Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 805 topik

Üç dilli qadın

32 saylı Çin sakini Çonqe Xuyan Si yaxın vaxtlarda 20 ildə ilk dəfə normal yemək yeyə bilib. Sən demə, biçarə qadının 3 diliu var imiş.Ən qəribəsi budur ki, anadan olarkən onun bir dili olub, aradan bir neçə il keçdikdən sonra isə onun daha iki dili çıxmağa başlayıb. Onu bu iyirmi ildə üç dillə yaşamağa nəyin məcbur etdiyini söyləmək çətindir. Ancaq axır ki, Çonqe uzun illərin əzabından qurtarıb, cərrahiyyə əməliyyatı ilə öz əlavə dillərinə əlvida deyib.

Mənbə: İlğım qəzeti.
Davamı →

Dünyanın ən sirli təriqətləri

Onlar ya dünyanı idarə edir, ya da idarə edənləri təsir altında saxlayır
Deyilənə görə, əslində dünyanı idarə edənlər elə onlardır. Hamımız onların haqqında çoxsaylı miflər, əfsanələr eşitmişik. Söhbət dünyanın ən sirli və cazibədar təriqətlərindən gedir. Türkiyə mətbuatında bu təriqətlər barədə yazılanları Lent.az-ın oxucularına təqdim edirik. Beləliklə...
Dünyanı idarə etdiyi iddia olunan ən sirli örgütlər hansılardı? Onların məqsədləri nədir? Necə yaranıblar? Bu sirli təriqətlər nə qədər insanı birləşdirir?


Ardı →

İlk avropalılar kim olub?

Avropada ilk insan məskunlaşması nə vaxt yaranıb? Bu sual alimləri çoxdan maraqlandırır və bu gün İspaniya alimləri, buna deyəsən cavab tapıldığını bildiriblər.

Onlar Avropada ən erkən olduğu zənn edilən insan məskunlaşmasına dair birbaşa dəlil əldə etdiklərini bildiriblər. Nature dərgisində çap olunan məqaləyə əsasən, alimlərin aşkar etdiyi daşlaşmış insan çənəsi və bir sıra dişlərin milyondan çox yaşı var.
Ardı →

Qəribə qanunlar 3

Uğursuzluq cinayət deyil, əsl cinayət məqsədinə çatmaq üçün öz imkanlarından aşağıda durmağındır — Ceyms Rassel

ABŞ-ın Mobil şəhərində canavar kimi ulamaq qadağan olunub. Bunun isə öz tarixçəsi var. Vaxtilə bu şəhərdə yerləşən hərbi hissənin əsgərlərinin geyimlərinin qollarında canavar emblemi var imiş və onlar hər axşam yerli barlara yığışaraq canavar kimi ulayırmışlar. Bu isə öz növbəsində yerli əhalini hövsələdən çıxarırdı. Hərbi hissə bağlansa da, qanun hələ də öz qüvvəsini itirməyib.

İngiltərənin paytaxtı Londonda avtobusda yatmaq qadağan olunub. Belə ki, Londonun avtobus kampaniyası bir qadına qarşı iddiaçı kimi çıxış edərək bildirib ki, qadın avtobusda yuxulayaraq öz dayanacağını ötüb keçmişdir. Bu səbəbdən də onun aldığı bilet vaxtı keçmiş hesab edilməlidir. Qeyd etmək lazımdır ki, Londonda avtobuslara biletin qiyməti gediləcək məsafədən asılıdır.
Ardı →

Müqayisə: insan bədəni robot olsaydı?

Həyatımız boyu bədənimizlə görür, eşidir, nəfəs alır, yeriyir və qaçırıq. Bədənimiz sümükləri, əzələləri, damarları, daxili orqanları ilə birlikdə mükəmməl nizama malikdir. Bu nizamın təfərrüatını təhlil etdikdə isə daha heyranedici həqiqətlə qarşılaşırıq: insan bədəni yer üzündəki ən kompleks sistemlərdən təşkil olunmuş canlı “robot”dır. Bu robotun içində ən üstün texnologiyalardan da üstün texnologiyaya malik cihazlar, Allahın izni ilə hərəkət edən, öz sahəsində ixtisaslaşmış fərdlər, tam təchizatlı əsgərlər və başqa sistemlər mövcuddur. Bədənin içindəki sistemlərin bu nizamını və bütün üstün sistemləri yaradan göylərin, yerin və bunların arasındakıların hakimi olan uca Allahdır.

Beyin/komüter
Sinir hüceyrələrinin hər biri məlumat ötürülməsi üçün xüsusi vahidlərdən təşkil olunub. Beyin təkmil kompyuterdəki mikroprosessorun məlumat ötürməsini təmin edən 4.5 milyon tranzistorun işini təkbaşına görə bilir. Bu rəqəm beyində elektrik mübadiləsi aparan 10 milyard sinir hüceyrəsi ilə müqayisə edildikdə çox kiçikdir. Üstəlik, beyin dad və qoxu impulslarını qavraya bilir, lakin bunu edən qurğu hələ mövcud deyil.


Ardı →