İlya Repin mistik gücə malik olan rəsimləri

  İstedadla çalışqanlıq bir araya gəlincə, bəzən təbiət öz övladına bu mükəmməlliyi bağışlamır. Elə təkcə rəssamlıq sənətinin tarixinə baxsaq, buna şamil olunacaq bir neçə nümunə görə bilərik: Frida Kahlonun inadkarcasına həyat və sənət sevgisi, Van Qoqun tək-tənha yaşadığı bütün ağrılarına və sənətdəki uğursuzluğuna rəğmən dayanmadan səyahətlər edib gözəl peyzaj rəsmləri çəkməsi və s. Bu nümunələrin sırasında dahi rus rəssamıİlya Repin də var. Bu xoş xasiyyətli, dostcanlı, istedadlı rəssam demək olar ki, öz dövrünün ən qabaqcıl rəssamı idi. Repin olduqca çalışqan idi, lakin təbiət onu sağ qolunu qurutmaqla sənətində ağır imtahana çəkir. Mücadilə – bu, rəssamın sənətə olan sevgisinin ifadəsi idi, sanki. Tibb elmi onun qolunun qurumasının dəqiq səbəbini tapa bilmədiyi halda, bunu yalnız rəssamın gərgin iş qrafikinə bağlamışdır. Lakin araşdırmalar nəticəsində başqa inanılmaz faktlar da meydana çıxıb. Öncə gəlin rəssamın həyat yoluna nəzər salaq: 

   İlya Repin Xarkovun yaxınlığında yerləşən Çuquev şəhərciyində doğulmuşdu. Balaca İlya hərbi şəhərcikdə yaşadığına görə ilk olaraq hərbi məktəbin mətbəə şöbəsində təhsil almışdı. Məhz o məktəbdə onda rəsm sənətinə güclü ehtiras oyandı. Lakin onun bəxti gətirmədi, çünki oxuduğu şöbə tezliklə bağlanmalı oldu. O vaxt İlyanın təhriki ilə atası onu rəssamlıq məktəbinə oxumağa göndərdi. O, təxminən, 4 il ikonalar çəkir və qədim ikonaların bərpası ilə məşğul olurdu.    1863-cü ildə gənc rəssam Rəssamlıq Akademiyasına qəbul olmaq üçün Peterburqa yola düşür. Bununla belə klassik rəssamlığı bilmədiyinə görə, onu akademiyaya qəbul etmirlər. Bu halda Repin İ.N.Kramskinin dərs dediyi özəl rəssamlıq məktəbinə daxil olur. Qısa müddətdə müəllimi ondakı istedadı kəşf edir və onu öz evinə qonaq çağırır. Repinin həyatında mühüm rol oynayan bu dostluq o vaxtdan etibarən başlamışdı.  İki aydan sonra Repin Kramskinin zəmanətilə qəbul ola bilmədiyi Rəssamlıq Akademiyasında sərbəst dinləyici kimi qəbul edilir. Birinci kursun sonunda “Talan olunmuş Yerusəlimdə peyğəmbərin göz yaşları” adlı əsərinə görə İlya əla qiymət alır və beləliklə, o, akademiyanın tələbəsi olur.

    Təhsillə yanaşı, axşamlar Repin və digər artel üzvləri Kramskinin evində toplanırdılar. Bu axşamlar onun yaradıcılığına müsbət təsir göstərirdi. 

   O, 1870-ci ilin may ayında F.Vasilyevlə Volqaya gedir. Onun məşhur “Yedəkçilər” rəsminin ideyası, məhz orada yaranmışdı. O, diplom işi ilə yanaşı bu rəsm üzərində də işləyirdi. Onun diplom işi “İairin qızının vəfatı” adlanırdı. Repin bu rəsmə görə qızıl medal və 6 illik ölkə xaricinə səfər etmək hüququ qazanmışdı. “Yedəkçilər” üzərində Repin bir neçə il işlədi və 1873-cü ildə rəssam əsəri tamamladı. Əsər Vyanada beynəlxalq sərgidə nümayiş edildi və rəssam Avropada tanındı. ”Yedəkçilər”i böyük knyazlardan biri öz kolleksiyasına daxil etdi.

   Xarici səfərindən vətəninə qayıdarkən, Repin tarixi mövzularla maraqlanmağa başladı. O, “Şahzadə Sofia”, sonra isə“İvan Qroznı və oğlu İvan” rəsmlərini çəkdi. Sonuncu rəsm üzərində rəssam dörd il işlədi. Əsəri P.M.Tretyakov aldı, lakin III Aleksandrın göstərişi ilə Tretyakov rəsmi gizlin yerdə saxlamalı oldu. Yalnız 1913-cü ildə əsəri tamaşaçı auditoriyası görə bildi.

   Repin xasiyyətcə xoş, mülayim insan idi, onun çoxsaylı dostları vardı. Onların sırasında tək rəssamları deyil, həmçinin yazıçıları, şairləri də sadalamaq olar. Onun Kuokkala qəsəbəsindəki evinə hər çərşənbə günü yaradıcı dostları qonaq gəlirdilər. L.Andreyev,M.Qorki,V.Korolenko və başqaları o evdə öz əsərlərindən parçalar oxuyurdular. F.Şlyapin isə nəğmə oxuyurdu. Onun ən əziz dostlarından biri Lev Tolstoy idi. Repini Lev Tolstoyla 30 illik dostluq bağlayırdı. 

