Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 805 topik

Oxu və heyrətlən

*V.Harvey qan dövranı haqqında kiçik kitabçası üzərində düz 13 il işləmişdir.


*N.Kopernik öz traktatını yaratmağa otuz ildən çox vaxt sərf etmişdir.


*İ.Nyuton öz ideyalarını bəşəriyyətə bildirməyə qərara alana qədər onların haqqında 20 il ətraflı düşünmüşdür.


*Firdovsi özünün «Şahnamə» əsərinə 30 il sərf etmişdir.


*Ç.Darvin özü haqqında belə demişdir: «Mən oxuduğum və konspektini tutduğum cürbəcür kitabların siyahısını nəzərdən keçirəndə öz əməksevərliyimə məəttəl qalıram.


*Höte «Faust» əsərini 7 ilə yazmışdır.


*Sirri Səkkati Həzrətləri ətrafına yığışanlara səbr haqqında bəhs edərkən bir əqrəb onu bir neçə dəfə çaldı. O, isə buna heç bir əhəmiyyət vermədi. Ondan bunun səbəbini soruşduqda o, belə cavab verdi: «Səbrdən bəhs etdiyim bır halda səbr etməməkdən qorxdum.»


Ardı →

Bilmək istədiyiniz maraqlı faktlar

İnsanlar nəyə görə içki badələrini toqquşdururlar?

Bu ənənə ilə bağlı iki ayrı fikir irəli sürülür:  Badə  

      1. Şərab içən insanın 5 duyğu orqanını razı salmaq məqsədi ilə şərab qədəhini süfrədə çın səsiylə toqquşdurmaq. Burada 5 duyğu dedikdə aşağıdakılar nəzərdə tutulur: Şərabın rəngi — görmə hissi; Şərabın dadı — tam alma hissi; Şərabın iyi – qoxu alma hissi; əl ilə toxunmaq – toxunmaq hissi;  çın səsi – eşitmə duyğusu. Şərab bütün duyğuları qane edən mənasını daşıyır.

     2. Digər fərziyəyə görə antik dövrlərdə bir insanın düşmənini yeməyə dəvət edib ona zəhərli içki təqdim etməsi  tez-tez müşahidə edilirdi. Ev sahibi içkisinin zəhərsiz olduğunu göstərmək üçün öz içki badəsini havaya qaldırar və qonağın içkisinin bir hissəsinin öz badəsinə tökülməsini istərdi. Sonra eyni vaxta içkilər içilərdi. Qonaq bu zaman ev sahibinə inamını göstərmək üçün badəsini ev sahibinin yuxarı qaldırdığı badəyə yavaşca toqquşdurar və çın səsi ilə içkini yoxlamağa ehtiyac olmadığını göstərərdi.


Ardı →

Ölümdən sonra- Post mortem

20-ci əsrin əvvəllərinə kimi Avropanın bir neçə ölkəsində və Rusiyada qəribə adət var idi. Belə ki, sakinlər ölən qohumlarının, əsasən də uşaqların şəklini yadigar çəkirmişlər. Özü də onları canlı kimi lentin yaddaşına köçürürmüşlər. Onların göz qapaqları kəsilir, yaxud da, ustalıqla göz çəkilirdi. Bütün bu tədbirlərdə məqsəd ölünün canlı kimi görünməsini təmin etmək idi. Bu azmış kimi canlılar da ölülərlə birlikdə elə dururdular ki, bu gün də onların hansının ölü, hansının diri olduğunu ayırmaq çətindi.
Belə şəkillər «post mortem» («Ölümdən sonra») adlanırdı.


Davamı →

35 qəribə fobiya


 (Cəmiyyətimizdə də bu cür fobiyaları olan insanlar var, oxuyun dostlar!)

