Antik dünyada kişi və qadının statusu - Qədim Romada qadınların vəziyyəti və nikah-ailə münasibətləri

Əvvəllər romalılar maldarlıqla məşğul olan xalq idilər, onlara etrusklar, etruskların vasitəsi ilə Qədim Yunanıstanın və Karfagenin sivilizasiyası təsir etmişdir. Qədim romalılar «mores maiorum»u («əcdadların adətləri») ideallaşdırmağa başlayanda, onlar xidmət və borcu, məqsədin sabitliyini, intizamı, əməksevərliyi, rəhmdilliyi, qənaətçiliyi və məsuliyyətliliyi nəzərdə tuturdular. Sədaqətli olmaq romalıların varlığının ayrılmaz hissəsi idi. Bunu isə aralarında ciddi fərq qoymayan torpaq və ailəyə korkoranə mülkiyyətçilik hissi müşayiət edirdi. İlkin respublika dövrünün natiqləri roma matronasını nəcibliyin və ləyaqətin nümunəsi kimi təsvir edirdilər, onlar o faktı yaddan çıxarırdılar ki, bu yalnız özünü qurban verməyin deyil, eyni zamanda özünüqoruma instinktinin nəticəsində əmələ gəlmişdir. B.e qədər I əsrin sonunadək arvadı, ərinə xəyanət edərkən, əri gəlib çıxardısa, qanunla əri onu öldürə bilərdi.
Müəyyən şəraitdə arvad ərinə xəyanət edərkən tutulmasa da, arvad ölümə məhkum oluna bilərdi. Əgər arvad müəyyən edilmiş (simvolik olaraq) normadan çox şərab içsə idi, hesab edilirdi ki, bu onun əxlaqının pozğunluğuna dəlalət edir, elə buna görə əri onu boşaya bilərdi. Əri onu boşaması üçün səbəb arvadının inadkarlığı və çox pis davranışı ola bilərdi, boşanma üçün ən əsas səbəblərdən biri əlbət ki, sonsuzluq idi.
Qədim dünyada, hər yerdə olduğu kimi, Romada da arvad və uşaqları, öz kişi qohumlarının xüsusi mülkiyyəti hesab olunurdu. Lakin Romada bir fərq vardı: uşaqların tərbiyəsi və ev təsərrüfatı ilə məşğul olmaq qadının bütün vəzifələrinin yalnız bir hissəsi hesab olunurdu. Onun ailənin işlərində daha geniş iştirakı gözlənilirdi. Bu bir növ neolitik şəraitin davamı idi: daha doğrusu əsas vahidi ailə olan Romanın səpələnmiş cəmiyyətdən (qadının bu cəmiyyətin işlərinə iqtisadi köməkliyi çox əhəmiyyətli idi) çox böyük surətlə sivil dövlətə çevrildi. Əgər bu dövlət rəvan inkişaf etsə idi və əmək bölgüsündən daha böyük asılılığı yaransaydı sonralar bu dövlət qadının məşğulluğunu yalnız ev işləri ilə məhdudlaşdırardı. Bunun nəticələrindən biri də o oldu ki, qadının həyatı o dövrün başqa cəmiyyətlərində olduğundan fəprqli olaraq, daha az təcrid edilməyə başladı,qadın öz qiymətini yaxşı bilirdi və öz işlərində müəyyən inama malik idi.
Bir çox qadınlar üçün bu tamamilə kifayət edirdi. Romada əksər qadınlar emosional və intellektual asılılığın rahatlığına görə həvəslə öz azadlıqlarından imtina edərdilər. Azadlıq və müstəqillik ilə müqayisədə ailə məkanı nə qədər məhdud olsa da, onun müdafiəsi bir çox qadınlar üçün daha vacib idi.
lakin bütün bunlara baxmayaraq, emansipasiyaya meylli olmayan qadınlar da təsdiq edə bilərlər ki, onların həyatı bundan da yaxşı ola bilərdi. Üzdən çox günahsız və tamamilə formal görünən və qadınların köməyi ilə nikah haqqında qanunlara edilən əlavələr, sonda Roma qadınlarının bütün arzularının yerinə yetirilməsinə imkan yaratdı, bunun isə gələcəkdə böyük nəticələri oldu.
