Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 809 topik

Mahnı oxuyun, sağlam olun!


Amerikalı həkimlər iddia edirlər ki, oxuma insan orqanizminə çox yaxşı təsir edir.

Alimlər bir neçə klinikada xəstələrin arasında eksperiment aparıblar. Xəstələrə tez-tez mahnı oxumaq təklif ediblər. Eksperimentin nəticəsində məlum oldu ki, oxuma xəstələrdə ağrıların azalmasına, orqanizmin bərpa olunmasına yaxşı kömək edir.

Həkimlər izah edirlər ki, oxuma zamanı insan orqanizmi oksigenlə zənginləşir və nəticədə ürək,  ağ ciyərlər və beyin daha yaxşı işləməyə başlayır, insanda əzələ tonusu yaxşılaşır.

Ekspertlər bildirirlər ki, oxuma köməyi ilə kəkələmə, stres və hətta artıq çəkidən də azad olmaq mümkündür.


Davamı →

Google-dən yeni texnoloji kəşf

Sizin hisslərinizə toxunan informasiya. Əvvəllər ancaq sözlə ifadə oluna bilənlər, indi iybilmə duyğuları ilə də da əlçatan olacaq.
Google-nin təklif etdiyi yeni texnologiya vasitəsiylə internet bələdçiniz ətir nümunələrini  xüsusi seçilmiş şəkillərə və təsvirlərə əlavə edəcək.

Googlenin ətirlər kolleksiyasında 15 milyon aromabayt informasiya  saxlanılır.

Google Nose Beta ən irəli texnologiya nümunəsi hesab edilir. Xüsusi təchiz olunmuş avtomobillər dünyanın müxtəlif yerlərində küçələrin qoxusunu yaddaşa verir.

Qoxular detektorunun mobil qoşması Android əməliyyat sisteminin son versiyasıdır.


Ardı →

17 yaş cavanlaşdıran meyvə

alma
Alimlər insanı 17 yaş cavanlaşdıran meyvənin adını açıqlayıblar. Onun tərkibində olan mikroelementlər hesablanıb.
Bu elementlər ürəyi cavanlaşdırır, dan dövranını yaxşılaşdırır, immun sistemini gücləndirir. Britaniyalı alimlərin sözlərinə görə, hər gün müntəzəm olaraq alma yemək insanın ömrünü uzadır, orqanizmi gəncləşdirir. Bu meyvənin tərkibində olan mürəkkəb elementlər ürək-damar sisteminə müsbət təsir edir, qan damarlarının elastikliyini qoruyur.
Ardı →

Əli və Ninonun heykəli necə qovuşur?

Əli və Nino
Qurban Səidin məşhur “Əli və Nino” romanı Gürcüstanda Azərbaycandan da məşhurdur.  Azərbaycanlı oğlanla gürcü qızın məhəbbəti Batumidə “hərəkət edən”  heykələ çevrilib.

Batumidə ucaldılan bu abidənin hündürlüyü 7 metrdir. Heykəllər 8-10 dəqiqə intervalla hərəkətə gəlir və "öpüşərək" bir-birlərinə qovuşur — vahid fiqura çevrilirlər. 

Poladdan hazırlanmış abidənin müəllifi Amerikada yaşayan gürcü heykəltəraşı Tamar Kvesitadzedir.

Hazırlanarkən heykəl «Qadın və kişi» adlanıb. Amma heykəli Batumidə ucaltmaq qərarı veriləndən sonra ona məşhur romanın qəhrəmanlarının şərəfinə "Əli və Nino" adı verilib.
Ardı →

