Рейтинг
+35.00

orta əsrlər tarixi

33 üzv, 86 topik

Səlib yürüşləri

Xaç və ya Səlib yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبي‎‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI-XII əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı.

Səbəbi


Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl “Hakimi-Mütləq” olan krallar indi yalnız “bərabərlər arasında birinci” statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı.
Davamı →

Orta əsr Qərbi Avropa sivilizasiyasinda şəhərlərin yeri

  1. Erkən orta əsrlər dövründə natural təsərrüfatın hökmranlığı
  2. Məhsuldar qüvvələrin inkişafı. Sənətin kənd təsərrüfatından ayrılması
  3. Şəhərin kənddən ayrılması.
  4. Şəhərlər — sənət və ticarət mərkəzləri kimi
  5. Feodalizmdə sadə əmtəə təsərrüfatı
  6. Orta əsr şəhərlərinin əhalisi və xarici görünüşü
  7. Sexlər
  8. Qərbi Avropada təcarət və kredit işinin inkişafı

 


Ardı →

Rusiya dövlətinin işğalçı müharibələri

Volqaboyu və Qərbi Sibirin Rusiya tərəfindən işğalı. XVI əsrin 50-ci illərində keçirilən islahatlar Rusiya dövlətini möhkəmləndirdi. Fəal xarici siyasət yeridən Rusiya Volqaboyunun zəngin məhsuldar torpaqlarını ələ keçirmək, bu ərazini yeni gəlir mənbəyinə çevirmək istəyirdi. Rus tacirləri Şərqi Avropa ilə Cənubi Qafqaz və digər şərq ölkələri ilə ticarət yolunda maraqlı idilər. Bundan əlavə gələcəkdə bu ərazidən Qafqazı, Mərkəzi Asiyanı, Sibiri işğal etmək üçün istifadə etmək olardı.
1549-1551-ci illərdə ruslar Qazan xanlığının sərhədlərinə hücum etdilər, IV İvan ticarət əlaqələrini bəhanə edərək xanlığın daxili işinə qarışır, xalqlar arasında nifaq salırdı. Qazan xanlığında ruspərəst və müstəqillik tərəfdarları arasında mübarizə gedirdi. IV İvan Qazanda tərəfdarı Şah Əlini hakimiyyətə gətirdi. Şah Əli xalqın təzyiqi altında Moskvaya qaçdı.


Ardı →

Slavyanlar VI-XI əsrdə

Slavyanların yaşadığı ərazi və məşğuliyyətləri. Slavyanlar Mərkəzi və Şərqi Avropada yaşayırdılar. VI əsrdə onların yaşadığı ərazi Şərqdə Dnepr çayının ortalarından, Qərbdə Elba çayına qədər, Şimalda Baltik dənizindən Cənubda Dunay çayına və Qara dənizə qədər olan ərazini əhatə edirdi. Slavyanlar 3 qrupa bölünürdülər:
  • Qərbi slavyanlar: çexlər, polyaklar, slovaklar;
  • Cənubi slavyanlar: bolqarlar, serblər, xorvatlar. Onlar Balkan yarımadasının şimalında məskunlaşmışlar.
  • Şərqi slavyanlar: ruslar, ukraynalılar və belarusların ulu babaları olan polyanlar, drevliyanlar, severiyanlar, uliçlər və başqaları daxil idi.
Bizans tarixçisi Psevda Mavrikin göstərir ki, slavyanların təsərrüfat sahəsi oturaq əkinçilik idi. Slavyanlar çovdar, buğda, arpa və s. dənli bitkilər və bostan bitkiləri yetişdirirdilər. At, inək, donuz və digər ev heyvanları saxlayırdılar. Slavyanlar mübahisəli məsələləri veçedə (xalq yığıncağı) həll edirdilər. Hamı veçedə fikrini deyə bilərdi.
Davamı →

Qərbi Avropa sivilizasiyası Erkən Orta Əsrlərin sonunda

  1. Fransa IX – XI əsrlərdə
  2. İtaliya VIII – X əsrdə
  3. Almaniya IX – XI əsrin əvvəllərində
  4. Şimali Avropa IX- XI əsrlərdə
  5. İngiltərə XI əsrin ortalarınadək
  6. İspaniya VIII – XI əsrin ortalarında

 1. Fransa IX – XI əsrlərdə

Fransız dövlətinin əsasını 843-cü il Verden müqaviləsi qoymuşdur. 855-ci ildə Lotarın ölümündən sonra onun krallığı parçalanır: onun böyük oğlu Ludovik imperator titulunu saxlayır və İtaliya krallığını özünə götürür. Ortancıl oğul Karla Cənub – Şərqi Qalliya ərazisi keçir və bu torpaqlar Provans krallığını (Burqundiya) təşkil edir; kiçik oğul Lotar isə Lotaringiyaya sahib olur. Keçmiş Frank dövlətinin ərazisi Böyük Karlın varislərinin ümumi vərəsəsi sayılmağa davam edirdi və bu varislərin hər hansı birinin vəfatı ilə sərhədlər yenidən bölünürdü. Qərbi Frank krallığı isə VIII əsrin sonunadək Berden müqaviləsi ilə müəyyən olunmuş sərhədlərdə (Şelda, Maas və Rona çaylarından qərbə) qaldı və sonralar Fransa adlanmağa başladı. Fransa krallığı etnik baxımdan mürəkkəb bir qururm idi. Ölkənin cənub – qərb ucqarında – Qaskonda Basklar, şimali – qərb ucqarında – Bremenda keltlər, şimalda – Flandriyada germandilli Flamondlar yaşayırdılar. X əsrin əvvəllərində Senanın aşağı axarlarını normanlar ələ keçirir. Qalan ərazilər romandilli idi və əsasən iki xalq – şimali fransız (provansal) xalqı məskunlaşmışdır. Onların arasında şərti sərhəd Puatye – Luon xətti idi.


Ardı →

Bizans sivilizasiyası

Bizansın ictimai — iqtisadi inkişaf xüsusiyyətləri. Erkən orta əsrlərdə feodal münasibətlərinin meydana gəlməsi və inkişafının bir sıra problemləri Bizans və ya Şərqi Roma imperiyasının tarixi ilə sıx bağlıdır. Bizans müstəqil dövlət kimi 4-cü əsrdə meydana gəldi: 395-ci ildə Roma imperiyası iki hissəyə— Qərbi və Şərqi Roma imperiyasına parçalandı. Şərqi Roma imperiyası sonralar onun paytaxtı olan Konstantinopolun keçmiş adı ilə Bizans* və ya Vizantiya adlanmağa başladı. Bizans imperiyası Balkan yarımadası, Egey dənizi adaları, Kiçik Asiya və Mesopotamiyanı, habelə Cənubi Qafqaz ərazisinin bir hissəsini, Suriya, Fələstin və Misiri, bundan başqa Krımda, Qara dənizin Qafqaz sahillərində, Ərəbistanda və Şimali Afrikada bir sıra torpaqları əhatə edirdi. Bizans ərazisində olduqca müxtəlif xalqlar və tayfalar yaşayırdılar.
Davamı →