İlya Repin mistik gücə malik olan rəsimləri

  İstedadla çalışqanlıq bir araya gəlincə, bəzən təbiət öz övladına bu mükəmməlliyi bağışlamır. Elə təkcə rəssamlıq sənətinin tarixinə baxsaq, buna şamil olunacaq bir neçə nümunə görə bilərik: Frida Kahlonun inadkarcasına həyat və sənət sevgisi, Van Qoqun tək-tənha yaşadığı bütün ağrılarına və sənətdəki uğursuzluğuna rəğmən dayanmadan səyahətlər edib gözəl peyzaj rəsmləri çəkməsi və s. Bu nümunələrin sırasında dahi rus rəssamıİlya Repin də var. Bu xoş xasiyyətli, dostcanlı, istedadlı rəssam demək olar ki, öz dövrünün ən qabaqcıl rəssamı idi. Repin olduqca çalışqan idi, lakin təbiət onu sağ qolunu qurutmaqla sənətində ağır imtahana çəkir. Mücadilə – bu, rəssamın sənətə olan sevgisinin ifadəsi idi, sanki. Tibb elmi onun qolunun qurumasının dəqiq səbəbini tapa bilmədiyi halda, bunu yalnız rəssamın gərgin iş qrafikinə bağlamışdır. Lakin araşdırmalar nəticəsində başqa inanılmaz faktlar da meydana çıxıb. Öncə gəlin rəssamın həyat yoluna nəzər salaq: 

   İlya Repin Xarkovun yaxınlığında yerləşən Çuquev şəhərciyində doğulmuşdu. Balaca İlya hərbi şəhərcikdə yaşadığına görə ilk olaraq hərbi məktəbin mətbəə şöbəsində təhsil almışdı. Məhz o məktəbdə onda rəsm sənətinə güclü ehtiras oyandı. Lakin onun bəxti gətirmədi, çünki oxuduğu şöbə tezliklə bağlanmalı oldu. O vaxt İlyanın təhriki ilə atası onu rəssamlıq məktəbinə oxumağa göndərdi. O, təxminən, 4 il ikonalar çəkir və qədim ikonaların bərpası ilə məşğul olurdu.    1863-cü ildə gənc rəssam Rəssamlıq Akademiyasına qəbul olmaq üçün Peterburqa yola düşür. Bununla belə klassik rəssamlığı bilmədiyinə görə, onu akademiyaya qəbul etmirlər. Bu halda Repin İ.N.Kramskinin dərs dediyi özəl rəssamlıq məktəbinə daxil olur. Qısa müddətdə müəllimi ondakı istedadı kəşf edir və onu öz evinə qonaq çağırır. Repinin həyatında mühüm rol oynayan bu dostluq o vaxtdan etibarən başlamışdı.  İki aydan sonra Repin Kramskinin zəmanətilə qəbul ola bilmədiyi Rəssamlıq Akademiyasında sərbəst dinləyici kimi qəbul edilir. Birinci kursun sonunda “Talan olunmuş Yerusəlimdə peyğəmbərin göz yaşları” adlı əsərinə görə İlya əla qiymət alır və beləliklə, o, akademiyanın tələbəsi olur.


Ardı →