Polis

Polis ölkə ərazisində asayişi qorumaqla məşğul olan,əynində forma olan və insanların 80 faizinin nifrət etdiyi dövlət işçisidir.
PPX- kənddən dünən gəlmiş,qaz vurub qazan doldurmaq istəyən,lakin intellekti çox olmayan əsasən 20-30 yaşlıOper(operativnik) cinayət-axtarış şöbəsində işləyir. Düzdür,bu təhlükəlidir,hətta qarnında güllə də ala bilərsən, maaşı da taraz deyil. Amma cinayət hadisəsinin üstünü örtmək, hədə-qorxu gəlmək, əsl günahkarın yerinə başqasını dama basmaq və s. sayəsində xeyli qazana bilirlər.
Daxili Qoşunlar-mitinq dağıtmaqla məşğuldurlar
Şöbə işçiləri-daxili kargüzarlıq, dokumentasiya, ərizə qəbulu və s. işinə baxanlar. Süründürməçilik, tənbəllik və s. ilə fərqlənirlər.
Xüsusi Təyinatlı polislər- nə işlə məşğul olduqlarını heç özləri də bilmirlər.Terrorizmlə mübarizə olanda-zadda gözə görünürlər.
Daxili şöbə-polisin polisi.Belələrini heç polisə də arzu etmək istəmirsən. Az-çox günahı olan polisi soyub buraxırlar. Daxili istintaq elə-belə yer deyil!
DYP-onlar haqqında danışmağa ehtiyac yoxdur.Sürücülərin söyüşləri bəsdir.

Polisləri əllərindən nə desən gəlir:

  • əl-qol hərəkətləri ilə adamı çırpmaq, şərq əlbəyaxa döyüş növləri
  • adamın başına kisə, kulok keçirtmək, havasızlıqla boğmaq
  • elektroşok
  • adamı cürbəcür üzdəniraq məhbusların yanına salmaq
  • dindirmə, psixoloji fəndlər
  • adamın cibinə nəşə atmaq

Daxili İşlər sistemində əsasən elə polislərin uşaqları,məktəbdə xuliqanların əlindən əzab görmüş gədələr,iş tapa bilməyib amma pul qazanmaq istəyənlər,forma altında banditlik etmək istəyənlər,hərbi xidmətdə çavuş-gizir olanlar işləyir.Xüsusi bir tip də var:qanunu müdafiə etmək istəyən,haqq-ədalətin bərqarar olmasını istəyənlər.Amma onlar çox azdır(Antarktidadakı fillərin sayı qədər).Min şükür!

14 şərh

fidan
Yenə öz ampluasındadır mizantrop)))
bankir
Axır ki,mizantrop yenə qayıtdı.Amma mən onun belə uzun müdət fasilədə olmasını və ondan sonra ilk məqaləsinin məhz polislər haqqında olmasının səbəbini bilirəm:-) Əminəm ki,keçmiş yazılarına görə onu polis bölməsinə aparıb başına kulok keçirtmiş,çırpmış,öz postunda yazdığı kimi bütün əzabları veriblər.Ona görə də acığını polislərdən bu postla çıxır.
2ral
Daxili İşlər Nazirliyinin sistemini yaxşı bilir deyəsən mizantrop.Çünki doğurdan da nazirliyin daxili təhqiqat şöbəsi polislərin özünü belə incidir.
Nailə_Rzayeva
Düz sözə nə deyəsən…
ramzes
Yazıya söz ola bilməz, superdir. Mizantropun yazıları üçün darıxmışdım, sağ ol ki yenə gəldin hörmətli Mizantrop. Bu polislərin bir xüsusiyyətlərini qeyd etməmisən, bu gün metroda iki çantalı qız var idi, polislər şəxsən mənim əlimdəki bazar sumkasını yoxlamadı, amma onların ikisinin də çantasını gülə-gülə yoxladı, hərdən qızlara söz də atırdılar «birdən partizan falan olarsız  haaa...» dəfələrlə polisləri qız tutan görmüşəm…
HTML
Yox bir Mixaylo))
Leyla
mizantropun ünvanı axtarılır. Polis qohumum onun haqqında məlumatı olana təcili mənimlə şəxsi mesajla əlaqə saxlamağı tapşırır. Tapan şəxsi mükafat gözləyir. Onun haqqında bilib mənə xəbər verməyənlər və onun reytinqinə plyus yazanlar da cəzalandırılacaq: minimum 3 gecə KPZ-də yatacaq.
bankir
Mükafatın məbləğini de. mizantropun bütün nəslinin sənədlərini verim:-)
2ral
Nə tez adam satırsan? O biri dünyada mizantropun postlarındakı kommentlərin fakt-sübut kimi göstəriləcək.
Leyla,deyəsən sənin qohumun elə bu postda təsvir olaunan polislərdəndir:)
bankir
Kasıb olanda adam hər yola əl atır:-) mizantrop,haqqını halal elə.
mucahide
tesekkur edirem maraqli movzuya toxundunuz… ama neden bizim oz <shanli polislerimizin> resimleri yoxdur bu makalede?? bu sariqulaqlarin resimleri bizimkilerin yaninda nedri ki????
papatürk
Əvvəlcə öz dilimizin qaydalarına uyğun yazın(Ə hərfi ilə). İkincisi də sarıqulaq deməkdə siz kimləri nəzərdə tutursunuz? Çalışın milləti təhqir etməyin,bu qaydalara uyğun deyil.
mucahide

tamam haklisiz dil problemim var… bu resimlər Rusiya sitelerindən gptürülüb… milisin zor tətbiq etmesini eks etdirir özündə....


sanki bizim polisin bele qehremanlıqları azdır...

papatürk

Öz hərflərmizə hörmət edin. İkinci dəfə deyirəm.


Bizim polisin belə qaəhrəmanlıqları haqqında şəkillər varsa yerləşdirin,maraqlı olar.