12.3.6. Dəyişikiliklərin təsiri

Heç bir şeyin daimi olmadığını, hər bir şeyin dəyişdiyini və bəzən dəyişikliklərin müxtəlif aspektərldə müxtəlif sürətlə getdiyini başa düşmək lazımdır:

  • Kompaniyaların dəyişməsi. Kompaniyaların inkişafı ilə bazarın cazibədarlığına baxışlar dəyişə bilər. Virgin-lə bağlı yuxarıda baxdığımız misalda bu meyarlar onun bazara qoyduğu keçirdiyi investisiyaları deyil, kompaniyanın indi necə inkişaf etdiyi ilə bağlı təsəvvür verə bilər.
  • Bazarların dəyişilməsi. Bazarın cazibədarlığı köklü surətdə dəyişə bilər. Birləşmiş Krallıqda spirtli içkilər istehsalçıları qrupu Matthew Clark 1996-cı ilin sonunda elan etdi ki, Diamond WhiteK Ciders-in satışı 40 faiz azalıb və bu da mənfəətin azalmasına səbəb olub. Bu onunla izah olunurdu ki, bu içkiləri istehlak edən gənclər Bass kompaniyasının az alkoqollu limonad brendi Hooch kimi tərkibində spirt olan qazlı içkiləri içməyə üstünlük verirlər. Sahə ekspertlərinin ehtiyatla yanaşdığı az alkoqollu qazlı içkilər bazara çıxarılandan bir il sonra ildə 100 mln. litr satılırdı.
  • Rəqiblərin dəyişilməsi. 1950-ci illərdə Birləşmiş Krallıqda məişət tozsoranları bazarı HooverElectrolux-un hökmranlığı altında idi. Bu ən adi tozsoranlar idi. Ceyms Dayson bazar iştirakçılarına yeni məhsul təqdim etdi – “dünyada ilk dəfə toz yığansız tozsoran” –və ələ salındı. Çoxlu maneələri aşandan sonra o öz məhsulunu – yeni texnologiyada və baha qiymətə - buraxmağa başladı.  Birinci il, o, 3 mln. funt sterlinqlik tozsoran satdı və hər 12 ayda satış üç dəfə artırdı. Şaquli tozsoranlar bazarında Hoover kompaniyasının payı yarıya qədə azaldı, 1995-ci ildə qiyməti 180 funtdan bahalı olan tozsoranlar bazarında Dyson 58 faiz paya malik olduğu halda, Hoover-in ancaq 14 faiz payı var idi. Bazarın və onun seqmentlərinin cazibədarlığı radikal surətdə dəyişə bilər.
  • Bazarın yenilənməsi. Bazarın cazibədarlığı həm də, yeni iş üsulları irəli sürən “yeni biznes ixtiraçıları” səbəbindən kəskin olaraq dəyişə bilər. Kitab yazılan zaman Eagle Star öz məhsulunu internet-sayt vasitəsilə ən ucuz təklif etməklə Birləşmiş Krallıqda avtonəqliyyat sığortası bazarına hücum etdi. Daewoo kom­paniyası avtomobil əldə edilməsi üçün “maneəsiz” və həddən artıq sərfəli olan brend təklif etməklə və yeni birbaşa bölüşdürmə kanalı yaratmaqla Britaniya avtomobil bazarının 1 faizini (öz seqmentinin kifayət qədər böyük hissəsini) indiyə qədər görünməyən sürətlə ələ keçirdi. Amazon.com kitabları əlavə xidmətlərin (məsələn, onlayn axtarışın, kitabların icmalının və s.) sürətlə və ucuz təqdim edilməsi mümkün olan İnternet vasitəsilə müştəilərə təqdim etməklə kitabların pərakəndə ticarət sferasına ciddi surətdə daxil oldu.
  • Bazarın sərhədlərindəki dəyişikliklər. Əvvəlcə baxdığımız bazarın müəyyənləşdirilməsi məsələsi bazarın cazibədarlığı məsələsindən – cazibədarlıq həmişə konkret bazarı nəzərdə tutur – ayrılmazdır. Qeyd olunduğu kimi, əksər bazarlara bir xüsusiyyət xasdır: ənənəvi sərhədlər və müəyyənləşdirmə daimi dəyişikliklər vəziyyətindədir. Qeyd etdiyimiz investisya səhv­lə­rindən yayınmaq üçün müştərilərin yeni ehtiyaclarının və yeni texnologiyanın meydana gəlməsi ilə sərhədlərin necə dəyişdiyini daima dərk etmək lazımdır.
 

0 şərh