Şəffaf don

XX əsr boyu insanlar özlərini sərbəst ifadə etmək azadlığı uğrunda mübarizə aparıblar. Şəffaf paltar bu cür azadlığın ən ali nöqtəsidir.
Şəffaf alt köynəklərini hələ eramızdan əvvəl 1500-1300-cü illərdə Misir qadınları geyiniblər. XIV əsrdə isə 7-ci Karlın sevgilisi Aqnessa Sorel tamamilə açıq sinəni dəbə gətirib. Onun bu vəziyyətdə çəkilmiş protretləri heç də rəssamın təxəyyülü deyil. Bir neçə əsr sonra isə açıq sinənin yenidən dəbə düşməsində Lukreçiya Borcanın rolu olub. Daha sonra Fransada Jozefinanın zamanında şəffaf parçadan tikilmiş paltarlar dəbə düşüb, lakin onlar Lukreçiya Borcanın paltarlarının yanında rahibə geyiminə oxşayırdı.
Ardı →