Рейтинг
+11.64

Xəstəyə ümumi qulluq və müalicə-diaqnostika

22 üzv, 75 topik

Qadınlarda 3 nahiyədə ağrı – Xərçəng təhlükəsi

Qadın orqanizmində 3 yerdə daimi ağrı xərçəng xəstəliyindən xəbər verə bilər.

Uşaqlıq boynu xərçəngi uşaqlıq boynunun selikli qişasında anormal hüceyrələr nəzarətsiz böyüdükdə baş verir.
Bəzi insanlarda həmişə uşaqlıq boynu xərçənginin simptomları olmasa da, müəyyən xəbərdarlıq əlamətləri var.
Qanaxma — normal vaginal qanaxmanın dəyişməsi uşaqlıq boynu xərçənginin əlamətlərindən biridir.


Davamı →

Səssiz qatil - Xolesterol irsidir

Xolesterolu səssiz qatıl adlandırmaq əbəs yerə deyil. İnsan onun varlığını heç hiss etmir.

Mütəxəsssislər 30 yaşdan sonra mütləq həkimə müraciət edib, qanda xalestrol səviyyəsini yoxlatdırmağın vacib olduğunu bildirir. Xüsusən də artıq çəki və yağlı qidalarla bağlı problem varsa, mütləq yoxlanmalısınız.
Bəzən qanda xolestrolun yüksək olması irsi xarakter daşıyır. Bu da erkən infarkt və insult ehtimalını gücləndirir. Yüksək xolesterin şəklində genetik pozğunluq hər 500 nəfərdən birində rast gəlinir.


Davamı →

Hovuz və kondinsionerdə gizlənən təhlükə - Legionelloz

Havalar istiləşəndə çoxları ünəşdən həzz almaq üçün hovuzlara və bağlara üz tutur. Digər tərəfdən, insanlar kondisionerlə sərinləməyə üstünlük verir.

Həkim terapevt İrina Andreyevna hovuzlarda, bağlarda, kondisionerlərdə inkişaf edə biləcək potensial ölümcül xəstəlik barədə xəbərdarlıq edib.
İsti hava legioner xəstəliyi üçün ideal şəraitdir.
“Bu, Legionella bakteriyasının səbəb olduğu ciddi ağciyər infeksiyasına aiddir. Xəstəliyə yoluxan hər 10 nəfərdən biri ölür.


Davamı →

Nəfəs daralmasının əsas səbəbləri

Əgər bir insan ayaq üstündə, sakit halda tənəffüsdə problem, ağır nəfəsalma hiss edirsə, bu nəfəs daralmasıdır.
Kardioloq German Qandelmanın sözlərinə görə, pilləkənlərə qalxarkən, nəfəs darlığı özünü göstərirsə, o zaman ürək çatışmazlığının inkişaf riski var.

Bu nəfəs darlığı ürək çatışmazlığının əlaməti olan kardiyak dispnoe adlanır. Yatan zaman təngnəfəslik pisləşdikdə, buna ürək astması və ya ağciyərlərdə tıxanma deyilir.


Davamı →

Əl barmaqlarınız ağrıyır? Bunlar səbəb ola bilər

Barmaqların oynaqlarının ağrıları və hərəkətliliyin pozulması bir çox narahatçılığa səbəb ola bilər. Çəngəl və ya qaşıq tutmaq, ayaqqabıları bağlamaq, kompüterdə mətnlər yazmaq və gündəlik həyatda zəruri olan bir çox işi yerinə yetirmək çətinləşir.

Təəssüf ki, 40 yaşdan yuxarı təxminən hər onuncu şəxs və 60 yaşdan sonra hər üç nəfərdən biri kiçik oynaqların xəstəliklərindən əziyyət çəkir.


Davamı →

Oturaq işdə çalışmaq həzm sisteminin düşmənidir

Həzmin pozulması və ya həzmsizlik tibdə dispepsiya adlanır. Daha çox oturaq həyat tərzi və qeyri-sağlam qidalanma həzmsizliyə yol açır. Bunlara aiddir: tez-tez, az çeynəyərək yemək və ya çoxlu yemək, yeməkdən həmən sonra uzanmaq, çox yağlı qidaların qəbulu, spirtli və qazlı, kofein və ya şəkər tərkibli içkilər, həmçinin tütün məhsullardan müntəzəm istifadə, stres, təşviş və digər psixoloji problemlər, piylənmə, dərmanların nəzarətsiz qəbulu, oturaq həyat tərzi, nizamsız yuxu rejimi və s.


Davamı →