1. akribofobiya — oxunulmuş bir şeyin mənasını anlaya bilməmək qorxusu
2. araxibutirofobiya — qoz (və ya araxis) yağının yumşaq səmaya yapışacağından qorxu
3. aulofobiya — fleytadan qorxu
4. bibliofobiya — kitabxanalardan qorxu
5. verbofobiya — sözlərdən qorxu
6. qadiofobiya (ierofobiya) — ziyarətgah və ruhanilərdən qorxu
7. hidrozofobiya — tərləməkdən qorxu
8. qrafofobiya — əllə yazmaq (vəya yazı ləvazimatlarını ələ götürmək) qorxusu
9. deypnofobiya — nahar zamanı (əsnasında) danışmaq qorxusu
10. dikefobiya — ədalətdən qorxmaq
Ardı →

Roma imperatoru IV Karlın həyatından maraqlı fakt

Roma imperatoru IV Karl 4 rəqəmini çox sevirmiş. Onun hakimiyyəti dövründə Romanın 4 paytaxtı, hər paytaxtda 4 knyaz var imiş. Karlın 4 sarayı, hər sarayda 4 qapı, 4 pəncərə, 4 stol, 4 çıraq var imiş.

IV Karl başına 4 metal ərintisindən ibarət olan dördkünc tac qoyarmış. O imperiyanı 4 hissəyə, ordunu 4 yerə bölmüşdü.

Həmişə 4 atlı karetaya minərdi. O, 4 rəngli paltar geyər, 4 dil bilərmiş.

Karl gündə 4 dəfə nahar edər, 4 cür yümək yeyər, 4 cür şərab içərmiş.

O, 4 dəfə evlənib.Onun həyat yoldaşları :

1) Blanche (1316 — 1348),

2)  Anna (Bavyera) (1329–1353)

3) Anna von Schweidnitz  (1339–1362)

4) Elizabeth (Pomerania)  (1345 ya 1347–1393).

IV Karl vəfat edəndə yanında 4 həkim, 4 keşiş olub. Hər keşiş onun 4 vəsiyyətindən birini yazıb.

Nəhayət, IV Karl 1378 — ci ildə 29 noyabr saat 4-də vəfat edib.

 


Davamı →

Velosipedin tarixi

1817-ci ildə Baron fon Drays tərəfindən ixtira edilən ilk velosipedVelosiped — (fransızca vélocipède “tez ayaq” deməkdir) əksər hallarda iki təkərə malik, əzələ qüvvəsi ilə pedalla hərəkətə gətirilən nəqliyyat vasitəsidir. Yüksək sürət, sükanın idarəsi, ağırlıq mərkəzinin tənzimlənməsi ilə müşayiət olunan stabilləşdirici təkan nəticəsində velosipeddə hərəkət etmək mümkündür. Velosiped tikiş maşınından sonra dünyada kütləvi şəkildə istehsal edilib yayılan ikinci texniki məhsul hesab olunur. Hazırda dünyada yarım milyarda qədər velosiped mövcuddur. Kiçik ölçüsü, aşağı qiyməti və yanacağa ehtiyacının olmaması onun dünyada belə geniş yayılmasının əsas səbəblərindəndir.
 
Dünyada velosipedin tarixi 500 il bundan əvvəl Leonardo da Vinçinin velosiped şəklini təsvir etməsi ilə başlayır.
 
Mülahizələrə görə, velosipedin ixtirası 1816-cı ildə vulkan püskürməsi nəticəsində atların qırılması və bununla da başqa nəqliyyat vasitələrinin inkişafına ehiyac yaranması ilə stimullaşdırılmışdır. Ilk velosipedin görünüşü müasir velosipedlərdən tamami ilə fərqlənirdi. Almaniyanın Mahhaym şəhərində yaşayan Baron fon Drays tərəfindən ilk velosiped 1817-ci ildə ixtira edilmişdir. Bu idarə olunan velosiped olub, demək olar ki tamami ilə taxtadan düzəldilmiş, lakin pedallara malik olmayan bir velosiped olmuşdur. Velosipedin ilk modeli yoxuşlu küçələrdən aşağı düşmək üçün ayaqları yerə dirəyib təkan verərək hərəkətə gətirilirdi. Bu tip velospiedlərin rekord sürəti 15 s/km çox olmurdu.

