7.2 Marketinq tədqiqatı

Son illər müxtəlif təşkilatlar (kommersiya firmalarından tutmuş siyasi partiyalara qədər) daha tez-tez marketinq tədqiqatlarının aparılması ilə bağlı xidmətlərə müraciət edirlər. İndi təkcə Böyük Britaniyada bu sek­torun dəyəri ilə 500 milyon funt sterlinqdən çox təşkil edir. Marketinq təd­qiqatları təkcə iri kompaniya və təşkilatlara lazım deyil. Yaradıcı təd­qiqatın hazırlanması sayəsində hətta kiçik büdcəli təşkilatlarda marketinq tədqiqatlarının aparılmasından fayda əldə edə bilərlər. Kommersiya tədqiqat təşkilatları aparılan tədqiqatın tipindən asılı olaraq dəyəri 2000 funt sterlinqdən tutmuş sifarişlər yerinə yetirirlər.
İnternet şəbəkəsinin və hər yerdə mövcud olan elektron poçtlarının meydana gəlməsilə marketinq tədqiqatının yeni metod və prinsiplərinin tətbiqi üçün çoxlu yollar açıldı. Onlar 18-ci fəsildə təsvir olunacaq.
Şəkil 7.3-də tədqiqat agentlikləri tərəfindən həyata keçirilən mar­ketinq tədqiqatları ilə bağlı fəaliyyət növlərinin diapazonu təsvir edil­miş­dir. Böyük Britaniyada hal-hazırda tədqiqat xidmətləri təqdim edən 200-dən çox agentlik mövcuddur. NOPAGB kimi bəzi kompaniyalar bütöv spektr müxtəlif xidmətlər təqdim edirlər. Digərləri müəyyən tədqiqat növləri üzrə ixtisaslaşıblar (misal üçün, A.C.Nielcen kompaniyası xırda müş­tərilərə audit aparılması üzrə ixtisaslaşıb). Böyük Britaniyada mar­ketinq üzrə xidmətlər təqdim edən kompaniyaların tam siyahısı, əgər lazım gələrsə ixtisaslaşmalarını da göstərməklə, Bazar Tədqiqatı Cəmiy­yə­tinin illik buraxılışlarında (Market Research Yearbook) göstərilir. Tədqiqatın müxtəlif növləri aşağıda təsvir olunub.

Marketinq tədqiqatının metodları

Şəkil 7.3 Marketinq tədqiqatının metodları

7.2.1 Kompaniyaların uçot sənədləri
Kompaniyanın öz sənədlərindən səmərəli istifadə edilməsi marketinq məlumatlarının yığılması üçün  göz qabağında olan, lakin çox vaxt kafi olmayan başlanğıc nöqtəsidir. Kompaniyalarda, tez-tez, marketinq qərarlarının əsaslandırılması üçün istifadə edilə biləcək əhəmiyyətli həcmdə informasiya gözlənilməyən yerlərdə saxlanılır (misal üçün, mühasibatlıqda). Müxtəlif amillər haqqında informasiyaları, misal üçün, alışı kimin etdiyini və hansı həcmdə etdiyini hesab-fakturaların uçot məlumatlarından əldə etmək olar. Analoji qaydada, alışların uçotu məlumatları əsasında müştərilərin loyallığı modelləri haqqında nəticələr çıxartmaq, müştərilərin alışlarındakı boşluqları müəyyən etmək və daha dəyərli müştəriləri aşkarlamaq olar.
Bununla belə, kompaniyalarda yığılan məlumatların dəyərliliyi ilk növbədə informasiyaların hansı qaydada yığılmasından asılıdır. Təəssüf ki, adətən, satışlar haqqında məlumatlar  marketinq qərarlarının qəbul edilməsi üçün əlverişli formada yığılmır və ya saxlanılmır. Bildiyiniz kimi, məlumatların təhlili ilə bağlı ən gözlənilməz tələbatları təmin etmək üçün mümkün qədər daha çox ətraflı məlumatları toplamaq arzuolunandır. Misal üçün, satışın uçotunu müştərilər, məhsullar, məhsul xətləri, satış zonaları, vaxt müddətini ətraflı göstərməklə satıcı   tipləri üzrə aparmaq lazımdır. Belə tip məlumatlar mənfəətli və qeyri-mənfəətli müştəriləri, satış zonalarını və məhsul xətlərini ayırmağa və bazarda mövcud olan təmayülləri aşkar etməyə imkan verir.  
Birbaşa marketinq sahəsində belə qəbul edilmişdir ki, mövcud müştərilər daha perspektivlidir. Satışın adekvat uçotu alışların sürəkliliyini, gizli və keçmiş müştərilərin miqdarını əks etdirməli, həmçinin, maraq göstəriləcək alternativ məhsulları ehtimal etməyə imkan verməlidir. Bağlama ticarəti sahəsində kompaniyaların kataloqları üzrə müştərilər tərəfindən alınmış məhsulun tiplərinə görə uçot aparılır. Bu, öz mahiyyətinə görə daha da ixtisaslaşmış əlavə kataloqların yaradılmasına və alış etmək ehtimalı daha yüksək olan potensial müştərilərə göndərməyə imkan verir.

