Рейтинг
+35.00

orta əsrlər tarixi

35 üzv, 89 topik

Niderland burjua inqilabı

Niderland Şelda Maaş və Reyn çaylarının aşağı axarında yerləşirdi. Mənası çökək ölkə deməkdir. XVI əsrdə Niderlandda 3 milyon adam yaşayırdı, 300 şəhər yardı. Niderland çay yolu ilə Fransa və Almaniya, dəniz vasitəsilə İngiltərə və Skandinaviya ilə ticarət edirdi. Böyük coğrafi kəşflərdən sonra Niderlandın dəniz ticarəti daha da yüksəldi, Antverpen şəhərinin dünya ticarətində rolu artdı. Çünki bu limana yan alan gəmilər, yəni müxtəlif ölkənin tacirləri burada bərabər ticarət etmək hüququna malik idilər. Buna görə də, XVI əsrdə Antverpen Avropa tarixində dünya ticarətinin birinci mərkəzi oldu.

Niderland əhalisi dəniz sahilində və bəzən dənizdə bəndlər çəkir, dənizi qurudur və qurudulmuş ərazilərdə təsərrüfat yaradır, kənd və şəhərlər salırdılar. Niderlandda manufakturalar yaradılmağa başlandı. Manufakturalarda mahud parça, kətan, gəmi ləvazimatı və s. istehsal olunurdu. Niderlandda kapitalist sənayesi inkişaf edir, muzdlu əməkdən istifadə olunurdu. Lakin XVI əsrin ortalarında Niderland feodal İspaniyasının hakimiyyəti altında idi. Niderlandın Amerikada, Cənubi İtaliyada müstəmləkələri var idi. İspaniya kralı Avropada ən güclü ordu və donanmaya malik idi. Niderland İspaniyaya okeanın o tayındakı müstəmləkələrindən 4 dəfə çox gəlir verirdi.
Davamı →

Vahid Rusiya dövlətinin yaradılması

Rusiya torpaqlarının Moskva ətrafında birləşdirilməsinin başa çatması. XVI əsrdə Rusiyanın daxili və xarici siyasətinin qarşısında aşağıdakı vəzifələr dururdu:

  • feodal pərakəndəliyinə qarşı mübarizə;
  • vahid dövlət aparatının yaradılması;
  • ölkənin ərazisini şərq və Pribaltika torpaqları hesabına genişləndirilməsi.

XVI əsrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətini işğalçılıq müharibələri yolu ilə ərazisini genişləndirmək təşkil edirdi. III Vasili (1505-1533) 1510-cu ildə Pskov respublikasını, 1514cü ildə Smolenski, 1521-ci ildə Ryazan knyazlıqlarını Moskvaya birləşdirdi.


Ardı →

Son orta əsrlər və yeni dövrün əvvəllərində Avropa

Məlum olduğu kimi, XIV-XVI yüzilliklər nəinki Avropada, habelə Şərqdə də mərkəzləşmiş feodal dövlətlərinin yaranmasında mühüm mərhələ hesab edilir. XVI əsrdəİngiltərə hələ ancaq adalardan ibarət olub, 3,5-4 mln əhaliyə malik idi. Ancaq burada mərkəzləşmiş feodal dövlətlərinin yaranması 1066-cı ilə aid edilir. Son dərəcə böyük əraziyə vəəhaliyə malik Rusiya imperiyası beynəlxalq münasibətlərdə dominantlıq etmək imkanlarına malik deyildi və Avropa siyasətinə təsir göstərmirdi. XVI əsr Avropasının əsas dövlətləri Fransa vəİspaniya sayıla bilər.
Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin müəyyənləşməsində Portuqaliyanın da rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını şərtləndirdi. Dünya ticarəti ilə birlikdə isə təbii ehtiyatdan məhrum, qiymətli metalların təsadüfən müəyyənləşdiyi Avropada zənginləşmə prosesi başladı. Bu proses burjua istehsalını şərtləndirdi.


Ardı →

Teymurun imperiyası və Cənubi Qafqaz

Cənubi Qafqaz tarixinin 1385-1408-ci illəri əhatə edən 23 illik dövrü ölkənin ictimai-siyasi həyatının gərginliyi, yadelli istilaçıların azğınlığı, xalq kütlələrinin vəziyyətini həddindən artıq ağırlığı ilə səciyyələnir. Teymuri ordularının 23 il davam edən fasiləsiz talançı yürüşləri nəticəsində Şirvanşahlar dövlətinin ərazisi istisna olmaqla bütün Cənubi Qafqaz vilayətləri var-yoxdan çıxarıldı. Orta əsr müəlliflərinin yazdığına görə, teymuri qoşunlarının ayağı dəydiyi yerdə daş-daş üstə qalmırdı, Teymurləng təkcə şəhər və kəndləri qarət edib dağıtmaqla kifayətlənmirdi, istila olunmuş yerlər başdan-başa talan edilir, əhali isə bəzən ucdantutma məhv edilirdi. Adamları diri-diri torpağa basdırmaq, divara hörmək, qala hasarlarından aşağı tullamaq, qılıncla doğramaq, işgəncə ilə öldürmək, xalqın əsrlər boyu yaratmış olduğu mədəniyyət abidələrini uçurub yerlə yeksan etmək adi hal almışdı. Teymur məhv etdiyi şəhərlərin yerinə günahsız insanların başlarından qüllələp düzətməyə adət etmişdi.


