Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 809 topik

Maraqlı hadisələr

Amerikalı qadın Henriyeta Houland Qrin vəfat etdikdən sonra bankda onun hesabına 90 milyon dollar olduğu aşkara çıxmışdı. Bundan xəbər tutan qonşular təəccüblənmişdilər. Henriyetanın vəfatından xeyli əvvəl onun yeganə oğlunun ayağını operasiya etməli idilər. ana oğlunu pulsuz operasiya etməli olan xəstəxananı tapmaq üçün düz on gün vaxt sərf etmişdi. Henriyeta özü isə süd alarkən bir litr süddə bir neçə sent artıq almağa çalışan satıcı ilə mübahisə etdiyi zaman ürək partlamasından ölmüşdür.
***

Ardı →

Google-dən yeni texnoloji kəşf

Sizin hisslərinizə toxunan informasiya. Əvvəllər ancaq sözlə ifadə oluna bilənlər, indi iybilmə duyğuları ilə də da əlçatan olacaq.
Google-nin təklif etdiyi yeni texnologiya vasitəsiylə internet bələdçiniz ətir nümunələrini  xüsusi seçilmiş şəkillərə və təsvirlərə əlavə edəcək.

Googlenin ətirlər kolleksiyasında 15 milyon aromabayt informasiya  saxlanılır.

Google Nose Beta ən irəli texnologiya nümunəsi hesab edilir. Xüsusi təchiz olunmuş avtomobillər dünyanın müxtəlif yerlərində küçələrin qoxusunu yaddaşa verir.

Qoxular detektorunun mobil qoşması Android əməliyyat sisteminin son versiyasıdır.


Ardı →

Abort

abortAbort  müasir dövrdə geniş müzakirə olunur. Lakin tarixə nəzər yetirdikdə hamiləlikdən azad olunmanın bu üsulu keçmişdə də xeyli mübahisələr doğurub. 
Antik dövrlərdə həkimlər bəzi bitkilər, kəsici alətlər və digər üsullarla abort ediblər. Tibb elminin yaradıcısı olan Hippokrat isə öz məşhur andındakı mətndə qədim Yunanıstandakı həkimlərə iti alətlərlə abort etməyi qadağan etmişdi. Hippokratın andında deyilir: “Heç bir qadına qarşı abort qurğusundan istifadə etməyəcəyəm”. 

Yunan filosofu Aristotel isə tamam əksini düşünürdü: “Əgər ər-arvad uşağın doğulmasına qədər gözləməyin əleyhinədirlərsə, onda döl ona duyğu və həyat verilməmişdən əvvəl tələf edilməlidir”. 

Orta əsrlərdə də ağır dini qadağalara baxmayaraq, abort həyata keçirilirdi. Xristian kilsəsi həmişə aborta qarşı sərt münasibət sərgiləyirdi və Papa V Stefan 887-ci ildə kilsə hökmündə yazırdı: “Əgər kim qadının bətnindəkini məhv eləsə, o insan qatilidir”. 
Ardı →

İndoneziyada ölüləri qəbirdən çıxarıb gəzdirirlər.

Yerlilər ölülərinə olan hörmətlərini nümayiş etdirmək və onları şərəfləndirmək üçün hər 3 ildən bir onların qəbirlərini açır. Açılan qəbirdən çıxarılan ölünün geyimi təmizlənir, ehtiyac olsa yeniləri geyindirilir. Bir ailənin üzvləri bütün qohumlarının məzarlarını açaraq onları bir-bir bayıra çıxarırlar. Sakinlər üstünü təmizlədikləri və ya geyimini dəyişdirdikləri ölüləri kəndin ətrafında gəzdirirlər. Bu kəndin əhalisi əsrlər keçsə də, ölülərin onlarla bərabər olduğuna inanırlar.İndoneziyada ölüləri qəbirdən çıxarıb gəzdirirlər.
Davamı →

Dəhşətli xəstəliklər

Elm və texnikanın inkişaf etdiyi bu dövrdə insan elə problemlərlə üzləşir ki, ümidimizi bağladığımız tibb sahəsinin də onun qarşısında aciz qaldığını görürük.
Progeriya

1. Progeriya- Getçison- Gitford. Uşaqlar 90 yaşlı qoca kimi görünür.


Progeriya – genetik kodda baş verən zədə nəticəsinə yaranan xəstəliklərdəndir. Bu xəstəlik praktik olaraq qarşısıalınmaz
nəticələrə gətirib çıxarır. Bu xəstəliklə doğulan uşaqların əksəriyyəti 13 yaşına çatana kimi vəfat edir. Onların bədənində böyük insanın fiziki inkişafına məxsus xüsusiyyətlər, qocalıq sürətlə baş verir. Başlıca əlaməti – vaxtından əvvəl keçəlləşmə, sümüklərin nazikləşməsi, artrit və ürək xəstəlikləridir. Xoşbəxtlikdən progeriya az təsadüf olunan xəstəliklərdəndir. Dünyada cəmi 48 nəfərdə rast gəlinib. Amma bəzi məlumatlara əsasən, bir ailədə 5 uşağın hamısında bu xəstəlik müşahidə olunub.

