Рейтинг
+11.64

Xəstəyə ümumi qulluq və müalicə-diaqnostika

22 üzv, 75 topik

Bronxoqrafiya və Bronxoskopiya

BRONXOQRAFİYA — bronxların və traxeyanın rentgenoloji müayinəsi. Bunun üçün qabaqcadan həmin üzvlərə kontrast maddə yeridir.
Bronxoqrafiya üçün göstərişlər;
1) bronxların və ciyərlərin müxtəlif xəstəliklərində bronx-ağciyər prosesinin yerini dəqiqləşdirmək üçün;
2) bronx ağacının şöbələrini müayinə etmək üçün, çünki bunları bronxoskopiyada ya heç görmək mümkün olmur, ya da aydın görünmür;
3) ağ ciyərlərdə aparılacaq cərrahi əməliyyatın miqyasını təyin etmək üçün.


Ardı →

Duş

Duş — su ilə müalicənin səmərəli metodlarından biridir. Ayrıca müalicə kursu kimi, ya da su ilə başqa müalicə proseduraları kompleksində, bəzən müalicəyə başlayanda, yaxud müalicənin axırında tətbiq edilir. Suyun temperaturunu xəstəliyin xüsusiyyətindən və nəzərdə tutulan məqsəddən asılı olaraq təyin edirlər. Qısamüddətli soyuq və isti duş insanı gümrahlaşdırır, əzələlərin və damarların tonusunu artırır, uzun çəkən soyuq və isti duş hissi və hərəki sinirlərin oyanma qabiliyyətini azaldır, maddələr mübadiləsini artırır, ilıq duş isə sedativ təsir edir. Sərin və soyuq duşdan sonra bədəni cod dəsmalla bərk-bərk sürtmək lazımdır, bu, ürək-damar sisteminin işinə müsbət təsir edir.
İynəvarı, yağış duşu xüsusi qurğunun başına taxılmış tordan ayrı-ayrı şırnaqlara bölünmüş, yağış şəklində tökülən sudur. Bu su ilıq, indifferent, sərin və soyuq ola bilər. Duşun müddəti 1 dəqiqədən 5 dəqiqəyə qədərdir, su 1-2 atm təzyiqlə verilir. Proseduranı hər gün aparırlar, müalicə kursu 15-25 proseduradır.
Şarko duşu. Xüsusi duş kafedrasından müəyyən temperaturlu və təzyiqli su vurulur.
Ardı →

Disfagiya-udma aktının pozulması

DİSFAGİYA — udma aktının pozulması; buna səbəb qida topasının qida borusu ilə irəliləməsinə mane olan üzvi və ya funksional pozğunluqdur. Disfagiyanı törədən əsas səbəblər udlağın xəstəlikləri (travmatik və ya iltihab xarakterli), sinir sisteminin və udma aktında iştirak edən əzələlərin zədələnməsi, qida borusunun zədələnməsi, qi­da borusunun daralması (orta divarın və qida borusunun şişləri, limfa düyünlərinin böyüməsi), qida borusunun selikli qişasının zədələnmələridir (travma, yanıq, iltihab).
Disfagiyanın əsas simptomu qidanı uda bilməməkdir, xəstə əvvəlcə bərk qidanı, sonralar isə duru qidanı da uda bilmir.
Funksional disfagiya ya hərdənbir, ya da vaxtaşırı bas verir və qıcıqlandırıcı qida (isti və soyuq) ona təkan verir. İsterik nevroz nəticəsində baş verən disfagiya duru qida və su udanda da əmələ gələ bilər, lakin bərk qida udanda baş verməyə bilər. Adətən funksional disfagiya artmır. Üzvi disfagiyada remissiya (yaxşılaşma) olmur və bərk qida udduqda baş verir. Qidanın üstündən su içmək yüngüllük gətirir. Qida borusunda şiş olduqda disfagiya artır və udduqda döş sümüyünün dalında ağrı olur. Disfagiyanın üzvi mənşəli olmasından şübhələndikdə qida borusunun və mədəni rentgenoloji müayinədən keçirib sonra fibroezofaqoskopiya aparmaq lazımdır. Diferensial diaqnostikaya dərialtına atropin-sulfat vurmaq və sonra rentgenoloji müayinə aparmaq kömək edir. Qida borusunun funksional pozğunluqlarında (spazmada) dərialtına 1 ml 0,1 %-li atropin-sulfat vurduqda disfagiya keçib gedir, üzvi mənşəli pozğunluqlarda isə disfagiya qalır.

Müəllif tibb elmləri namizədi L.S.Zalikina
Davamı →

Aqoniya

Aqoniya — orqanizmin terminal vəziyyətlərinə aid olub, ölmənin dönən mərhələsidir. Aqoniyadan əvvəl preaqonal vəziyyət olur, bu vaxt qan təzyiqi çox düşür, xəstə huşunu getdikcə itirir, beyinin elektrik fəallığı azalır, üzv və toxumaların oksigen aclığı şiddətlənir. Preaqonal vəziyyətdən aqoniyaya keçid mərhələsi terminal pauza adlanır, bu vaxt tənəffüs birdən-birə dayanır, buynuz qişanın refleksləri sönür; bu vəziyyət bir neçə saniyədən 3 dəqiqəyə qədər davam edir. Bundan sonra ölmənin ikinci dövrü — aqoniya başlayır. Əvvəlcə ağrı hissiyyatı itir, bütün reflekslər sönür, xəstə huşunu itirir. Xəstənin tənəffüsü zəif, seyrək ola bilər, yaxud əksinə, o maksimum nəfəs alıb tezliklə nəfəsini axıra qədər buraxıb qısa ola bilər; bu zaman tənəffüs amplitudası böyük ola bilər. Xəstə hər dəfə nəfəs alanda başı dala gedir, ağzı geniş açılır. Ürək yığılmaları tədricən yavaşıyıb, bir dəqiqədə sayı 40-20 olur, nəbz sapvarı olub əllədikdə çox çətin bilinir. Arterial təzyiq civə sütunu ilə 20-10 mm-ə düşür. Bəzən ənsə əzələlərinin rigidliyi və ümumi tonik qıcolmalar baş verə bilər. Xəstə qeyri-iradi siyir və yerini batırır. Bədənin temperaturu çox düşür.
Ardı →

Aeroterapiya

Aeroterapiya (hava ilə müalicə) — müalicə və profilaktika məqsədilə açıq havadan istifadə edilməsi. İqlimlə müalicənin əsas metodlarından biri budur.
Aeroterapiyanın xüsusi növlərinə uzun müddət (o cümlədən yuxu) açıq şüşəbəndlərdə, balkonlarda, xüsusi iqlim pavilyonlarında gecə-gündüz olmaq, hava vannaları qəbul etmək aiddir. Aeroterapiyanın bir elementi gəzinti, ekskursiya, idman oyunları və s. zamanı təmiz havanın təsiridir.


Ardı →