7.2.2 Standart tədqiqat
Adından da göründüyü kimi, standart tədqiqat, çox vaxt, artıq xarici mənbələrdə olan məlumatların aşkarlanması və konkret kompaniyalara tətbiqindən ibarət mövcud tədqiqat xidmətlərindən istifadədir. Böyük miqdarda baza informasiyası, misal üçün, bazarların həcmi və artım tempi, ümumi sosial və iqtisadi təmayül, firma-müştərilər və firma-rəqiblər haqqında informasiyalar bu və ya digər formada artıq mövcuddur. Krauç və Houzden (Crouch and Housden, 1996) üç əsas standart tədqiqat tipini ayırırlar:

  1. Artıq nəşr olunmuş böyük həcmdə məlumatların istifadəsilə tədqiqat, adətən, ikinci tədqiqat və ya statistik sənədlərin işlənməsi adlanır.
  2. Mütəmadi bazar sorğusu nəticəsində əldə edilmiş məlumatların istifadəsilə tədqiqat – birləşdirilmiş tədqiqat. Tədqiqatın aparılması xərcini sifarişçilər qrupu çəkir və yığılmış məlumatlardan istifadə edirlər.
  3. Məlumatların yığılması metodunun ümumi, məlumatların özünün isə fərdi olduğu tədqiqat. Müştərilərə xüsusi informasiyanın yığılması üçün Britaniyada “omnibus” (çoxaspektli, avtobus – tər.-dən) sorğuları kimi standart tədqiqat metodları tətbiq olunur.

Təkrar statistik sənədlərin təhlili
Təkrar tədqiqat gedişində artıq müxtəlif mənbələrdə nəşr olunan mə­lumatlardan istifadə olunur. Tədqiqatçı digərləri tərəfindən aparılan təd­qiqat nəticələrinin “ikinci” istifadəçisi olur. Təkrar məlumatlar nisbətən ucuzluğu və sürətlə əldə edilməsi (əgər siz harda axtarmağı bilir­sinizsə!) ilə seçilir, onlar, həmçinin, dəqiq və etibarlı olurlar. Təəssüf ki, təkrar məlu­matlar çox vaxt köhnəlmiş və marketinqlə bağlı əksər suallara cavab vermək üçün kifayət qədər konkret olmurlar. Misal üçün, təkrar məlu­matlardan siz nə qədər müştərinin hər bir rəqibdən məhsul aldığını öyrənə bilərsiniz, ancaq, nə üçün aldığını yox.
Böyük Britaniyada təkrar məlumatların böyük sayda mənbələri mövcuddur: təcrübəsiz tədqiqatçının qarşısında əsas problem onları tapmaqdan ibarətdir. Hökumət sahələr, ticarət, kommersiya və sosial tə­mayüllər haqqında külli miqdarda statistik informasiya nəşr edir. Bu infor­masiyaların böyük hissəsi pulsuz və ya nəşrlərin xərcini örtəcək qiymətə satılır. Lazımi hökumət statistik informasiyalarının axtarılması üçün başlanğıc mənbə “Hökumət statistikası: mənbələrin qısa soraq kitab­ça­sı­dır” (Government Statistics: a brief guide to sources). Alternativ mən­bələrin axtarılması və mövcud məlumatların sürətlə nəzərdən keçirilməsi məqsədilə Harvest (http://harvest.sourceforge.net)kimi onlayn infor­ma­siya xidmətlərindən getdikcə daha çox istifadə edilir.
Təkrar informasiyalar həm müxtəlif ölkələrdən, həm də eyni ölkə daxilində informasiya təchizatçılarından asılı olaraq öz keyfiyyətləri ilə  kəskin fərqlənirlər. Təkrar məlumatların dəqiqliyini qiymətləndirərkən aşağıdakı sualları yada salmaq lazımdır:

  1. Bu məlumatları kim və niyə yığıb?

(İnformasiyaya olan subyektiv münasibətə dair hansı ehtimal var?)

