Biznesin mövcudluğunun xarici şəraitində dəyişikliklər

“Yeganə daimi kəmiyyətin dəyişən” olduğu barədə bəyanat bayağı olsa da müasir biznes şəraitində həqiqətə uyğundur. Krallığın sənətə, istehsala və kommersiyaya yardım cəmiyyətinin (Royal Society for the Encouragement of Arts, Manufactures & Commerce -RSA) “Gələcək dövrün kompaniyasının tədqiqi” araşdırmasında kommersiya bazar­larında baş verən bir sıra dəyişikliklər aşkarlanmışdır:
  1. İqtisadi dəyişikliklər tempi artır. Sənaye inqilabı dövründə adambaşına məhsuldarlığın artmasına 60 il lazım olmuşdur. Çin və Cənubi Koreya həmin nəticəyə on il ərzində nail olmuşdur.
  2. İnnovasiya partlayışı və tempi həmçinin yüksələn yeni biliklərin formalaşması müşahidə olunur. Hər il tədqiqat və tək­mil­ləşdirmələr nəticəsində 1960-cı ilə qədər yığılmış insan bilik­lərinin həcminə bərabər yeni biliklər həcmi formalaşır.
  3. Rəqabət təzyiqi getdikcə daha da güclənir. Məsələn, rəqa­bət­qabiliyyətliliyi saxlamaq üçün kompüter istehsalçıları xərclərini azaltmalı və təqribən hər il öz məhsullarının məhsuldarlığını 30 faizə qədər azaltmalıdırlar.
  4. İstehsal praktiki olaraq hər yerdə mövcud olur. Kompaniyalar daima istehsal üçün daha səmərəli alternativlər axtarırlar və bu da yerləşdiyi yerdən asılı olmayaraq istifadəsi iqtisadi nöqteyi-nəzərdən təsdiq olunmuş yeni mənbələrin axtarılması anlamına gəlir. 1993-cü ilin nəticəsinə görə Böyük Britaniyada istehsal sferasında əmək ödənişi xərcləri Almaniya üzrə analoji göstə­ricidən iki dəfə az, Koreya və Tayvanla müqayisədə isə iki dəfə çox idi. Əmək ödənişi xərcləri Polşa, Tailand, Çin və İndo­neziyada əvvəlki kimi əhəmiyyətli dərəcədə aşağıdır. 2002-ci ilin əvvəlində Dyson kompaniyası ancaq maya dəyərinin aşağı salınması nəticəsində əldə edilən faydaya görə tozsoran istehsalını Böyük Britaniyadan Uzaq Şərqə keçirdi.
  5. Firmalar öz rəqabətqabiliyyətliklərini yüksəltməyə cəhd gös­tərdikcə yeni təşkilati strukturlar meydana gəlir. Kompaniyalarda yenidənqurma həyata keçirilir, əlavə xərclər aşağı salınır, iyerarxiya səviyyəsi dəyişdirilir, birləşmələr olur, birliklər və partnyorluqlar yaradılır – və bütün bunlar bazarda rəqabət üstünlüyünün yaradılması məqsədilə edilir.
  6. Beynəlxalq ticarət və gömrük tarifləri üzrə ümumi razılaşmalar və onun ardınca formalaşan Ümumdünya Ticarət Təşkilatı sayəsində beynəlxalq ticarət məhdudiyyətlərdən azad olur, ancaq, güclü regional ticarət blokları əvvəlki kimi qalmaqdadır. Bu bloklar daxilində özünəməxsus regional, milli və dini qruplaşmaların fərdi təsiri də saxlanmaqdadır.
  7. Kompaniyaların fəaliyyəti və xüsusən də onların ətraf mühitə təsiri getdikcə daha aydın olur. Müştərilər həm iqtisadi mənada, həm də ətraf mühit mənasında daha tələbkar olurlar.
Makrosəviyyədə bu dəyişiklikləri iqtisadi, texnoloji, sosial, hüquqi və siyasi dəyişikliklərə bölmək olar. Su təchizatı ilə məşğul olan kompaniyanın iqlim xüsusiyyətlərinə təsir göstərə bilmədiyi kimi əksər makromühit amilləri ayrı-ayrı firmaların nəzarət sferasından kənarda yerləşirlər. Ancaq, çox məhdud sayda kompaniyalar siyasi, iqtisadi, sosial və texnoloji proseslərə əhəmiyyətli təsir göstərə bilər. Əksə­riyyətinə ancaq baş verən dəyişiklikləri dərk etmələri və onları proq­nozlaşdırmağı bacarmaları haqqında fikirləşmək lazım gəlir. Su təchizatı ilə məşğul olan kompaniyalar həm hava şəraitindəki dəyişiklikləri (su daxil olmasını) proqnozlaşdıra, həm də tələbi (su istifadəsini) proqnozlaşdırmalıdır ki, uyğun strategiya hazırlaya və tələbi razı sala bilsin.

Bu yaxınlarda Britaniya idarəetmə akademiyasında təqdim olunmuş əsas məruzədə (illik konfrans,Aston universiteti, 1996) Devid Kreyvens öz bazarında texnoloji dəyişikliklərin əhəmiyyətini başa düşməyən bir məşhur kompaniyanı misal kimi çəkdi (bax, Sammuels, 1994; Evans and Wurster, 1997). ABŞ-da 1990-cı ildə maksimal mənfəət əldə edən Encyclopaedia Britannica (EB) nəşriyyatı 1996-cı ildə ciddi çətinliklərlə üzləşdir, çünki, onun biznesinə təsir göstərən kompüter texnologiyasının, xüsusən də kompakt disklərin təsirini tam olaraq qiymətləndirə bilməmişdir. Bu dövrdə satışın həcmi 50 faizdən çox aşağı düşdü. Kompaniyanın biznesinin əsasında orta sinifdən olan ailələrə hər birinin dəyəri təxminən 1 500 dollar olan ensiklopediyanı satan (valideynlər çox vaxt uşaqlarnın təhsili üçün bu kitabı əldə edirlər) satış üzrə yüksək motivə olunmuş və qabaqcıl mütəxəssislərin fəaliyyəti dururdu.

