Çoban olmaq istəyirəm

Adım mizantropdu,yəni insanlardan zəhləm gedir. hə,axmaq,səviyyəsiz, geridəqalmış adamlara nifrət edirəm. Onların da sayı insanların çox hissəsini tutduğu üçün demək olar ki,mən insanlara nifrət edirəm. Amma mən dəli deyiləm. mən insanlara nifrət edərkən heç özümü yormuram,hər şeyə zarafatyana baxıram.Məsələn, rüşvət alan müəllimdən çoxlarının zəhləsi gedir(eləcə də mənim).Amma mən ağlayan,müəllimlərdən şikayət edən tələbələrdən fərqli olaraq, onları vecimə də almıram. Fikirləşirəm ki, görəsən bu müəllim də öz namusunu görəsən pula satarmı? sonra ağlımda müəllimin seksual sehneleri canlanır,bir az gülürəm. vəssalam.Niyə özümü yormalıyam ki?
Əgər kimsə pis adamdırsa,mən niyə pis adama görə öz kefimdən qalmalıyam?Ona görə də insanları lağa qoyuram.Neyləyim? Əlimdən bu gəlir.
Azərbaycanda yaşayan insanlar xüsusilə maraqlıdır. Çünki onların çoxu qoyun kimi yaşayır. boş yerə bizim milli sərvətimiz sayılmır qoyun. bir ölkənin ki,ən güclü iki dövlətinin adı Ağqoyunlu və Qaraqoyunlu ola,o ölkədən nə gözləyəsən? Bu şəkildə gördüyünüz qoyunları mən hər gün görürəm. Vüsal,Etibar, Şamil, Əlibala kimi nə qədər insanlar bu qoyundan fərqlənmir. Çalışacağam gələn bloqlarda milli qoyunlarımızdan ətraflı danışım. qoyun insanlar
 

6 şərh

2ral
bu sayt insanların inkişafı üçündür,onları təhqir üçün yox. bunu nəzərə alın.
Leyla
özü deyir ki çoban olmaq istəyir. daha nə isteyirsiz? fikir vermiyin
Wizard

Çoban olmaq elə də asan deyil! Hamı deyir ki çoban olmaq istəyirəm! 100 qoyun + 5 çoban itini idarə etmək asanddır?


Mənim babam çoban olub və burda heç bir pis şey yoxdu!

Arzt
Məncə sənin etmək istədiyinlə yazdıqlarında uyuşmazlıq var.Əgər sənin vecinə olmayan bir seydirsə onda ümumilikdə hamını niyə kəsib doğrayırsan.Nəyi görmək istəmirsən və ya nə sənə pis gəlirsə onlardan yaz.Və çıxış yolu göstər.Belə hamını ümumi bir yerə yığıb lağ etmədiyin sahə qalmayıb.Dediklərində həqiqətlər də var amma konkretləşdir.Oxuduğun üçün təşəkkür.
kastanka
Hörmətli Mizantrop əslində inkişaf tənqiddən doğur.amma siz insanları təhqir edirsiniz.Ola bilsin,sizin deyiminizlə  o «qoyun»ların əlində belə bir imkan yoxdur ki, onlar da sizin kimi dünyagörüşlü,savadlı olsun ,yüksək intellektə sahib olsun.Hamı bir-birinə nisbətdə  o birindən ağıllı və ya az bilikli ola bilər.Ola bilər ki,həmin o qoyunların əlindən elə bir iş gəlir ki, heç başqaları onu bacarmır.İnsanlara yanaşma şəkli necədirsə elə də qəbukl edəcəksiniz.Əgər pis axtarirsınızsa pisi,yaxşı əlamət axtarırsızsa yaxşını tapacaqsınız.Əgər onları bəyənmirsinizsə və əgər özünüzü ağıllı hesab edirsinizsə onda onları öz tərəfinizə çəkin inkişaf etmələrinə zəmin yaradın onlara kömək edin.Bu cür insanları hamı görür.Amma heç kəs əlini uzadıb gəl sənə nəsə bir şey öyrədim  demir.ancaq tənqid..Hər kəsin çatışmayan cəhəti var..Ona görə siz də çalışın bir az humanist olun..Nifrət onsuz da çoxdu dünyada..Uğurlar…