  1. Məlumatların yığılması nə cür aparılıb?

(Seçmə və ya siyahı? Seçmə metodu? Tədqiqat alətləri?)

  1. Tədqiqat hansı dərəcədə dəqiqdir?

(Metodologiya bu tələblərə uyğun gəlirmi?)

  1. Tədqiqat müəllifləri əldə edilən məlumatları hansı təyinata istifadə etmişlər?

(Bu istifadə sferası məhdudlaşıbmı?)

İlkin tədqiqat
İlkin və ya səyyar tədqiqat, təkrar mənbələrin müəyyən problemi həll etmək üçün lazım olan və ya qərar qəbuluna kifayət edəcək qədər ətraflı informasiya ilə təmin edə bilməyəcəyi zaman aparılır. İlkin tədqiqatlar yeni məlumatların çox vaxt birbaşa olaraq müştərilərdən və ya bölüş­dür­mə ilə məşğul olan vasitəçilərdən (pərakəndə və ya topdansatış ticarət müəssisələri kimi) yığılmasını nəzərdə tutur.

Birləşdirilmiş tədqiqat
Birləşmiş tədqiqat sifarişçilər qrupunun tədqiqatın aparılması xərclərini öz aralarında bölüşdürdüyü və onun nəticələrindən birgə istifadə etdiyi vaxt aparılır. Əsasən birləşmiş tədqiqatın aparılması xidmət növlərini mar­ke­tinq tədqiqatları üzrə ixtisaslaşan iri agentliklər təqdim edirlər, tədqiqatın nəticələrini isə arzuedənlər əldə edə bilər.
Böyük Britaniyada birləşmiş tədqiqat müxtəlif bazarlarda aparılsa da, əsasən, istehlakçı bazarlarında daha üstünlük təşkil edir. Daha çox istifadə edilən xidmətlərə A.C.Nielcen kompaniyasının pərakəndə satış auditi (Retail Audits), AGB kompaniyasının televiziya istehlak auditi (Television Consumer Audit - TCA), Britaniya bazar tədqiqat bürosunun (British Market Research Bureau Ltd - BMRB) məqsədli qruplar indeksi (Target Group İndex -TGİ), həmçinin, hal-hazırda tədqiqat bürosu tərəfindən aparılan (Research Bureau Ltd) milli oxucu sorğusu (National Lidership Survey) da daxil olmaqla kütləvi informasiya vasitələri baza­sında aparılan tədqiqatlar üzrə müxtəlif xidmətlər və AGB kompaniyası tərəfindən aparılan və idarə edilən BARB-ın teletamaşaçı auditoriyasının sorğusu aiddir.
Birləşmiş tədqiqatın müxtəlif bazarları əhatə edən çoxlu mənbələri mövcuddur. Bu tədqiqatların əsas üstünlükləri istifadə edilən metodo­lo­giyanın adətən yoxlanılmış və etibarlı olması, seçmənin çox vaxt öz gücü ilə sorğu aparmaq istəyən bir kompaniyanın imkanı çata biləcəyindən daha iri olması, həm də tədqiqatın nəticələrinin fərdi müəssisələrin sifarişi üzrə aparılan tədqiqatın dəyəri ilə müqayisədə əhəmiyyətli dərəcədə ucuz olmasıdır. 
Çatımamazlıqları, məlumatların vaxta görə satışla, bazarda və rəqiblər arasında təmayülün aşkarlanması ilə, həmçinin, reklamların tə­sirinin və məhsulun bazarda irəlilədilməsi üzrə digər fəaliyyət növlərinin öyrənilməsi ilə məhdudlaşmasıdır. Bu tədqiqat alış motivini dərindən öyrənməyə və kompaniyanı maraqlandıran hər hansı digər əlavə suala cavab almağa imkan vermir.