Ardı →

Dünyanın sonunun gələcəyinə dair boşa çıxmış proqnozlar

Dünyanın sonunun çatmasına dair ( ya da digər hadisələr )  konkret tarix göstərilməsi ilə bağlı bir çox proqnozlar məlumdur. Bunlardan bəzilərini nəzərdən keçirək:

* 1533, 18 oktyabr — Alman riyaziyyatçısı və rahibi Maykl Ştifelin hesablamalarına görə dünyanın sonu tarixi;

* 1688 -1700 — şotland riyaziyyatçısı Con Neperin hesablamalarına və Apokalipsisə ( Məhşər ) dair şərhlərinə əsasən dünyanın sonu tarixi;

* 1736, 13 oktyabr — ingilis ilahiyyatçısı Uilyam Uistonun öncəgörmələrinə əsasən böyük daşqın nəticəsində dünyanın sonunun çatması;
Ardı →

Anlaşılması çətin olan məşhur əsərlər

Yaxşı bir kitab və ya poema oxumaq insana zövq verir, hətta bəzən elə kitablar da olur ki, insanın həyatını dəyişir. Amma elə kitablar da var ki, onları oxuyan zaman muəllifin fikirlərini başa düşmək, qavramaq bizə çətin gəlir. Halbuki bu romanların müəllifləri çox məşhur adamlardır və onların kitabları da minlərlə, milyonlarla tirajla satılıb. Sizlərə dünyanın ən çətin oxunan romanlarının siyahısını təqdim edirik:

1. «Fineqanın oyanışı» — Ceyms Coys


«Fineqanın oyanışı» («Finnegan's Wake») məşhur irlandiyalı yazıçı, 20-ci əsr ədəbiyyatına yön verən şəxslərdən biri  Ceyms Coys tərəfindən yazılıb.


Roman eksperimental üslubuna görə seçilir və indiyə kimi ingilis dilində yazılmış ən çətin əsərlərdən biri hesab olunur. Parisdə 17 il ərzində yazılmış əsər yazıçının ölümündən iki il əvvəl,1939-cu ildə çap edilib. Kitabdakı sözlərin yarısı standart ingilis dilində, digər yarısı isə yazıçının özü tərəfindən yaradılan neologizmlərlər, terminlərdən ibarətdir.


Ardı →

349 nömrəli qapaq

1992-də Pepsi Filippində reklam kampaniyası keçirir. Sloqan belə idi — Siz bu gün milyonçu ola bilərsiniz. Kampaniya sadə idi – hər həftə xoşbəxt rəqəm elan olunurdu, bu rəqəmi qapağın içərisindən tapan milyon pesso qazanırdı. Bu təxminən 40 min dollar idi. Kasıb ölkə vətəndaşı üçün bir sərvət idi.
25 mayda qəzetlər növbəti xoşbəxt rəqəmi elan edirlər — 349 
Texniki səhv baş verir, belə ki 349 rəqəmli qapaqlardan 800 000 ədəd istehsal edilibmiş. Pepsi 32 milyard dolları ödəməkdən imtina edir.
On minlərlə «qalib» küçə etirazlarına başlayır. Kola Müharibəsi. Pepsinin 32 maşını yandırılır. Adamlar pepsi ofislərinə hücum edirlər. İdarə heyətinə təzyiq dolu yazılar gəlir. Bütün şirkət işçiləri şəhəri tərk edir. Ofisdə yalnız 3 nəfər qalır, 2 yerli işçi və Beyrutda iş təcrübəsi olan bir nəfər. 
Maraqlıdır ki, Pepsiyə qarşı müharibə ilk dəfə idi ki ordunu və kommunistləri birləşdiri. Pepsi məhkələrdən sonra hər bir qalibə cəmi 10-20 dollar pul ödəyir.
Pepsi bu kampaniyaya 2 milyon dollar ayırmışdı, sonda 20 milyona yaxın xərcləri çıxır. Xoş «niyyət» hərdən belə də nəticələnir.

Davamı →

Ən təhlükəli 7 ev əşyası

Arizona Universitetinin amerikalı mikrobioloqları, evdə olan ən çirkli və təhlükəlli əşyaların adlarını sadalayıblar. Hər birimizin düşündüyü əşyalar arxa planda qalaraq, təəccübə səbəb olan əşyalar ön planda yerləşiblər. Bu siyahıya mikrob və çirkin ən çox yığıldığı 7 ev əşyası daxildir. Beləliklə sizə bu siyahını təqdim edib, gələcəkdə bu əşyaların dezinfeksiyasında daha diqqətli olmanızı tövsiyə edirik...

1. Siyahıda birinci yeri demək olar hər gün mətbəxdə istifadə etdiyimiz taxta lövhələr tutur. Bu lövhədə aşkar olunan mkrobların sayı unitaz oturacağından 200 dəfə çoxdur. Mikrobioloqların tövsiyəsinə görə bu əşyanı istifadə etdikdən sonra qaynar suyla yaxşı yuyub və hökmən qurulamaq lazımdır. Bundan əlavə isə toyuq, ət, balıq, bişmiş tərəvəz, meyvə və çörək üçün ayrı lövhələrdən istifadə etməniz məsləhət görülür.



Ardı →