Lakin bütün bunlara baxmayaraq ilk velosipedlərin populyarlıq qazanmasına hələ çox qalmışdı. Çünki velosipedin ilk ixtirasında iki əhəmiyyətli element nəzərə alınmamışdı. Bunlardan biri velosipedin pedalları 1861-ci ildə ilk öncə qabaq təkərlərə taxılmış, 1888-ci ildə isə pedallar arxa təkəri hərəkətə gətirən zəncir ilə birlikdə bərkidilmişdir. 1842-ci ildə velosipedlərin təkərlərinə rezin şinlər taxmaq ideyası ortalığa çıxanda artıq velospedlərin görünüşü müasir formaya düşmüşdür.
 


Ardı →

İyrənclik


Dünyanın ən bahalı qəhvəsi fil ifrazatı vasitəsilə hazırlanır. Fillərə təmiz qəhvə dənələri verilir. Fil yedikdən sonra isə ifrazatındakı həmin dənələr yenidən toplanır.
Sonra onu toz halına gətirib satırlar. Bu cür qəhvənin özünəməxsus qoxusu və dadı olur. Black Ivory adlanan bu qəhvənin bir kiloqramı 1100 dollardır. İfrazatlı qəhvə təkcə fillərdən alınmır. Dünyada müxtəlif nadir növ ceyrandan, pişikdən də bu cür qəhvələr alınır.
Davamı →

Televiziya tarixində ən uzun seriallar

1. "İstiqamətverici işıq"(1952-2009-cu illər)
15762 seriyadan ibarətdir, davamlılığı 164 gün 4 saat 30 dəqiqə və ya 236430 dəqiqədir.
Televiziya tarixində ən uzun serial olaraq Ginnesin rekordlar kitabına daxil edilib. Serial Çikaqoda yaşayan keşişin həyatından bəhs edir. 

2.«Dünya necə fırlanır» (1956-2010-cu illər)
Serial 13763 seriyadan ibarətdir. Ümumi efir vaxtı  573 gün 11 saat və ya 825780 dəqiqədir.
Sujeti Okdeyl şəhərciyinin sakinləri, məişət problemləri və arzuları üzərində qurulub. Serialda Martin ŞinMeq Rayan kimi məşhurlar çəkiliblər.

3.«Yaşamaq üçün bir həyat» (1989-2009-cu illər)Serial 10625 seriyadır, ümumi vaxtı 221 gün 8 saat 30dəq və ya 318750 dəqiqədir. Bu, rasizm və narkomaniyadan bəhs edən ilk serialdır. Sujet xəttini uydurulmuş Llanvyu şəhərciyinin bəzi sakinləri təşkil edir.

4.«Mənim uşaqlarım» (1970-ci ilən bu vaxta qədər)
10333 seriyadan ibarət olan serial hələ uzun müddət davam edəcək. Ümumi vaxtı 430 gün 30 saat və ya 619980 dəqiqədir. Sujeti adi olsa da aktyor oyunu maraqlıdır. Söhbət Pensilvaniyada yaşayan insanların həyatından gedir. 

Ardı →

Dahilərin həyatından

Deyirlər ki, qızılgülün lap təzəcə çıxdığı vaxt bir nəfər fəqir adam Xurşidbanu Natəvana bir dəstə qızılgül gətirir. Xan qızı ona təşəkkür etdikdən sonra 100 manat da bağışlayır. Kişi xanıma dua edərək, xudahafizləşib gedir. Bunu görən ev darğası deyir: " Xanım, o qızılgülün qiyməti lap yuxarısı 2 şahıdır. Bir dəstə gülə 100 manat verməniz məni çox təəccübləndirdi. Səxavətin də bir sərhədi var. " Natəvan cavabında deyir: " Bizim yerlərdə səxavəti pulla ölçməzlər, bunu yaxşı bilirsən. O kişi ehtiyac içində boğulur. Gülü bəhanə edərək mənim yanıma gəlmişdir. Onu heç cürə əliboş yola salmaq olmazdı. Hər kasıbı sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlmir. "
Ardı →