Рейтинг
+106.10

Məşhur rəsmlər və rəssamlar

93 üzv, 158 topik

Rauf Canıbəyov firçası

Rauf Canıbəyov özü haqqında çox danışmağı sevmir, əsərlərinin onun haqqında danışmasını və onu tanıtmasını daha məqsədəuyğun hesab edir.

Rauf Canıbəyov 19 dekabr 1956-cı ildə Bakıda anadan olub. Azərbaycan Tibb Universitetinin məzunu olan Rauf bəy ixtisasca cərrahdır. 1984-1993-cü illərdə Bakı Dəmiryol Xəstəxanası, 1993-2003-cü illərdə Mərkəzi Kliniki Xəstəxanada plastik cərrah kimi çalışıb. 2004-cü ildən Azərbaycan səhiyyə sistemini tərk edib.
Ardı →

Mikayıl Abdullayev

Rəssamların ağrı və əzabları, sevinci və ilıq təbəssümü daha şirin olur. Dünyanın nəhəngləri — Salvador Dali, Pablo Pikasso qürbət ellərdə fırça və boyalarla, kətan və iç dünyaları ilə Vətən, bəşəriyyət anlamını insanlığa doğmalaşdırdılar. Günlərin birində general Franko həsəd və paxıllıqdan yaxa qurtarmaq üçün Pikassoya məktub göndərdi: «Əzizim Pikasso, Madridə qayıt və mənim portretimi işlə». Bu zaman Pikasso artıq dünyanın övladı idi. Bircə cümlə ilə cavab göndərdi o cəllada: «Kəllənizi göndərin, məmnuniyyətlə işləyərəm». Hiddətlənən general onu ömürlük İspan vətəndaşlığından məhrum etdi. İndi dünyada nə həmin general var, nə də Pikasso. Yox…yox. Pikasso Parisin küçələrində uşaqların arenasındadır. Muzeylərdə insanlarla söhbət edir. Sevincək, ilıq təbəssümlə.


Ardı →

Amedeo Modilyani

Sovet dönəmində hər hansı intelligentin evində «Leopold Zborovskinin portreti», yaxıd «Janna Ebüternin portreti»nin reproduksiyasını görmək olardı. Axı o vaxtlar çoxu «Monparnas 19» filmini görmüş və qadınların sevimlisi, «bogema şahzadəsi», alkoqol, narkotik  və vərəmin birgə səyi ilə məhv olandan sonra dünya şöhrəti qazanmış dahi rəssam haqqında əhvalatı yaxşı bilirdi. Bir balaca artıq məlumatı olanlar Anna Axmatovanın Modilyaniyə «Rotonda» kafesində çılpaq pozaları haqqında qeybətlər də eləyirdi. Kimsə İlya Erenburqun «qarğışlanmış rəssam» haqqında şerlərini oxumuşdu. «Modi» ifadəsi fransızca qarğışlanmış, lənətlənmiş mənasını verir.


Ardı →

İnadkar qonşu


Bu tablo Viliam Holman Hunt`un The İmportunate Neighbour” (İnadkar qonşu) adlı tablosudur. Şəkildəki adam köhnə bir qapını yumruqlayır. Özündən bezmiş, yorulmuş bir vəziyyətdə qapının açılmağını gözləyir. Gecə yarısıdı və gedəcək bir yerinin olmadığı görünür. Ayaqları çılpaq, əynində isə sadəcə bir entari ( gecə paltarı ) var. Bəlkə də uzun bir yol gəlmiş, sığınmaq üçün bir evə ehtiyacı var idi. Ancaq qapını aça bilmir, çünki qapının dəstəyi yoxdur.
Ardı →

Frida Kahlo

Frida Kahlo1907 ci ildə Meksikada mavi evdə bir qız uşağı doğulacaqdı, amma mavi rəngin fərahlığından onun həyatına çox az şey düşəcəkdi. Meksika inqilabı dövründə doğulan və həyatı boyunca yaşadıqlarını ömrünün inqilabı edəcək qədər ehtiraslı olan bu qız, adı dünya miqyasında eşidiləcək, xüsusi ilə də ölkəsi Meksikanın seçilmiş adları arasına çəkiləcək rəssam Frida Kalo idi. Sosialist və feminist olan Frida Kalonun həm yaşayışına, həm də sənətinə eşq və kədərin təsir etdiyini deyə bilərik. Rəsmlərində həyatının kədərli bir hekayə olduğunu, göstərməyə çalışırdı.
Frida 6 iyul 1907-ci ildə dünyaya gəlib. O, macar yəhudisi Vilhem Kalo və qızıldərili əsilli Matilda Calderonun üçüncü uşağı idi. Həm içinə qapanmış, həm də hərəkətli bir uşaqlıq keçirmişdi. Həyatının uğursuzluqlarından biri olan “fiziki ağrı” onu hələ uşaqlıq illərində yaxalamıdşı.
Altı yaşı olanda uşaq iflici keçirir. Məhəllə uşaqlarının sağ ayağındakı fərqə görə “taxta ayaq” deyə çağırdıqları Frida, o biri qardaşlarına nisbətən atasından xüsusi diqqət görürdü. Fridanın uşaqlıqda kobud bir halı vardı.
Davamı →

