FƏSİL 8. Rəqabətin təhlili

B.e.ə. IV – V əsrlərdə yaşayan böyük Çin generalı Sun-Tszı rəqiblərin təhlilinin əhəmiyyəti barədə aşağıdakıları söyləmişdir:
“Öz düşməninizi özünüz kimi tanısanız, onda, yüzlərlə döyüşün nəticələri barədə qorxmaya bilərsiniz. Əgər siz özünüzü tanıyır, ancaq, rəqiblərinizi tanımırsınızsa, onda, sizin qazandığınız hər bir qələbəyə bir məğlubiyyət düşəcək. Əgər siz, nə özünüzü, nə də düşməninizi tanıyırsınızsa, onda, siz hər bir döyüşdə məğlubiyyətə məhkumsunuz”.
Bizim eradan əvvəl dördüncü əsrdə müharibə sənətinə şamil olunan bu fikir, bu gün biznesdə öz doğruluğunu saxlayır. Buna baxmayaraq, müasir müəssisələrin qarşısında duran problem ondan ibarətdir ki, onun əsas rəqibi, müştərisi və partnyoru elə eyni bir kompaniya ola bilər! Misal üçün, KodakFuji kompaniyaları fotoplyonka istehsalı sferasında qatı rəqiblərdir, lakin 1996-cı ildə onlar bazara qabaqcıl fotoqrafiya sis­tem­lərinin (Advanced Photographic System) buraxılması məqsədilə əmək­daşlıq etdikləri ilə eyni vaxtda, Yaponiyada, bazarların müdafiəsi məsə­lələri barədə məhkəmə çəkişməsi aparırdılar. Analoji qaydada, səmərəli istehlakçı reaksiyası proqramında (Efficient Consumer Response) təchizat zəncirinin nizama salınması üzrə pərakəndə ticarət kompaniyaları ilə birgə rəqib istehsalçı qruplar iştirak edir – bu rəqiblər, müştərilər və partnyorlar arasında əməkdaşlığa misal ola bilər. Tikinti sənayesində əksər iri əsaslı layihələr, qarşılıqlı fayda naminə, bir-birilə rəqabət aparmağa vərdiş etmiş firmalardan fəal əməkdaşlıq etməyi tələb edir. Bir çox müasir bazarlarda icraçı rəhbərlərin qarşılaşdığı problemlərin mürəkkəbliyi və çoxmənalılığı rəqibləri aşkarlamağı və öyrənməyi daha da zəruri edir.
Öz rəqiblərinin güclü tərəflərini və onların ehtimal edilən hərəkətlərini bil­mə­yərək marketinq strategiyasının əsas elementini - kompaniyanın rəqib­lərinə nisbətən rəqabətli üstünlüyə malik olduğu müştəri qruplarını tap­maq olmaz. Elə həmin qaydada, rəqabətli üstünlüyün bu nisbi anlayış oldu­ğuna görə, öz rəqiblərini kifayət qədər yaxşı başa düşməyən kom­paniya aydındır ki, öz üstünlüklərini və çatışmamazlıqlarını da real surətdə bilmir.
Aparıcı yapon kompaniyaları general Sun-Tszı kimi rəqiblərin təhlil edilməsi ideyasına mübtəladırlar. Qabaqcıl şərq və qərb kompaniyaları əsasən bir-birlərinə oxşar olmalarına baxmayaraq (Doyle et al., 1986), yapon kompaniyalarının informasiya yığmamağa meylliliyi onların əsas fərqləndirici xüsusiyyətidir (Kotler et al., 1985). Misal üçün, Leman və Vaynerin (Lehmann and Winer, 1991) bildirdiyi kimi  Mitsubishi kompaniyasının ABŞ-da kəşfiyyat bölməsi Nyu-Yorkda inzibati binanın bütöv­lükdə iki mərtəbəsini tutur. Həqiqətən də, hələ 1980-cı illərin əvvəl­lərində, Business Week qəzeti yazırdı ki, yapon kompaniyaları ABŞ-da kompüter sənayesinin lap mərkəzində - Silikonovoy Dolinada, Kaliforniya ştatında proqram təminatı sahəsində amerika ekspertlərini cəlb edərək Amerika texnoloji yeniliklərini öyrənən müşahidə qrupları yaradırlar.
Bu fəsildə, siz, rəqiblər haqqında informasiyaların yığılması, yayılması və praktiki istifadəsi üzrə vacib fəaliyyət növlərinin nəzəri əsasları ilə tanış olacaqsınız. Fəsildə dörd fəaliyyət sferası təsvir olunub:

  1. Rəqiblərin nəzarət göstəriciləri ilə müqayisə.
  2. Rəqiblərin təhlilinin parametrləri.
  3. “Yaxşı” rəqiblərin seçilməsi.
  4. Rəqiblər haqqında informsasiyaların mənşəyi, mənbəyi və yayılması.
 

0 şərh