Birgə tədqiqat
Bu tip tədqiqat standart qismində təsnif edilir. Bu tədqiqatda xərclərin bir hissəsi bir neçə kompaniya tərəfindən ödənilir və səyyar işlər bir sıra kompaniyaların birgə sifarişləri əsasında aparılır, lakin, nəticələr ümumi olmur. Çoxaspektli (“omnibus”) sorğular qabaqcadan təyin edilmiş (standart) seçmə strukturuna və metodologiyasına malik mütəmadi tədqiqat sorğularıdır. Sonra ayrı-ayrı sifarişçilər anketdə özlərinə maraqlı olan sualları yerləşdirməklə omnibusda özlərinə “bilet alırlar”. Müxtəlif sifa­rişçilərin sualları daxil edilən sorğu aparılır, nəticələr isə sosial mənsubiyyət, ACORN kateqoriyası üzrə (Classification of Residential Neighbourhoods – yaşayış rayonlarının təsnifatı), yaş və s. amillər üzrə cədvəl formasında sistemləşdirilir.
Böyük Britaniyada tipik “omnibus” sorğularına həftədə 2000 yaş­lının iştirak etdiyi NOP kompaniyasının təsadüfi seçmə metodlu “omnibusu”nu, ayda 1000 avtohəvəskarın iştirak etdiyi RSGB kom­pa­niyasının avtomobil omnibusunu (Motoring Omnibus) və hər ay 7 yaşdan – 17 yaşa qədər 1100 uşağın iştirakı ilə keçirilən BMRB bürosunun milli uşaq sorğusunu(National Children’s Survey) aid etmək olar. Belə çoxaspektli tədqiqatın əsas üstünlüklərinə onun aşağı xərcli (ona görə ki, səyyar işlərə xərcləri bütün iştirakçı kompaniyalar ödəyir) və tədqiqatın sifarişçilərinin kifayət qədər geniş respondent dairəsinə onları maraq­lan­dıran sualları verə bildiklərinə görə  elastiki olmasıdır. Amma, “omnibus” sor­ğularına daxil edilən sualların miqdarı adətən 6-10 arasında məh­dud­laşır. Respondentlər bir anketləşdirmə gedişində müxtəlif məhsullar haq­qında cavab verməli olduqlarına görə, onları qısa və konkret ifadə etmək daha yaxşıdır.
Bütövlükdə müxtəlif standart mənbələr mövcuddur ki, marketinq və ya sosial tədqiqat həyata keçirmək istəyən kompaniyalar bunlar ara­sından uyğununu seçə bilər. Bütün bunlar ilkin tədqiqatla müqayisədə üs­tün­lüyə malikdirlər, çünki qəbul edilmiş metodologiyaya əsaslanıblar və on­lardan kifayət qədər aşağı xərclərdə sürətlə istifadə etmək olar. Çatış­mazlıqları isə tədqiqat gedişində verilə biləcək məhdud suallar və məz­munla bağlıdır. Bununla belə, bahalı ilkin tədqiqatlara başlamazdan öncə, marketinq mencerlərinə standart tədqiqat metodları sayəsində mövcud olan imkanları ciddi surətdə öyrənmək məsləhəti görülür.

7.2.3 Sifarişli tədqiqatlar
Standartın tədqiqatların əksinə olaraq sifarişli tədqiqat tədqiqat aparan təşkilatlara sifarişçi-kompaniyanın tələbatlarına dəqiq uyğun olaraq işləməyə imkan verir. Bu tələbatlardan asılı olaraq bir sıra metodlar mövcuddur (şəkil 7.3). Bu metodları şərti olaraq iki kateqoriyaya ayırmaq olar: keyfiyyət və miqdar.
Keyfiyyət tədqiqatları zamanı miqdar ölçməsi mümkün olmayan məlumatların başa düşülməsi və inkişaf etdirilməsi durur. Keyfiyyət tədqiqatı miqdari göstəricilərin deyil, mənanın axtarılması ilə bağlıdır. Onda, adətən, azsaylı seçmə respondentlər iştirak edir, lakin onların fikirlərinin, motivlərinin və münasibətlərinin dərindən öyrənilməsi həyata keçirilir. Digər tərəfdən, miqdari tədqiqatlarda daha iri seçmələr aparılır, daha da strukturlaşdırılmış tədqiqat alətləri tətbiq olunur (anketlər və s.), əldə edilmiş nəticələri miqdari ölçmək mümkün olur. Keyfiyyət metod­la­rından çox vaxt tədqiqatın ilkin, erkən mərhələlərində (şəkil 7.4), miqdari metod­lardan isə ümumi keyfiyyət nəticələrinin miqdari qiymət­lən­dirilməsində istifadə olunur.