   Uzun illər ərzində rəssam bir neçə yazıçının portretini çəkmişdi, onlarla bağlı xoş xatirələrini əbədiləşdirmişdi. Repin tarixə, həmçinin böyük portret ustası kimi düşüb. O, öz dövrünün müasirlərinin portretlərindən ibarət böyük qalereya yaratmışdı və hər təsvirin arxasında qeyri-adi bir şəxsiyyət dayanırdı. Lakin o, bütün portretlərində bir mövzuya sadiq qalırdı – müasir Rusiya mövzusuna.  Dövlət Şurasının üzvlərindən biri Lyubimov, rəssamın hər toplantıdan sonra çəkdiyi eskizlərindən ibarət iri albom yığmışdı. 

   Rəssamın yaşadığı ən böyük fəlakət onun qolunun quruması olmuşdu. Mütəmadi işlədiyinə görə Repinin sağ əlində kəskin ağrılar başlamış, sonra isə həmin əli, ümumiyyətlə, işləməmişdi. Bu – rəssamlıqdan, öz ruhunun kətan üzərindəki ifadəsindən imtina etmək demək idi. Bir müddət o, depressiyaya düşdü. Bununla belə o, iddialı mücadilələr nəticəsində özünü sol əli ilə çəkməyə öyrəşdirməyi bacardı. Həmin ildən etibarən, onun yaradıcılığı sol və sağ əliylə çəkilən rəsmlərə bölünür. Bu rəsmlərin səviyyəsi və onun keyfiyyəti əvvəlki rəsmləri ilə müqayisədə fərqlənmirdi. Çünki o, peşəkar rəssam idi.

   Qəribə bir fakt da var ki, rəssamın əli 1885-ci ildə, məhz “İvan Qroznı və onun oğlu İvan” adlı rəsmini çəkəndən sonra qurudu. Mistiklər bu faktı rəsm əsərinin lənətlənməsi ilə bağlayırlar. Hesab edilir ki, Repin əsərdə mövcud olmayan tarixi hadisələri canlandırmış və bu səbəbdən də lənətlənmişdir.  Bu əsərlə bağlı digər mistik fakt ikona rəssamı Abram Balaşovla bağlıdır. Tamamilə ruhən sağlam bir insan Repinin bu tablosunu görəndə, özünü tablonun üstünə atıb, onu bıçaqla doğramağa başlamışdı. Bu insidentdən sonra ikona rəssamını ruhi xəstəxanaya qapatdılar.     Əsərin təsiri bununla məhdudlaşmır: bu əsər Tretyakovski qalereyasında sərgilənəndə tamaşaçıların əksəriyyəti ağlamağa, stupor vəziyyətinə düşməyə başlayırdı. Bəzilərində isə ürəkgetmələr müşahidə olunurdu. Skeptiklər bu insidentləri rəsm əsərinin olduqca real təsvir olunmasıyla bağlayırlar. Hətta tabloda həddindən artıq çox təsvir olunan qan, həqiqi qan olduğu hesab edilir. 

   Repinin fırçasının gücü qəribədir: onun bütün qəhrəmanları rəsm başa çatandan sonra vəfat edirdilər. Onların çoxu da öz əcəli ilə ölmürdü. Rəssamın “qurbanlar”ının arasında bu adları çəkmək olar: Musorqski, Pisemski, Piroqov, aktyor Mersi d`Arjanto. Fyodor Tyutçev isə Repin onun rəsmini hələ çəkməyə başlayanda vəfat etmişdi. Bununla yanaşı, tamamilə sağlam kişilər də “Yedəkçilər” adlı əsəri çəkiləndən sonra vəfat etmişdilər.

   İzaholunmazdır, lakin bu faktdır. Repinin rəsmləri ölkədəki siyasi hadisələrə də öz təsirini göstərirdi. 1903-cü ildə rəssam “Dövlət Şurasının təntənəli iclası” adlı rəsmi çəkəndən sonra əsərdə təsvir olunan bütün məmurlar 1905-ci ildə, ilk rus inqilabında öldürüldülər.

 

   Bundan başqa, Repin baş nazir Stolıpinin rəsmini çəkən kimi onu Kiyevdə güllələmişdilər. 

   Bu gün onun mistik əsərlərinə tamaşa etmək bütün sənətsevərlər üçün ən böyük arzulardan biridir. 

 

 

3 şərh

pascal
Repin haqqında məzəli, ama olan bir hadisəni, bunu oxumuşam: 

Bir gün bəstəkar M.P.Musorqski rəssam İ.E.Repindən şəklini çəkməyi xahiş edir. Şəkil çəkilib hazır olan kimi Musorqski ölür. Repin A.Pismenskinin portretini çəkir. Pismenski de ölür. Repin şair F.İ.Turqenevin portretini çəkməyə hazırlaşanda o da dünyadan köçür.
Bir dəfə yumoristlərdən biri Repinə yalvararaq deyir: «İlya Efimoviç. Bizə rəhminiz gəlsin. Stolıpinin də şəklini çəkin.» Repin Saratov dumasının sifarişi ilə P.A.Stolıpinin də şəklini çəkir. Şəkil hazır olan kimi Stolıpin Kiyevə yola düşür və orda onu güllə ilə vurub öldürürlər.

Kişinin əlində hikmət varmış da… ;) :))
pascal
«Hikmət» dırnaqiçərisində olmalıydı. :)
Someone
:)))) Əminəm indi bir çoxların arzusudur indi belə rəssam olsun.