Əsrarəngiz kürəciklər

Betz kurəsiDünyanın müxtəlif ərazilərində tərkibi müəyyən olunmayan kürəciklər tapılır.Bu kurələrin heç bir yerində çıxıntı yoxdur,heç bir şüaya və ya digər təsirə reaksiya vermir.Onların içində nə olduğu hələ də məlum deyil.Bu kürələr müəyyən olunmayan səbəblərdən,özünə məlum olan vaxtda anidən havaya qalxaraq fırlanmağa başlayır.Onlara daha çox Cənubi Afrika,Avstraliya,Cənubi və Şimali Amerikada rast gəlinir.Onlardan heç bir hissəcik qoparmaq olmur.Metalı müəyyən olunmayıb.Yer planetinə mənsub deyil.Bunları mən rus jurnallarindan bir neçə il bundan əvvəl oxumuşdum.
Bu yaxınlarda onlarla baxlı bir proqram verdilər.Proqramda verilən məlumatlar yuxarıdakılarla eyni olsa da,əlavə məlumatlar da verilmişdi.Məlumata əsasən,bəzi alimlər bu kürəciklərlə bağlı fərziyyələr irəli sürüblər.Onların fikrincə bu kürələrin Yerə gətirilmə səbəbləri var.Yadplanetlilər bu kürələri hər hansı təhlükə əsnasında partlayacaq bir mexanizm kimi göndəriblər.Düzdür,bir çoxları onların Yer planetini qoruduqlarını təsdiq edir.Lakin onlar digər planetləri də qoruyurlar.Və yerdə baş verəcək ən böyük fəlakət sadəcə bizim planetə deyil,ətfardakı səma cisimlərinə də zərər verə bilər.Bu səbəbdən də onlar bu bir
Ardı →

Təlxəklik sənəti

KlounTəlxəyin sarayda varlığı sarayın gündəlik abu-havasını tənzimləməklə bağlı idi. Səhərdən axşamacan çalıb-oxumaq, fokus göstərmək, rəqs eləmək, kəndir üstə gəzmək, heyvan oynatmaq mümkün deyil, həm də adamı bezdirər. Lakin təlxək sarayda baş verən hər bir hadisəyə öz münasibətini bildirir. Təlxəklər həmişə çalışır ətraf mühitin əhvalı-ruhiyyəsin qaldırsın. Hər təlxək də şahın sevimlisi ola bilməzdi.
Təlxəklər müxtəlif istedad sahibi olublar. Onların çoxları hazırcavablıqdan, lətifə söyləməkdən əlavə, hər hansı bir musiqi alətində ifa etməyi, akrobatik hərəkətlər etməyi, fokus göstərməyi, rəqs etməyi və s. estrada janr növlərini ifa etməyi bacarardılar. Bu xüsusiyyətlər isə solo ifaçılıqda mühüm və müsbət xüsusiyyətlərdən biri sayılır.
Müasir estrada aktyorları peşəkar ifaçı olmaq üçün yuxarıda adını çəkdiyim müsbət xüsusiyyətləri bacarmalıdır. Belə ifaçılar dünya estrada sənətində çoxdur. Azərbaycanda da estrada və sirk səhnəsində belə ifaçılar olub. Sirkdə belə ifaçıları məzhəkəçi adlandırırlar.
Ardı →

UNO

UNOBu gün bəlkə də 10 nəfər arasında sorğu keçirsəniz, onlardan 9-nun nə vaxtsa, hardasa yadplanetli gördüyünü, onların “tarelka”sını müşahidə etdiyini eşidərsiniz. 2009-cu il insanını bu mövzuda təəccübləndirmək qeyri-mümkündür. Bu günə qədər sözügedən mövzuda yüzlərlə film çəkilib, kirablar yazılıb və sair. Və gün keçmir ki, bu “”bizə oxşamayanlar«la bağlı yeni hekayələr, tarixçələr, faktlar açıqlanmasın.

Son olaraq, Yaponiyanın gələcək baş nazirinin xanımı Miyuki Xatoyama 20 il əvvəl yadplanetlilərlə qarşılaşdığını və onlarla birgə Venera planetinə uçduğunu bəyan edib. Miyuki xanım deyib ki, bədəni yerdə qalsa da, ruhu kosmik gəmidə Venera planetinə gedib. O, Veneranı çox gözəl və yaşıllıqlara bürünmüş planet kimi xarakterizə edib… Bir sözlə, üzbəsurət danışıb, dərdləşməsək də bilirik ki, niyyətləri pis deyil. Belə olsaydı, yəqin ki, bu günə qədər Yer kürəsinin başına itin oyununu gətirərdilər. Bəs onlar bizdən nə istəyir? Kimdilər, ilk dəfə Yerə nə vaxt eniblər və bundan sonrakı planları nədir?


Ardı →

Təsadüfi ölümlər

1898-ci ildə jurnalist-yazar Morgan Robinson «Titan» adlı bir kitab yazdı. Kitabda böyük bir reys gəmisi, okeanda aysberqə çarpırdı. 14 il sonra «Titanik» dəniz faciəsi meydana gəldi.