Fabian Perez

Bu rəssamın əsərlərinin özünəməxsus süjet xətti var-balkon, bardakı qadınlar, flamenko, gecə küçədə yalnız gəzintilər, Şərq, lakin hər şeydən çox xoşuma gələn, insanın fikrini və emosiyalarını dolaşdıran refleksiya arxasında gizlənmiş misilsiz “heç bir şey etməmə” vəziyyətli qadın obrazlarıdır.


Ardı →

Mixail Aleksandroviç Vrubel

Rus rəssamların arasında simvolist üslubun nümayəndəsi olmuşdur.Öz yaradıcılığında qeyri-adi tərz yaratmasının səbəbi qədim Bizans və İlk Renesans dövrun bədii ənənələrindən bəhrələnməsi olmuşdur.M.A.Vrubel Sibir əyalətin Omsk şəhərindən 1856-ci il martın 5 də anadan olmuşdur.1910-cil ildə Sankt-Peterburq şəhərində vəfat etmişdir.Atası ordu polkovniki rütbəsini daşıyırdı.Vrubel Latın, Fransız və Alman dillərində danışmağı bacarırdı


Ardı →

M.Dobujinskinin (1875-1957) “Eynəkli insan” əsəri

M.Dobujunski 1875-ci il də Novqorodda məmur ailəsindən anadan olmuşdur. 1957-ci ildə Nyu-Yorkda vəfat etmişdir.O, bir sıra xarici ölkələrdə çalışmışdır.Onun Avstriya-Macarısatanda olduğu dövrdə yaradıcılığında yeni-yeni işlər görmuşdur.

Mir-iskusstvanın üzvu kimi Dobujinski çalışdığı bədii birlikdə bir sıra əsərlər yaratmışdir ki, onlardan biri də «Eynəkli İnsan» porteri əsəridir.  Bu əsərdə pəncərə önundə eynəkili bir insan təsvir olunmuşdur.Bu insan Mir-iskusstvanın üzvu olan  tənqidçi K.Syunenberqin obrazıdır.


Ardı →

Bolqar rəssamı Yaroslav Veşin (1860-1915)

XIX əsrin sonları XX əsrin əvvələrində yaşayıb yaratmış Bolqarıstan incəsənətin görkəmli nümayəndələrinədən biri də Yaroslav Veşin olmuşdur.Yaroslav Veşinin yaradıcılığına böyük təsir göstərən amillərdən biri, həmin dövrun başıbəlalı dövləti olan Bolqarıstanın da iştirat etdiyi I Balkan (1912) müharibəsi olmuşdur. Veşin müharibəyə həsr etdiyi əsərində süngü, xəncərlərin təsvir olunduğu tabloda bolqar əsgərlərin qəhrəmanlığını göstərmək istəyirdi.


Ardı →

Vasili Perov yaradıcılığı

Vasili Perov 1832-ci il 2 yanvar tarixində Rusiyanın Tobolsk vilayətində anadan olmuşdur.1882-ci ildə vəfat etmişdir.Perov çox erkən yaşlarında incəsənətə böyük həvəs göstərmişdir. İncəsənətdə ilk ibtidai təhsilini anasından almışdır.
O, rəssamlıq üzrə təhsilini Moskova heykəltəraşlıq məktəbində və sonralar Stupinin bədii məktəbində davam etdirmişdir. Gənc rəssam olan Perov öz yaradıcılığında incəsənətə böyük sevgi bəsləmiş və öz müəllimlərinin, Şişkinin və Venetsianovun yaradıcılıq ənənələrini davam etdirmişdir.O, incəsənət ilə yanaşı Ədəbiyyatı da sevmiş və onun ən çox sevdiyi yazıçılar sırasında Nekrasovun, Turgenevin və Tolstoyun adını çəkmək olar.
Ardı →