Keyfiyyət tədqiqatı metodlarının tətbiqi məqsədləri

Şəkil 7.4. Keyfiyyət tədqiqatı metodlarının tətbiqi məqsədləri

Tədqiqatın keyfiyyət metodları
Tədqiqatın keyfiyyət metodları, mahiyyətcə, strukturlaşdırılmamış və ya yarım sturkturlaşdırılmış sorğu metodlarını özündə əks etdirir. Onlar elə tərtib edilib ki, respondentləri sərbəst cavab verməyə və səmimi hisslərini, fikirlərini və motivlərini ifadə etməyə həvəsləndirsin. Tədqiqatın key­fiyyət metodlarının aparılması üçün istifadə olunur: qrupların sorğusu (müxtəlif adlar daşıyır – məqsədli qrup metodu və ya qrupların əsaslı sorğusu) və fərdi əsaslı sorğu.
Qrupların sorğusu, adətən, müzakirəni tədqiqatın məqsədlərinə uyğun məsələləri əhatə etməyə istiqamətləndirən aparıcının və ya liderin başçılığı altında 7-9 adamdan ibarət qrupun sərbəst qeyri-rəsmi müza­ki­rəsi formasında olur. Müzakirə, adətən, aparıcının evində(istehlak təd­qiqatı zamanı) və ya mehmanxana nömrəsində (sənaye qrupları üçün) aparılır. Qrup işlərinin üstünlüyü, iştirakçıların qarşılıqlı fikir müba­diləsinə sövq etməsi nəticəsində respondentlərlə üz-üzə aparılan sorğulara nisbətən daha geniş müzakirənin açılmasıdır. Bu tədqiqat metodunun dəyərliliyi qrup aparıcısının keyfiyyətindən (bu adətən ixtisaslı psixoloq olur) və istiqamətlənmiş müzakirəni mövcud mövzunun sərhədlərini aşmayaraq geniş diapazonlu məsələləri əhatə etməyə həvəsləndirmək qabiliyyətindən asılıdır. Qrupa yoxlamaq üçün məhsul verilə bilər, qeyri-rəsmi şəraitdə verilmiş şərhlər isə obyektiv qiymətləndirməyə şərait yaradır.
Qrup müzakirələrindən qaymaxlı kremə malik piroqlar üçün “ya­saqdır, lakin, necə də sevimlidir” reklam şüarının hazırlanması gedişində səmərəli istifadə olunmuşdur (bax, Bradley, 1987). Müzakirələr nəti­cəsində qaymaq kremli piroqların yeyilməsi prosesi ilə bağlı günahkarlıq hissi aşkarlanmışdır. Reklamda  məhsulun istehlakı zamanı yaranan səmimi ləzzət və “yasaq edilmiş məhsulun dadılması” hissini ön plana çıxararaq bu hisslərdən səmərəli istifadə etmək olardı. Bu hiss və emosi­yaları miqdari ölçmələr nəticəsində aşkarlamaq qeyri-mümkündür. Qrup müzakirələrinin aparıldığı sərbəst qeyri-rəsmi atmosfer qeyd etdiyimiz rek­lam mətni ideyasının yaranmasına təkan verən əsasların əldə edil­məsində vacib rol oynadı.
Əsaslı sorğular intervü alanla (bu halda da onlar, adətən, ixti­sas­laşmış psixoloqlar olurlar) bir respondent arasında baş verir. Bu metod xüsusən də öz təbiətinə görə məxfi və ya qarşılıqlı anlaşma və inam atmosferi yaratmaq lazım gələn incə mövzulara aid olan motivlərin daha dərindən öyrənilməsində geniş istifadə olunur. Şifahi assosiasiyalar və Kellinin sabit şəbəkə metodu kimi (Kelly Repertory Grids) proyeksiya üsulları da daxil olmaqla əsaslı sorğuların aparılmasında istifadə edilən əksər metodlar klinik psixologiya əsasında hazırlanıbdır.
Keyfiyyət tədqiqatları çox vaxt daha dəqiq miqdar təhlillərin apa­rılmasından öncə gələrək onu təmin etməyə xidmət edir. Onlar, sonradan anketin tərtibi üçün sualların ifadə edilməsinə, hansı sualları vermək lazım gəldiyini müəyyənləşdirməyə və məhsulun və ya brendin vacib xüsu­siyyətlərini, həmçinin imicin xarakteristikasını aşkar etməyə kömək edir. Keyfiyyət tədqiqatı özlüyündə motivləşməni öyrənmək, reklam mətn­lə­rinin hazırlanması və ilkin yoxlanması, qablaşdırmanın dizaynını qiymətləndirmək, konsepsiyanın və yeni məhsulun sınaqdan keçirilməsi üçün istifadə edilir. Keyfiyyət tədqiqatının əsas çatışmamazlığı onunla bağlı xərclərin və tədqiqatın təbiəti etibarilə böyük seçmələrdə istifadə edil­məsinə imkan verməməsidir. Deməli, kiçik auditoriya ilə iş zamanı əldə edilmiş nəticələrin böyük əhali kütləsinə tətbiqi kifayət qədər risk­lidir.

