Şəffaf don

XX əsr boyu insanlar özlərini sərbəst ifadə etmək azadlığı uğrunda mübarizə aparıblar. Şəffaf paltar bu cür azadlığın ən ali nöqtəsidir.
Şəffaf alt köynəklərini hələ eramızdan əvvəl 1500-1300-cü illərdə Misir qadınları geyiniblər. XIV əsrdə isə 7-ci Karlın sevgilisi Aqnessa Sorel tamamilə açıq sinəni dəbə gətirib. Onun bu vəziyyətdə çəkilmiş protretləri heç də rəssamın təxəyyülü deyil. Bir neçə əsr sonra isə açıq sinənin yenidən dəbə düşməsində Lukreçiya Borcanın rolu olub. Daha sonra Fransada Jozefinanın zamanında şəffaf parçadan tikilmiş paltarlar dəbə düşüb, lakin onlar Lukreçiya Borcanın paltarlarının yanında rahibə geyiminə oxşayırdı. XX əsrin əvvəllərində isə zəngin və məşhur markiza Luiza Kazati özündən əvvəlki dəbsevərlər kimi qapalı paltarlardansa, bədəni açan paltarlara üstünlük verib. Və təbii ki, dəb bu cür geyimləri qəbul etdiyi kimi, qadın bədəninin də mükəmməlliyini tələb etməyə başlayıb.

Məşhur modelyer Koko Şanel bir vaxtlar belə deyib: “Paltarın içində qadın axtarın. Əgər qadın yoxdursa, paltar da yoxdur”. Bu mənada, bu mövsümün dəbi olaraq şəffaf paltarlar və heç nəyi gizlətməyən parçalardan libaslar idealdır. Şəffaf parçalara olan dəb, yarıçılpaq bədənlərə olan dəb deməkdir. Bu zaman əvvəllər olduğu kimi yalnız modellərin deyil, adi insanların bədəni diqqət mərkəzindədir.

Bu payız mövsümündə şəffaf topiklər və donlar dəbdədir. Tikmələri olan nazik şifon, yaxud qatları olan ətək, ümumi obrazınıza şəffaflıq gətirən digər elementlər - seçim sizindir. Əgər orijinal payız üslubu yaratmaq istəyirsinizsə, nazik şifon parça ilə dəri geyimi kombinasiya edin.

Qadın gözəlliyini vurğulayan şəffaf geyimlər cəsurluq tələb edir. Bəs şəffaf paltarları necə və harda geyinməli? Açıq rəngli şəffaf geyimlərin altında ət rəngli alt geyimi geyinmək lazımdır, bu zaman paltar çox cazibədar görünür.
Tünd rəngli köynəklərin altından isə fərqli rəngdə olan alt geyimi geyinə bilərsiniz. Tünd rəngli alt paltarını geyimə uyğun rəngli topiklə əvəzləmək olar.
Ən gözəl variant isə şəffaf geyimi qalın parçadan olan paltarın üstündən geyinməkdir. Məsələn, nazik şifon köynəyi dar futbolkanın üzərindən geyinmək olar, yaxud da əksinə. Lakin ahəngdarlığa riayət etmək lazımdır. Məsələn, krujevanı qətiyyən şifon, velyur, məxmər, dəri geyimlə və krujeva kolqotkalarla geyinmək olmaz. Ən ideal variant çiyinə jaket yaxud kardiqan jilet atmaqdır. Məsləhət görülməyən variant isə şəffafla şəffafı birlikdə yeyinməkdir. Dəbdə olan şəffaf don və köynəklər geyinməkdən çəkinməyin. Onlar eleqant görünəcək və açıq-saçıqlığa deyil, gözəl bədən quruluşuna işarə ola bilər.
 

10 şərh

Yucin
Hər şeyi açıb göstərəndən sonra maraqlı bir şey qalmır. Qadın nə qədər qapalı olsa bir o qədər cazibədar olur.
nərgiz
Tamamilə doğrudur.Amma bəzən şəffaf paltar geyməyə dəyər.
Yucin
Baxır harda və kimin yanında. Təsəvvür elə Bakıda yolun qırağnda şəffaf paltarnan bir qadın gedir. Bilirsən bu nə deməkdi? Genosiddi.
Silen_ce
şəhərdə tam şəffaf olmasa da, açıq paltar geyinənlərimiz az deyil
Yucin
Güya açıq saçıq geyinirlər yaxşı görsənir? Həddimizi bilmirik. Belə getsə şəffafda geyinəcəklər. Gör onda nə olacaq.
Silen_ce

Əlbəttə ki çox eybəcər görsənir

Yucin
150 kiloluq bir qadın dar şalvar geyinənnən sonra eybəcər görsənmiyib neynəsin? Hələ bidənə fikirləş dodaqlarınada qıp qırmızı pamada yaxıb
Ferbara
Boyuvuzu yerə ssoxum həəə…
Üzr istiyrəm, özümü saxlaya bilmədim.
burla xatun
Bəlkə də qoyulan şəkillər tam düzgün olmadı.Amma şəffaf paltar geyinmək tərbiyəsizlik deyil.
Yucin
Şəkilin fərqi yoxdu əsas odur şəffaf don şəkildəki kimidir. Belə paltar geyinmək nə dərəcədə düzgündür. Özüdə harda harda Azərbaycanda.