərin linqvistik və genetik tədqiqatlarına əsasən, qaraçıların soykökü Hindistana gedib çıxır. Qaraçılar hind dilini çox yaxşı bilirlər və hind kinolarına tərcüməsiz baxırlar.

 Qaraçılar üçün ən dəhşətli cəza – onların qaraçı icmalarına üzv olmaqdan məhrum edilməsidir. Bu cəza ən ağır cinayət törədənlərə tədbiq edilir.

 Qısa saç qaraçılar üçün təhqir hesab edilir. Saçın kəsilməsi, qırxılması qaraçı dəstələrindən uzaqlaşdırılan və təcrid olunanlara tətbiq edilir. Bu səbəbdən də  qaraçılar qısa saçlı olmurlar.

 Qaraçı  anlayışına görə, qadınların ayaqqabı geyməsi və tumanı (yubkanı) beldən aşağı bağlamaq rəzalət, ayıb hesab edilir.


Ardı →

Dəhşətli edam cəzaları

dəhşətli edam cəzaları
Fillə tapdalama

Bu üsuldan əsasən, Hindistan və ona qonşu olan ölkələrdə istifadə olunub. Edam zamanı məhkum yerə uzadılaraq əli və ayaqları bağlanır, üstündən fillər keçirilirdi.

Bu üsul ölümlə yanaşı, işgəncə üçün də istifadə olunurdu.

Ata qoşub dartmaq
Cəzalandırılan şəxsin əl və ayaqlarını 4 ata qoşub hər atı bir istiqamətdə sürürdülər. Xüsusi ağır cinayətlər zamanı bu üsuldan istifadə olunurdu. Bu üsul Asiya ərazisində, xüsusilə qədim Hindistanda fillər vasitəsilə yerinə yetirilirdi. Metoddan ölümlə yanaşı, işgəncə üçün də istifadə edirdilər. Azərbaycan nağıllarına inansaq, bizdə cəza olaraq, insanı qatırın və ya atın quyruğuna bağlayıb sürüyürdülər.


Ardı →