Tədqiqatın miqdari metodları
Miqdari tədqiqat metodlarına  bu və ya digər növdə eksperimentlər, sorğular və müşahidələr aiddir.
Sorğular özlüyündə ayrıca müzakirənin mövzusudur. Müsahibənin aparılmasından asılı olaraq üç əsas sorğu tipi mövcuddur: şəxsi müsahibə - müsahibə alan və respondent şəxsən görüşürlər və “sual-cavab” xarakterli söhbət edirlər; telefonla müsahibə - telefonla aparılan və tez-tez isti­fadə edilən tədqiqat metodu; və poçt sorğuları – respondentlərin müs­təqil doldurması üçün anketlər poçtla göndərilir.
Metodların hər birinin öz üstünlüyü və çatışmamazlığı var. Şəxsi müsahibələrin aparılması ən çox xərc aparan olsa da maksimal elastikliyi təmin edir. Şəxsi müsahibələr, respondentlərin münasibətləri əks etdirən müddəalara reaksiya göstərməsi lazım gələndə və müsahibə götürənin əlavə izahat verməsi tələb olunan daha mürəkkəb suallarda xüsusən faydalıdır.
Telefonla müsahibə əsasən sürətlə məlumatlar alınması lazım gələndə əlverişli olur. Bu metod görüşlərin keçirilməsilə bağlı xərclər tələb etmir, ona diqqətlə nəzarət etmək olur, yığılmış məlumatlar isə təhlil aparılması üçün birbaşa kompüterin yaddaşına daxil edilir. Əksər ictimai rəy sorğuları bu qayda ilə həyata keçirilir ki, nəticələri növbəti gün qəzet­lərdə nəşr etmək mümkün olur. Telefonla müsahibələrin çatışmamazlıqları hamının telefonunun olmaması və nəticədə də əldə edilən seçmənin yalnız cə­miyyətin daha varlı hissəsinin fikirlərini əks etdirməsi (əksər evlərin te­lefon aparatı ilə təchiz edilməsi nəticəsində bu problem bir neçə illə mü­qayisədə daha az ciddidir) ilə yanaşı müsahibənin üzbəüzdə olduğu kimi şəxsi xarakter daşımaması və nisbətən qısa olması ilə bağlıdır. Telefon danışıqları zamanı təlqin etmək və digər stimullardan istifadə etmək qeyri-mümkün olur.

Sorğuların keçirilməsinin məqsədləri

Şəkil 7.5 Sorğuların keçirilməsinin məqsədləri

Poçt sorğuları – bu ən ucuz metoddur. Onlar müəyyən coğrafi zonalara səpələnmiş seçmələri ayırmaq zamanı və uzun, ətraflı anketlərdən istifadə edildiyi situasiyalarda faydalıdırlar. Bununla belə cavabların miqdar göstəriciləri aşağı ola bilər, cavab verənlərin üzərində nəzarət isə az ehtimal ediləndir. Birbaşa əlaqələrin olmaması səbəbindən anket suallarını aydın olması məqsədilə diqqətlə ilkin yoxlamadan keçirməklə çox dəqiq tərtib etmək lazımdır.
Müşahidə metodu respondentlərin lazım olan informasiyanı ver­mək istəməməsi və ya verə bilməməsi zamanı xüsusilə faydalıdır. Krauç və Houzden  (Crouch and Housden, 1996) mağazaya gələn müş­təri­nin hansı şeyləri supermarketin rəflərindən götürüb, baxıb və almadığına həsr olunmuş tədqiqatı misal göstərirlər. Mağazaya baş çəkəndən sonra aparılan birbaşa sorğu zamanı çətin ki dəqiq məlumatlar əldə edilsin, çünki, respondent sadəcə öz hərəkətlərini xatırlamır. Belə məlumatları, ancaq, müştərilərin mağazada davranışını müşahidə etməklə əldə etmək olar.
Müşahidəni yuxarıda qeyd etdiyimiz situasiyada olduğu kimi və ya müəyyən şose yollarında yol hərəkətinin intensivliyinin müşahidəsi zamanı fərdi şəxslər apara bilər. Müşahidə davranışa nəzarət etmək üçün hazırlanmış alətlərin köməyilə də aparıla bilər. Belə alətə ən yaxşı misal televiziya auditoriyasını öyrənmək üçün istifadə edilən “PeopleMeter” (“televiziya auditoriyasının sayını qiymətləndirən qurğu”) yazan qurğu­sudur. Seçilmiş teletamaşaçı qrupunun televizorlarına onu işlətmək və kanalları çevirmək vaxtlarını qeydə alan qara qutular quraşdırılır. Ailənin hər bir üzvinin öz şəxsi kodu olur və o, həmin şəxs otaqda olanda aktivləşir. Məlumatlar axşamlar telefon xətləri ilə teletamaşaçıların evlə­rindən tədqiqatçı kompaniyaya ötürülür və teletamaşaçıların televiziya proqramlarına baxması haqqında məlumatların operativ təhlilinə imkan verir.
Son illər televiziya auditoriyasının sayının qiymətləndirilməsi qurğu­sundan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə telepro­qram­lara baxmaq və teletamaşaçı auditoriyasını öyrənmək məqsədilə geniş istifadə olunur.
Miqdari tədqiqatın bizim üçün əhəmiyyət kəsb edən sonuncu tipi eks­perimental metodlardır. Eksperimentlər ya yerlərdə (səyyar), ya da labo­ratoriya şəraitində aparılır. Səyyar eksperimentlər real aləm şəraitində aparılır və subyektlər adətən eksperimentdə iştirak etdiklərini bilmirlər. Buna əsas misal kimi yeni məhsulun bütün ölkə və ya beynəlxalq bazar­lara çıxarmaqdan qabaq məhdud coğrafi zonalara buraxılması zamanı yoxlama marketinqini göstərmək olar. Laboratoriya eksperimentləri daha çox nəzarət edilən, lakin, daha az real şəraitdə aparılır, bu zaman respondentlər eksperimentlərdə iştirak etdiklərini bilirlər. Şəkil 7.6-da  mar­ketinqdə eksperimental metodların tətbiqinin əsas məqsədləri sxematik olaraq öz əksini tapıb.