Ardı →

Teymurilərin hakimiyyəti dövründə beynəlxalq münasibətlər

Cənubi Qafqaz xalqları mürəkkəb və rəngarəng hadisələrlə zəngin çoxəsrlik tarixə malikdir. Həmin tarixin olduqca maraqlı, lakin az öyrənilmiş XIV-XV əsrlər dövrü xalqın təşəkkülü, Azərbaycan və Gürcüstanda milli dövlətlərin meydana gəlməsi, azəri və gürcü ədəbi dillərinin formalaşması kimi proseslərlə səciyyələnir.
Ölkəmizin təbii-coğrafi mövqeyi, beynəlxalq ticarət yolları üzərində yerləşməsi və strateji əhəmiyyəti hələ qədim zamanlardan yadelli işğalçıların diqqətini cəlb etmiş, Cənubi Qafqaz torpaqları vaxtdan-vaxta onu ələ keçirmək istəyənlər arasında mübarizə meydanına çevrilmişdi. XIV-XV əsrlərin hüdudunda həmin mübarizə xüsusilə kəskinləşmişdi. Belə ki, şimaldan Qızıl Orda, şərqdən Teymurləng, cənubdan cəlairi orduları tarixi mənbələrdə «Hülakü ulusu» adlı ilə xatırlanan Qafqaza can atırdılar.


Ardı →

Xaç yürüşləri

1095-ci il Klermo qurultayında II Urban kütlələri Şərqə yürüşə çağırıd. Bu çağırış kütlələrin böyük marağına səbəb oldu. Qərbi Avropadakı təhkimçi kəndlilər öz gələcəklərini Şərqdə görürdülər. Feodallar isə Şərqdə asılı kəndlilər əldə etmək istəyirdilər. Roma Papası isə Şərqdə öz mülklərini artırmaq istəyirdi.
Xaç yürüşü (1096-1099)-I Xaç yürüşünə aiddir:
  • Fransa, Almaniya və İtaliya feodallarının üstünlük təşkil etməsi;
  • Qüdsün tutulması (1099-cu il);
  • Aralıq dənizinin Şərq sahillərində səlibçi dövlətlərin yaranması (Qüds krallığı ən başlıca səlibçi dövləti hesab olunurdu).  

Davamı →

Franklar

Alman tayfalarına aiddir:
  • Qərbdə Reyn, Şərqdə Visla, Cənuba Alp dağları və Dunay çayı, Şimalda Baltik və Şimal dənizləri arasındakı ərazidə yaşamaları;
  • Roma imperiyası ilə sıx əlaqə saxlamaları vəikitarlalı əkin qaydalarını öyrənmələri;
  • Nəsli icmanın qonşuluq icması ilə əvəz olunması (V-VI əsrlər);
  • Mühüm məsələlərin xalq yığıncağında həll olunması;
  • Qonşuluq icmasına keçid nəticəsində bərabərsizliyin yaranması;
  • Müxtəlif krallıqlar qurmaları (İspaniyada Vestqot, İtaliyada Ostqot, Şimal Afrikada Vandal və Britaniyada Anqol-saks);
  • “Xalqların böyük köçü” ndə iştirak etmələri.

Davamı →

İslam mədəniyyəti

İslam mədəniyyəti Xilafətə daxil olan bütün xalqlar tərəfindən yaradılmışıdı. İslam mədəniyyətinə aiddir:
*   Onluq kəsrdən istifadə;
*   Hind rəqəmlərindən istifadə;
*   Cəbr (əlcəbr) elminin yaranması;
*   Xarəzminin hesaba dair əsəri;
*   Bağdadda və Dəməşqdə rəsədxanalarının açılması;
*   Yerin təxmini böyüklüyünün hesablanması;
*   Ulduzların vəziyyətinin müəyyən edilməsi
*   Əli-Birunninin yerin günəş ətrafında fırlanması sübut etməsi və ilk qlobusu düzəltməsi;
*   Naşatır spirti, spirt və potaşın kəşf edilməsi;
*   İbn Sinanın tibb sahəsindəki uğurları (İbn Sina “elmin şeyxi” və yaxud “alimlərin başçısı” adını almışdı);
*   “Min bir gecə” əsəri;
*   “Əntərin sərgüzəştləri” əsəri;
*   “Sindibadın səhayətləri” əsəri;
*   Qüdsdə Ömər məscidi (VIII əsr);
*   Kordova məscidi (VIII –IX əsrlər);
*   Arabesklərdən istifadə (kəsişən xətlərdən yaranmış mürəkkəb naxı-şlar);
*   Miniatürlərdən istifadə (kiçikliyi və incəliyi ilə seçilən sənət əsərləri);
*   Qahirədə Cümə məscidinin inşası;
*   Samirədə Ulu məscid minarəsinin inşa edilməsi.

Qərbi Avropa ölkələri islam mədəniyyətindən  aşağıdakıları öyrənmişlər:
*   Ərəb rəqəmlərindən istifadə;
*   Xəritə çəkmək;Kimyəvi biliklər;
*   Qlobusdan istifadə etmək;
*   Kompasdan istifadə;
*   Ulduzların adları;
*   Yunan müəlliflərinin əsərləri;
*   Sıfır rəqəmi və onluq kəsrlər.
Davamı →