Рейтинг
+27.53

böyük musiqiçilər

47 üzv, 128 topik

Dmitri Dmitriyev Şostakoviç

Musiqi dünyasına adını qızıl hərflərlə yazdıran görkəmli sənətkarın həyat yolu və qeyri-adi yaradıcılığıbizə nə deyir ?!

D.D.Şostakoviç 1906 — cı ildə Peterburqda anadan olmuşdu. Onun valideynləri mütərəqqi dünyagörüşü, geniş bilik dairəsi ilə seçilərdilər. Gələcək bəstəkarın atası kimyaçı, anası isə pianoçu idi. Onların evində tez-tez maraqlı musiqi axşamları keçirilirdi. Şostakoviçin musiqi istdadı özünü tez biruzə vermişdir. Kiçik Dima əsərlər bəstələməyə cəhd göstərirdi. Ailə inqilabı böyük rəğbətlə qarşılayır.
Davamı →

Ludovico Einaudi | Müasir dövrün bəstəkarı

Ludovico EinaudiFilmlərdə, radiolarda, verilişlərdə və reklamlarda… onun musiqiləri hər yerdə eşitmək mümkündür.

İtalyan bəstəkar və pianoçu Ludovico Einaudi 23 noyabr 1955-ci ildə Turində dünyaya gəlmişdir. Onun atası Gulio Einaudi məşhur nəşriyyatçı, babası Luigi Einaudi isə İtaliya Respublikasının prezidenti idi.

Minimal musiqi janrının kralı piano üzrə ilk dərslərini anasından almışdır. Ludovikonun ilk albomu Le Onde 1996-cı ildə işiq üzü gördü. Onun əsərləri hər zaman qəlbləri fəth edir, performansları anşlaqla keçir.
Davamı →

Xəyyam Mirzəzadə

Bir var sadəcə baxıb, bir də var – Xəyyam Mirzəzadə demişkən “ildırımtək çaxıb” gedəsən!..
Ötən əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, cari yüzilliyin əfsanələrindən biri, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli Xəyyam Hadı oğlu Mirzəzadə...

Qırxadək film, otuzadək səhnə musiqisi, sadalaya bilmədiyim sayda estrada və caz nümunələri, xeyli mahnılar yazmış, 55-ci ad günündən başladığı “Violin və orkestr üçün” əsərini 75-ci ad günü (“yubiley” yazmamağımın “nədən”i aşağıda) ərəfəsi tamamlamış bu sənətkarın həyat, yaradıcılıq və dür-düşüncə dünyasından –
Davamı →

Fyodor Şalyapin | Şöhrət yolu Bakıdan keçən müğənni

XX əsrin əvvəllərində Bakının mədəni həyatında böyük inkişaf başlamışdı. Avropa ölkələri ilə mədəni əlaqələr güclənir, şəhərə incəsənət xadimlərinin qastrollarının ardı-arası kəsilmirdi. O zaman “neft və milyonlar şəhəri”nin musiqili qonaqlarından biri də dünya şöhrətli rus müğənni Fyodor Şalyapin idi.

Fyodor İvanoviç Şalyapin 1873-cü ildə Rusiyanın Kazan şəhərində dünyaya göz açmışdı. Erkən çağlardan musiqiyə maraq göstərmiş, kilsə xorunda oxumuşdu. Bu müddətdə skripkada da ifa etməyi öyrənir və mütaliə ilə ciddi məşğul olur. Teatra sonsuz həvəsi onu müxtəlif truppaların tərkibində çıxış etməyə sövq edir. O, Kazan şəhərində qastrolda olan V.N.Lyubimov-Derqaçın kiçik operetta kollektivi ilə səfərə çıxır… Truppa 1891-ci ildə Bakıya gəlir. Burada fransız operalarından bir neçə partiya ifa edir. Görkəmli xanəndə Cabbar Qaryağdıoğlu ilə tanış olur…
Davamı →

Rafiq Babayev

Rafiq BabayevBabayev Rafiq Fərzi oğlu (31.03.1937 — 19.03.1994)
Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq Artisti (1993).

Rafiq Babayev 1937-ci il martın 31-də Bakı şəhərində Fərzi Babayevin ailəsində anadan olmuşdur. 1937-ci ildə XDİK (Xalq Daxili İşlər Komissarlığı) həbsxanasına salınmış Fərzi Babayev güllələnmə cəzasına məhkum edilmişdir (1956-cı ildə o, bəraət qazanaraq azadlığa buraxılır).

Rafiqin anası Şahbəyim xanım 6 övladını – Mərziyə, Vəsilə, Emilya, Oqtay, Rafiq, Armanusa-nı hədsiz çətin şəraitdə tərbiyə etməyə məcbur olur. Sonradan bu uşaqların hamısı peşəkar musiqiçi kimi tanınmışdır.
Davamı →

Rixard Vaqner - Musiqidə mistik simvolizmin banisi

O haradan bilərdi ki, günlərin birində dünyanı qan çanağına çevirmiş, milyonlarla insanın qatili olan Hitlerin sevimli bəstəkarı olacaq. Haradan bilərdi ki, əsərlərinin ifası və dinlənilməsi bir çox ölkələrdə yasaqlanacaq. Günlərin birində isə adı opera sənətində reformator olaraq əbədiləşəcək.