Eksperimental metodların tətbiqi məqsədləri

Şəkil 7.6 Eksperimental metodların tətbiqi məqsədləri

Broudbent (Broadbent, 1983)  Cadbury Flake yumağı üçün reklam teks­tinin yoxlanması və hazırlanmasında regional eksperimentlərdən istifadəni təsvir edir. Cadbury Flake brendi qablara yığılmış şirniyyat məmulatları bazarında rəqabət aparır. Bu brendin  satış həcmi bütövlükdə qablara yığılmış şirniyyat məmulatları bazarında böhran yetişənəcən sabit olaraq artmışdır. Buna baxmayaraq, yumağın satış həcminin azalma sürəti satış bazarının azalma tempini iki dəfə üstələdi. Tədqiqat nəticəsində müəyyən­ləşdi ki, keçmiş istehlakçıların əhəmiyyətli hissəsi məhsulu həddən artıq kövrək/xırtıldayan hesab edirlər. Elə həmin xüsusiyyətlər məhsulun daimi alıcılar tərəfindən alınmasının əsas səbəbləri olduğuna görə istehsalçı-kompaniya məhsulun dizaynın dəyişməyi arzuolunmaz hesab etdi.

“Hər bir yumağ qırıntısı özündə həzz dənizi gizlətdiyini” önə çəkən və yeməkdə yumağın istifadəsi məharəti kultunu yaratmağa imkan verən alternativ reklam mətni hazırlandı. Qalmış qırıntıların çıxarıl­ma­sının müxtəlif metodları göstərildi – qutunu stulun arxasına döyməyi, kağız boşqablardan istifadə və çöp vasitəsilə yığma.
Yeni reklam Lankaster və Yorkşir regionlarının televiziya veriliş­lərində sınaqdan keçirildi və eyni zamanda satış həcmi ölkənin qalan hissəsi ilə diqqətlə müqayisə edildi. Birləşmiş mənbələrin və bu məqsəd üçün xüsusi təyin edilmiş sorğuların köməyilə müəyyənləşdirildi ki, sınağın keçirildiyi 18 ay ərzində satılmış vahidlər 16 faiz artdı – bu göstərici bütün gözləntiləri əhəmiyyətli dərəcədə üstələdi. Əldə edilmiş nəticələrə görə həm birinci, həm də təkrar alışların miqdarı artmışdı. Bu kampaniya nəticəsinədə yumoristik reklam materialları sayəsində mənfi amilləri (qırıntılar, səliqəsizlik) müsbət amillərə (dadlı yumağ tikələri) çevirmək mümkün oldu. Sonradan bu kampaniya kiçik miqyasda ölkənin digər bölgələrinə də yönəldildi.
Sınaq marketinqi sferasında son dövrlər bəzi yeniliklər meydana gəlib. Yuxarıda təsvir etdiyimiz kimi tammiqyaslı yoxlama bir sıra prob­lem­lər yaradır. O baha başa gəlir, çoxlu vaxt aparır və rəqibləri öz mar­ketinq strategiyalarını və ya bazara buraxmağa hazırlaşdıqları yeni məh­sulları dəyişdirməyə sövq edir. Nəticədə o qədər də iri olmayan yox­lama metodlarının tətbiqinin daha geniş yayılması müşahidə olunur.
Teylor Nelsonun (“Taylor Nelson “Model test Market”) “sınaq baza­rının nümunəsi” və RBL kompaniyasının “Mini - avanqard”ı (“Minivan”) kimi sınaq mini-bazarlar real bazara məhdud miqdarda və nəza­rət edilən bölgüdə məhsul buraxmağa imkan verir. Sınaq mini-bazar­ları ilkin və təkrar alış göstəricilərini müəyyənləşdirən zaman faydalı olsa da, marketinq elementlərinin bütövlükdə təsirini qiymətləndirməkdə yararlı deyil.