Sonradan kompankt disklərdən tutuşdurmaq üçün qurğulu ev kompüterləri, həmçinin, ensiklopediyalar, məsələn, 50 dollara Encarta meydana gəldi. Ola bilsin ki, informasiyaların dərinliyi və miqdarı baxımından bu yenilər “Britannika” ya çatmasalar da, onlar, uşaqların onlardan istifadəni xoşlayacaqları formada təqdim edilmişdir. Belə ensiklopediyaların üstünlükləri multimedia öyrətmə vasitələri (video- və audiokliplər, animasiya), nümunəni yeniləşdirmək imkanı və yəqin ki, ən mühimi isə bu oldu: orta sinif valideynlər əksər hallarda ancaq oyunlar üçün istifadə edilən çox vaxt olduqca bahalı olan kompüter sistemlərinin alışını əsaslandıra bildirdilər!
“İnformasiya supermagistralı” Ümumdünya Hörümçək Torunun və İnternet şəbəkəsinin meydana gəlməsi ilə ayrı-ayrı FK-larda böyük miqdar informasiya saxlanması tələbatı ortadan qalxır ki, bu da ensiklopediyaların kompakt-disklərdə satışı ilə məşğul olan kompaniyalar üçün problemlər (və əlbəttə yeni imkanlar) yaradır.

EB nəşriyyatının təcrübəsi rəqiblərin biznesi “yenidən ixtira etdiyi” zaman təəcüblənməməsi və karıxmaması üçün bazarı hiss etmənin, daima eşitmək və öyrənmək qabiliyyətinin nə qədər həlledici əhə­miyyətə malik olmasına ən yaxşı misaldır. 1997-ci ildənEB nəşriyyatı öz ensiklopediyasının kompakt diskdə elektron variantının marketinqi ilə məşğul olmağa başladı, ancaq, bu zaman yenilərlə ağznacan dolu olan bazarda hakim mövqe Microsoft kompaniyasının Encarta elektron ensiklopediyasına məxsus idi. Bu yaxınlarda EB nəşriyyatı ola bilsin ki, informasiyanın modernləşdirilməsinin həlledici rol oynadığını və onun disklərə nisbətən onlayn rejimində həyata keçirməyin daha asan olduğunu başa düşərək ensiklopediyasına onlayn rejimində abunə təklif etdi.

Analoji qaydada HooverElectrolux kompaniyaları Dyson tozsoranlarının uğurundan təəcübləndilər və innovasiyanın meydana çıxması ilə əlaqədar öz bazar paylarını itirdilər (bax, aşağıda). Axı Dyson kompaniyası məhsula hüququ onu bazara çıxarmaqdan öncə satmağı təklif etmişdir. Burada məsələ ondan ibarət deyil ki, HooverElectrolux Dyson-un yeni tozsoranları barədə heç nə bilmirdilər, məsələ ondan ibarət idi ki, onlar nə eşitməyə, nə də öyrənməyə hazır idilər. Kompaniyaların makromühit çərçivəsində və şəraitində işləməyə məcbur olmaları ilə yanaşı, onların müəyyən (məhdud) dərəcədə ona təsir göstərmək imkanları da var. Məsələn, Böyük Britaniya hökumətinin irəli sürdüyü xüsusi maliyyələşdirmə təşəbbüsü özəl sektordan dövlət investsiya və infrastruktur layihələrinə maliyyə cəlb etməyi nəzərdə tutur. Bu təşəbbüsü tikinti və digər sahərlərin nümayəndələrinin daxil olduğu ali şura idarə edir. Təbiətlə bağlı elmi tədqiqatlara xərclərin böyük hissəsi elə həmin qaydada gedir; bu tədqiqatlar kommersiya kompaniyaları tərəfindən elə aparılır ki, onların fəaliyyəti özlərinin və digərlərinin gələcəkdə mövcud olacağı texnoloji mühitə birbaşa təsir göstərsin.

Kompaniyaların heç biri fəaliyyət göstərdikləri makromühitin bütün tərəflərini dərk etməyə hətta ümid də edə bilməzlər. Yeni texnoloji sıçrayışlar və ya qəfil siyasi dəyişikliklər zamanı sürprizlər və sarsıntılar qaçılmazdır. Bununla belə rəqiblərə nisbətən əsas meylləri və dəyişiklıikləri aşkar etmək və bu meyllərə və dəyişikliklərə uyğun hərəkət etmək xüsusilə vacibdir. O kompaniyalar az “sarsıntılara” məruz qalır ki, onlar, “qeyri-mümkünlər” haqqında düşünməyə hazırdılar və öz strategiyalarını hazırlayarkən status-kvo ilə razılaşmırlar. Məsələn, Britaniya pivəbişirmə və tütün kompaniyaları kifayət qədər açıq etiraf edirlər ki, əgər, yeni yüzilliyini əvvəlində artıq ehtimal olunan, marixuananın istifadəsi leqallaşdırılacaqsa, onların bu situasiyaya fövqəladə planları var.
 

0 şərh