Leypsiq. 1813-cü ilin 22 mayı. Sadə polis məmuru ailəsində növbəti oğlan usağı, sayca yeddinci, dünyaya gəlir. Yeni doğulmuş körpə Rixard Vaqner idi.  Bir müddətdən sonra atası dünyadan köçür. Anası isə bir ildən sonra aktyor Lüdviq Qeyer ilə ailə həyatı qurur.

Qeyer uşaqları himayəsinə götürür. Onların savadlanması ilə yaxından məşğul olur. Vaqnerə böyük maraqda bulunan atalıq onu daima özüylə teatr salonlarına apararaq uşağın hər hansı bir bacarığa yetəcəyini gözləyirdi. 

Bəlkə də elə teatr onda böyük təəssürat yaratmış miflərə və mistitizmə maraq oyadaraq sonralar sənətinin leytmotivinə çevrilmişdi.  Ailədə digər uşaqlar qabiliyyətli idilər. Təkcə Vaqner sakit və susqun təbiəti ilə çılğınlıq və bacarıq nümayiş etdirmirdi. 
Davamı →

Robert Şuman

Robert ŞumanDahi alman bəstəkarı Robert Şuman 1810-cu ildə anadan olub. Alman bəstəkarı və musiqi tənqidçisi Robert Şuman romantizm dövrünün ən böyük bəstəkarı kimi məşhurdur, Şumanı musiqi ilə bağlı hər şey maraqlandırır. O, müəllimi F.Vik və bəzi digər musiqiçilərlə birlikdə “Yeni musiqi qəzeti” təsis edir, 10 il ərzində bu qəzetin həm redaktoru, həm də tənqidi məqalələrin müəllifi olur. Şopenin istedadını dünyaya açan, Bramsdan yeni parlayan ulduz kimi danışan da məhz Şumandır. O, öz məqalələrində musiqi sahəsində mütərəqqi olan hər şeyi qızğın müdafiə edir.

1840-cı ildə bəstəkar bir sıra mahnılar, o cümlədən Şamissonun sözlərinə “Qadın məhəbbəti və həyatı” və Heynenin sözlərinə “Şairin məhəbbəti” kimi şedevr əsərlər, habelə bir neçə iri həcmli əsər yaradır. 1843-cü il dekabrın 4-də müəllifin dirijorluğu ilə ilk dəfə ifa olunan “Ray və Peri” oratoriyası böyük müvəffəqiyyət qazanır. Bir həftə sonra təkrar konsert təşkil olunur.
Davamı →

Cuzeppe Verdi

Cuzeppe VerdiCüzeppe Verdi 10 oktyabr 1813-cü ildə Şimali İtaliyadakı Ronkole şəhərində, hazırda muzey kimi istifadə olunan evdə dünyaya göz açıb. Ailəsindən heç kim musiqi ilə məşğul olmasa da Verdi musiqiyə çox düşkün idi. O, kilsə orqançısından ilk musiqi dərslərini alıb.

10 yaşından etibarən bazar günləri kilsədə orqan çalmağa başlayıb. Busettoda ailəvi tacir dostları Antonio Barezzinin evində qalan Verdi latın dilindən və musiqidən dərslər alır. Milan Konservatoriyasına daxil olmaq istəyən Verdi, piano texnikasından zəif olduğu üçün imtahanlardan keçə bilmir.

Orkestr Avropanın məşhur musiqiçilərindən olan Covanni Rikordi ilə çalışmağa başlayan bəstəkarın bu iş birliyi ömrünün sonuna qədər davam edir. 1838-ci ildə yazdığı «Oberto» adlı ilk operası Milanda o dövrün məşhur sənətkarları tərəfindən çox bəyənildi.
Davamı →

Mixail Qlinka

Mixail QlinkaMixail İvanoviç Qlinka 1804 – cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olmuşdur. 1817 – ci ildə Mixail Peterburqda olan «Nəcib pansiona» daxil olur. Pansionda oxuduğu müddətdə o, fortepiano, skripka və musiqi nəzəriyyəsi üzrə Peterburqun ən bilikli müəllimlərindən dərs almışdır.

1823 – cü ildə pansionu bitirdikdən sonra Qlinka müalicə üçün Qafqaza gəlir. Burada o, Qafqaz xalq mahnı və rəqslərini dinləyir və öz yaradıcılığında istifadə edir. Bəstəkarın sənətkar kimi formalaşmasında A. S. Puşkin, A. S. Qriboedov (1795 – 1829), V. A. Jukovski (1783 1852) kimi görkəmli ədəbiyyat xadimləri ilə tanışlığının böyük rolu olmuşdur.
Davamı →

Aleksandr Qlazunov

Qlazunov 19–cu əsrin sonu 20-ci əsrin əvvəllərində rus klassik musiqisinin nümayəndələrindəndir. Onun yaradıcılığında 19-cu əsrin müxtəlif cərəyanları birləşmişdir. Yaradıcılığının ilkin dövründə o, «Qüdrətli Dəstə» bəstəkarlarının təsiri altında olur. Sonradan isə onun Çaykovskinin simfonik təfəkkür prinsipindən, Listin yaradıcılığından bəhrələndiyi hiss olunur.

Onun yaradıcılığında lirik, epik, dramatik obrazlar özünəməxsus şəkildə uzlaşır. Qlazunovun yaradıcılıq irsi çoxşaxəlidir: buraya operadan başqa bütün janrlar daxildir. Qlazunov 3 baletin, 7 kvartetin, 2 suitanın, müxtəlif alətlər üçün pyeslərin, fortepiano sonatalarının, variasiaların, dram tamaşalarına musiqinin müəllifidir.
Davamı →