Təsadüflər zəncirinin ən inanılmazı, 1981-ci ildə ABŞın Boston şəhərində meydana gəldi. Randolp Matika, ildırım vurması nəticəsində evinin qarşısında öldü. Adamın dul yoldaşı yenidən evləndi. Kürəkən Pepero toy gecəsi siqaret çəkmək üçün balkona çıxdı. Düşən ildırım, kürəkənin ölümünə səbəb oldu. Qadın sinir krizləri keçirdi. Müalicə üçün getdiyi klinikada bir həkimə aşiq oldu və evləndi. 1 həftə sonra xəstəsini ziyarətə gedən həkimi də ildırım vurdu.

  Christina Veroni, 1991-ci ildə İtalyanın Torino şəhərində tramvay çarpması nəticəsində öldü. 4 il sonra atası Vittorio, eyni keçiddə eyni sürücünün istifadə etdiyi eyni tramvayın çarpması nəticəsində öldü.
Ardı →

İlk avropalılar kim olub?


Avropada ilk insan məskunlaşması nə vaxt yaranıb? Bu sual alimləri çoxdan maraqlandırır və bu gün İspaniya alimləri, buna deyəsən cavab tapıldığını bildiriblər.

Onlar Avropada ən erkən olduğu zənn edilən insan məskunlaşmasına dair birbaşa dəlil əldə etdiklərini bildiriblər. «Nature» dərgisində çap olunan məqaləyə əsasən, alimlərin aşkar etdiyi daşlaşmış insan çənəsi və bir sıra dişlərin milyondan çox yaşı var.


Ardı →

Bədnəzər

bədnəzərHamımızın həyatında baş verib bu. Geyinib- gecinirik, toya-ad gününə gedirik və qayıdandan sonra xəstələnirik. Ya da uşağımız çox şirin görünür, qonşular “ay Allah saxlasın” deyir, bir neçə dəqiqə sonra uşaq yıxılır, ya da qızdırması qalxır. İzahatımız dərhal hazırdır: uşağa bəd nəzər tuş gəlib, kiminsə gözü dəyib körpəmizə, özümüzə və s.

Bədnəzərdən qorunmaq üçün evinin ən gözəgəlimli yerinə, ya da uşağının boynuna göz muncuğu asan da var, evə gələn kimi üzərlik yandıran da. Hətta işi o qədər absurda çatdıranlar var ki, hər evə girib-çıxan olandan sonra bir “partiya” evi üzərlik tüstüsünə bürüyür. Nəsə, uzun sözün kəsəsi, nədir bu nəzər, bəd nəzər, göz dəymə, göz muncuğu  ilə bağlı əfsanələr? Uydurma, batil inanc, yoxsa elmi araşdırmanın nəticəsi? 
Öncə məsələnin elmi kökləri ilə bağlı. Elm deyir ki, parapsixologiya dilində “bioenergetik” gözdəymə mənfi təsirdi. Ehtimal olunur ki, müəyyən səbəblərdən bədəndə toplanan pozitiv və ya neqativ enerji münbit şərait yarananda insanın baxışından vulkan kimi püskürə bilər. Gözlər ruhi funksiyaları və beyin gücünü ən rahat və ən təsirli şəkildə istifadə edə bildiyimiz orqanlarımızdı. Elm adamlarının da təsbit etdikləri kimi, göz yoluyla da hipnoz hadisəsini reallaşdırmaq mümkündü. Bədnəzərdən, hətta ev heyvanlarının da qəflətən naməlum xəstəliyə düçar olması barədə məlumatlar var. İlanlar siçanı, quşu və ya digər ovlarını belə tutar.
Gözlərindən göndərdiyi zəhərli şüalar yolu ilə ovunun beyin funksiyalarını pozmaqda və talesiz ov bir anlıq göz gözə gəlmənin əvəzini həyatı ilə ödəyər. Eynilə insanlar da göz yolu ilə qarşı tərəfə zərər verə bilərlər. Nəzər mövzusunda gözlərin daha təsirli olması onun şəffaflığının çox olması ilə də əlaqədardır. İnsan xüsusilə qısqanclıqla və pis niyyətlə, yəni kəm gözlə bir şeyə baxdığı zaman daha tez zərər verə bilər.


Ardı →