Ənənəvi olaraq, qədim Romada nikahın üç forması mövcud idi. Birinci forma (confarreatio) müasir katolik nikahın təxmini ekvivalenti idi, belə nikah təntənəli mərasimləri ilə seçilirdi və onun pozulması son dərəcə mürəkkəb idi. İkinci forma (coemptio) gəlinin satın alınması adətinin qalıqları idi, bu, müasir nikah mərasiminə oxşayırdı və bahalı bəzək-düzək ala bilməyənlər üçün nəzərdə tutulmuşdu. Hər iki halda birbaşa atadan ərinə təhvil verilirdi (in manum), müqavilənin rəsmi mətnində deyildiyi kimi, öz əmlakı (əgər beləsi var idisə) və cehizi ilə. Öndan sonra gəlin tamamilə ərinin ailəsinə mənsub olurdu və o, hər hansı bir yolla nikah qanunlarını pozsa idi, öz doğma ailəsinin deyil, ərinin ailə birliyinin qarşısında cavab verməli idi.
Nikahın üçüncü forması (usus) – bir illik birgə yaşayışdan sonra bağlanmış qanuni nikah idi. Qədim dövrlərdə belə nikah yəqin ki, böyük hörmətlə qarşılanırdı. Gələcək ər və arvad bir ildə bir növ sınaq müddəti keçirdilər, əgər onların ittifaqı daimi olardısa bu qəbul olunurdu, əgər əlaqə kəsilirdisə, bu töhmətlənirdi. Sınaq müddəti qurtarana qədər qadın atasının ailəsinə mənsub idi, yalnız nikah bağlandıqdan sonra ər qadının tam sahibi olurdu.
Usus – müstəqilliyə can atan insanlar üçün böyük təsəlli yeri idi. Romalıların təsəvvüründə birgə yaşayış belə demək idi: əgər qadın üç gün, üç gecə ardıcıl olaraq ərinin evindən gedirsə, sınaq müddətini yenidən başlamaq lazım idi. Bəzən qadın zirəklik, ehtiyatlılıq göstərərək öz ailəsindən gec ayrılır, qanunla ərinin xüsusi malı olacağı vaxtı uzadırdı. Gəlinin on üç, on dörd yaşı olanda və az tanış olan kişiyə ərə getməli olanda, bu sistemdən istifadə edilirdi. Bu – ərə xəyanət etməklə müqayisədə daha az cinayət sayıldığından, ərinin ailəsinin seçəcəyi ağır cəza əvəzinə qadın öz atasından töhmət ala bilərdi.
Əgər usus yalnız gəlinlərin xeyrini nəzərdə tutsa idi, o heç vaxt populyar ola bilməzdi. Həqiqətdə nikahın belə forması gəlinin atası üçün də əlverişli idi. Lakin nəticədə belə alınmışdır ki, hələ ki, qız atasının əlində idi, ata qızının əmlakı üzərində nəzarətə malik idi və nikah baş tutmadıqda ata qızının cehizinin böyük hissəsini əlində saxlaya bilərdi. İri torpaq sahələrinə malik romalılar bu torpaqları əldə saxlamaq üçün çox maraqlı idilər, nikahın müzakirə edilən formasının xeyrinə deyilmiş bu dəlil təkzibedilməz idi. Tədricən arvadın atasının müdafiəsi altında qalması barədə qaydalar yaranmağa başladı. Belə vəziyyətdən formal xeyir gəlməsi üzdə idi, lakin başqa nəticələr üzə çıxmağa başladı. 
Romalının qızı rəsmi olaraq onun əlində olsa da o, çox az halda ona nəzarət edə bilirdi və əgər belə nəzarət vardısa, bu bir qayda olaraq simvolik idi: Romada qızlar yetkinlik yaş sayılan 25 yaşına çatanda atanın onun üzərində olan nəzarəti adicə formal xarakter daşıyırdı.
B.e qədər III əsrin sonunda qadın bu və ya digər səviyyədə sayıq nəzarətin altından çıxaraq, azadlıq əldə etdi. Hər halda onun müasirləri – kişilər bundan şikayət edirdilər. Qədim Romada cəmiyyətin inkişafı elə bir fazaya çatmışdı ki, qadınlar nəinki şikayət edə bilərdilər, hətta öz hərəkətlərində elə sərbəstliyə yol verirdilər ki, belə hərəkətlər ilkin dövrün nəcib və ləyaqətli matronalarını qorxuya sala bilərdi.

 

2 şərh

nərgiz
Maraqlı məqalədir. Başqa ölkələrin qadınları haqqında da yazılar olacaq?
girl_moon
Maraqlı mövzudur, oxuduğuma görə ilk dəfə nişan üzükləri bağışlamaq da romada yaranıb, belə ki ,əvvəllər kişilər öz qadınlarının qaçmaması üçün onların ayaqlarına küləş, dəri «qandallar»bağlayırlarmış) daha sonra bunu dəmir və qızıl üzüklər bağışlamaqla əvəz ediblər.