Sevgidə bəxti gətirməyən filosoflar

Çox az adam filosoflar qədər məhəbbət iztirabı çəkib. İstedadlarına nə qədər aşiq olsaq da, tarix ağıllı insanların məhəbbət iztirabları ilə doludur.

Şəxsi düşüncələrinə hörmətlə yanaşdığımız, dühalarına heyran olduğumuz, amma romantik, duyğusal seçimlərindən tamamilə uzaq durmalı olduğumuz şəxslərdən bəhs edən Androu Şafferin “Məhəbbətdə bəxti gətirməyən filosoflar” kitabında Sokratdan Nitsşeyə qədər böyük şəxsiyyətlərin romantik həyatları özünə yer alıb. Kitabdan seçmə nümunələr:


Davamı →

O, Qadındır

On illik kölə… İncəsənət köləsi. Düşünürdüm ki, bu qadın birdən-birə haradan yadıma düşdü? Sonra xatırladım...
Türkiyədə elmiliyi, savadı ilə böyük ajiotaj yaratmış 10 yaşlı Atakanın çıxışlarını dinləyirdim ötən həftə. Beş ay ərzində 250 fəlsəfə kitabının oxunması, balacanın dolu-dolu danışması başımı dumanlandırmışdı. Nitsşe belə dedi: «Aristotel, Platon, filan fəlsəfəni daha çox bəyənirəm, ən böyük istəyim təhsil sistemində dəyişiklik etmək istəyidır, mənə mükəmməl təhsil verin, rica edirəm» deməsi və s. sözlərin, fikirləri möhtəşəm idi. Bu uşaq möcüzədir..

Davamı →

Antik dünyada kişi və qadının statusu - Qədim Romada qadınların vəziyyəti və nikah-ailə münasibətləri

Əvvəllər romalılar maldarlıqla məşğul olan xalq idilər, onlara etrusklar, etruskların vasitəsi ilə Qədim Yunanıstanın və Karfagenin sivilizasiyası təsir etmişdir. Qədim romalılar «mores maiorum»u («əcdadların adətləri») ideallaşdırmağa başlayanda, onlar xidmət və borcu, məqsədin sabitliyini, intizamı, əməksevərliyi, rəhmdilliyi, qənaətçiliyi və məsuliyyətliliyi nəzərdə tuturdular.
Ardı →

Qadın sirləri

Qadınların bir sıra vərdişləri o dərəcədə müəmmalıdır ki,bəzən özləri də bunların səbəblərini açıqlaya bilmirlər.

1.Qadınlar demək olar ki,hər şeyi: ayaqqabı,yubka,aptekdən dərman və s.ni sadəcə özlərini xoşbəxt etmək üçün alırlar.Bunlara verdikləri ödəmənin miqdarını da hər zaman az söylərlər.Yalan söyləmənin də doğru olduğunu düşünürlər.
Ardı →

Sitat obyekti: Qadınlar

1. Qadınlar heç vaxt kişilər kimi müvəffəqiyyətli olmayacaq, çünki onlara məsləhət verən arvadları yoxdur.
Dick Van Dyke

2. Qadınlar iki qrupdan ibarətdir: ilahələr və kölələr.
Pablo Picasso


3. Bütün qadınlar yararlıdır – ya hər şeyə, ya da heç nəyə.
Miguel De Cervantes


4. Qadınlarda riyaziyyata qarşı sevgi var. Onlar yaşlarını ikiyə bölür, geyimlərinin qiymətini ikiyə vurur, və həmişə də ən yaxın rəfiqələrinin yaşına ən azı beş il əlavə edirlər.
Marcel Achard


Ardı →

Əski qadınlar

Ərəb qadınlarının qədimdə əşya ilə eyni dəyərli olduğu haqda islam tarixi ilə maraqlananlar yəqin ki,çox eşidiblər.Heç ingilislər də irəli getməmişlər, IX əsrədək kişilər arvadlarını satmaq hüququna malikmişlər. İlk günahı işlədərək insanlığı fəlakətə sürükləyən Həvva olduğundan, xristianlar Qadına şeytan nəzərində baxmışlar. Qadın murdar məxluqa layiqdir, deməli, İngiltərədə İncilə əl vura bilməzdi. VIII Henrinin (1509-1547) dövründə Qadınlara İncili oxumaq hüququ verildi.
İngiltərədə 1788-ci ilə qədər Qadın ərinin sözünə müticəsinə əməl etməliydi.
Əski Çində də qadına münasibət xoşagəlməzdir. Əgər qadın oğlan uşağı doğmazsa, oğurluğa qurşanarsa, ərini saymazsa kişi arvadını asanlıqla boşamasına baxmayaraq, bu vəziyyət qadın üçün söz mövzusu deyildi.


Ardı →