Sınaq supermarketdə real vəziyyətin imitasiyası şəraitində model­ləşdirilmiş mühitdə qida məhsullarının təklifinə əsaslanıb. Onlar sınaq reklamının təsiri altında sınaq alışı niyyətində olanların sayını müəyyən­ləşdirməyə imkan verən sınaq alışının miqdarını qiymət­ləndirməkdə və marketinq tədbirləri proqramının ayrı-ayrı elementlərinin, misal üçün, qab­laşdırmanı, qiymətəmələgəlməni və brendinqin səmərə­liliyinin qiy­mətlənndirməkdə yararlı ola bilər. Lazer skanerləşdirməsinin köməyilə tər­kibində müəyyən supermarketlərin müştərilərinin daxil olduğu müştəri qrupları tərəfindən edilmiş alışların qeydiyyatı aparılır və bu alışlar uyğun kartoçka nömrəsinə aid edilir. Bu qruplar yeni brendlərin məhdud bazar sınağı zamanı xüsusən faydalı ola bilər.
Standart tədqiqatda olduğu kimi sifariş metodlarında da böyük müxtəlifliklər var. Bazar tədqiqatları üzrə ixtisaslaşan əksər agentliklər müx­təlif sferalarda vərdişlərə, biliyə və təcrübəyə malikdirlər. Etiraf etmək lazımdır ki, marketinq tədqiqatına çəkilən xərclərin böyük hissəsi tez reallaşan kütləvi istehlak mallarının istehsalı və satışı üzrə ixtisaslaşan daha iri kompaniyaların payına düşür. Lakin, eyni zamanda, kiçik kom­paniyalar da tədqiqat xidmətlərindən və əlçatan mənbələrdən (xüsusən də standart tədqiqatların nəticələrindən) istifadə edə bilərlər.
Bazar tədqiqatı medtodları getdikcə daha tez-tez qeyri-kommersiya problemlərinin öyrənilməsinə tətbiq edilirlər. Məsələn, belə tədqiqat, gənclər arasında narkotik problemini həll etməyə cəhd məqsədilə aparılan reklam kampaniyasından əvvəl istehlakı miqyasının müəyyən­ləşdi­ril­məsinə geniş surətdə tətbiq edilib. Oxfam humanitar təşkilatı “əsas donor seqmentlərini” və ianə verənlərin motivlərini öyrənmək üçün sorğu yolu ilə tədqiqat aparmışdı. 2001-ci ildə Böyük Britaniyada ümumxalq seçki­lərindən qabaq hazırlıq dövründə hər iki aparıcı siyasi partiya bazar tədqi­qatının aparılmasına və potensial seçicilərin vəziyyətini qiymətləndirmək üçün ictimai rəy sorğusuna böyük vəsait sərf etmişdilər. İctimai rəy sor­ğusunun nəticələri (siyasi partiyalar və kütləvi informasiya vasitələrinin maliyyələşdirdiyi) praktiki olaraq seçkiyə üç həftəlik hazırlıq dövrünün hər günündə nəşr edildi.
Rəqabətli mövqeləşdirmə kontekstində marketinq tədqiqatı, ba­za­rın seqmentləşdirilməsinə yaradıcı yanaşmağa imkan verən çıxış məlu­matlarını verir. O məhsulun bazarda cari və potensial mövqeyini müəyyən­ləşdirməyə kömək edə bilər.

 

0 şərh