Sirli tapıntılar

1.  Sementsiz hörgülər Perudakı inklərə aid bir qalanın ətrafında hündürlüyü 9 metr, uzunluğu isə 360 metr olan ziqzaqşəkilli daş hasar hər biri 300 ton ağırlığında əhəng daşı bloklarından inşa edilmişdir. Anaq heç bir sement və ya əhəngli qatışıqdan istifadə edilməməsinə baxmayaraq, bu daşların arasına bıçaq belə soxmaq olmur.

2.  Antik dövrün kompyuteri 1900-cü ildə Giritdə taxta qutu içərisində yerləşdirilmiş çoxdişli qəribə bürünc alət tapılıb. Bu alət vasitəsilə Ay, Günəş və digər planetlərin tədqiq edildiyi güman olunur.

3.  1000 ilə qurulan şəhər Sakit okeandakı Mikroneziya adası yaxınlığındakı antik Nan Madol şəhərinin inşasına eramızdan əvvəl 200-cü ildə başlanıb və tikintisi min il sürüb. 250 milyon tonluq nəhəng bazalt bloklarından istifadə edərək tikilən bu şəhər 100 adanı kanallarlae bir-birinə bağlayır. Bazaltların buraya necə gətirildiyi isə hələ də sirr olaraq qalır.

4.  Gələcəkdən xəbər verən xəritə Məşhur türk dənizçisi Piri Rəisin 1513-cü ildə çəkdiyi xəritə Afrika,Amerika və Cənub qütbünü göstərir. Xəritə 1929-cu ildə tapılanda aralığı qarışdırdı. Çünki Cənub qütbünün kəşfi xəritənin çəkilməsindən çox sonra,yəni 1818-ci ildə gerçəkləşmişdi. Bundan əlavə, xəritə qitənin buz altında qalan sahillərini də göstərirdi. Bu qitənin üzərindəki buzlar xəritənin çəkilməsindən tam 6000 il öncə ərimişdi.

5.  200 illik batareya Alman arxeoloqu Vilhelm Konik tərəfindən 1938-ci ildə Bağdad yaxınlığında tapılan 200 illik batareya tədqiqatçıları heyrətə salıb. Bu 13 sm uzunluqda bir torpaq qabın içinə yerləşdirilmiş əşya dünyanın ən qədim batareyası hesab edilir.

6.  Büllur kəllə Maya dönəminə aid 1000 illik kəllə tək bir büllur blok üzərində oyma üsulu ilə hazırlanmışdır. Necə hazırlandığı anlaşılmayan büllur kəllənin altından tutulan işıq birbaşa göz çuxurundan əks olunur. Bu texnologiyanın bu gün də mümkün olmadığı söylənilir.

7.  Qayaya gömülmüş çəkic 1936-cı ildə Texasda 400-500 milyon illik bir qayanın içinə gömülmüş ağac saplı çəkic tapılıb. Müasir bir alətin çox qədim bir qayanın içinı necə yerləşdirilməsi və hazırlandığı dəmirin günümüzün dəmirlərindən belə saf olması insanları heyrətləndirir.

 

0 şərh