Рейтинг
+106.10

Məşhur rəsmlər və rəssamlar

93 üzv, 158 topik

Documenta


Documenta – hər 5 ildən bir Almaniyanın Kassel şəhərində keçirilən beynəlxalq müasir incəsənət sərgisidir.
Hər Documenta sənət aləmində böyük bir hadisəyə çevrilir, çünki incəsənətdəki ən müasir tendensiyalar, ən yeni cərəyanlar məhz bu böyük sərgidə təmsil olunur. Hər Documenta sərgisi 100 gün davam edir, bu da güclü turist axınına səbəb olur. Sərgidə həmçinin çox vaxt rəssamlar tərəfindən oxunan mühazirələr böyük marağa səbəb olur. İlk dəfə Documenta 1955-ci ildə rəssam və kurator Arnold Bode tərəfindən təşkil olunmuşdu. Sərginin təşkili Almaniyada 1937-ci ildən bəri (yəni nasistlərin qadağasından sonra) heç bir avanqardist sərgi təşkil olunmamasından irəli gəlirdi.
Bu il 13-cüsü keçirilən Documenta, 9 iyundan sentyabrın 16-dək davam edib. Yuxarıda sərgidə iştirak edən misirli müasir rəssam Həsən Xanın (1975) “Düyün” heykəlini (2012; süşə) görə bilərsiniz.

 
Davamı →

Konstantin Savitskiy

Konstantin Apollonoviç Savitsky (1844-1905) Frankovka kəndində və ya (Baronovkada) Sabiq Mer Baron Otto Franyın adını dayışan Taqanroq şəhərindən anadan olmuşdur.Hal-hazırda bu ərazidə Taqanroq Dəmir və Polad Fabriki (TAGMET) yerləşir.
Savitskyin ailəsi onun atasının həkim kimi işlədiyi Taqanroq Oğlanları Gimnziyasının binasında yaşamışdılar.Savitskiy öz üşaqlığını və gəncliyini Taqanroqda keçirmişdir.
O, hələ uşaqlıqında rəssamlığına böyük həvəs göstərmişdir. Gimnziyada oxuyarkən rəsım çəkməyə başlamışdır
Ardı →

Ivan Kromskoy

1837-ci il 27 may tarixindən rusiyada anadan olmuş İvan Nokalayeviç Komskoy rəssam olmaqla yanaşı sənətşünas olmuşdur.Özu xırda burjuaziya ailəsindən olmasına baxmayaraq, İ.Kromskoyu məhşurləşdirən onun əsərləri olmuşdur.Özunun yaratdığı mədəniyyət xadimlərin portretləri ilə yanaşı rus kəndlilərin portretləri üzərində çox böyük həvəslə işləyirdi.Onun yaratdığı portretlərdən biri də “Naməlum Qadın” adlanan portretidir.Portreti 1883-cu ildə çəkmişdir.Portret Pavel Teretyakova məxsusdur.Yəni portreti rəssam çəkəndən sonra onun sahibi Pavel olmuşdur.Portretdə təsvir olunan qadının şəxsiyyəti məlum deyildir.Qadın portretdə sakit ruha malik, cəsarətli təsvir olumuşdur.
Ardı →

Veneranın doğuluşu

Veneranın doğuluşu


İtaliyalı rəssam Sandro Botticellinin 1482-1486 -cı illərdə çəkmiş olduğu Veneranın doğuluşu tablosu dünyanın ən məhşur əsərlərdən biridir. Əsərdə Veneranın dənizdən bir gənc qadın olaraq doğuluşu təsvir olunub. Hal hazırda bu rəsm əsəri Florensiyada Uffizi müzeyində (İtalyanca: Galleria degli Uffizi) sərgilənməkdədir.


Ardı →

Guernika

Guernika — Bu rəsm əsəri Pablo Picassonun ən məhşur əsərlərindən biridi. Tablonun eni 7,76 m, hündürlüyü isə 3,49 m-dir. Əsərdə Almanıyanın 26 aprel 1937-ci ildə İspanıyadakı Guernika şəhərini bonbalanması Pablo Pikasso tərzinə uyğun şəkildə simvolik olaraq təsvir olunub. Bu rəsm əsərinin çəkilməsinə səbəb Ispaniya hökümətinin 1937-ci ildə Parisdə keçiriləcək sərgidə İspaniyaya ayrılmış bölmə üçün  Pablo Pikassoya böyük bir divar şəkli sifariş etməsi olub. Elə həmin zamanda Guernika şəhəri Almaniyası tərəfindən bonbalandığı üçün rəssam əsərin ideyasını məhs bu hadisədən götürdü və Guernikanın bombalanmasından 15 gün sonra isə rəsmi tamamladı.
Davamı →

Salvador Dali və La persistencia de la memoria

Elə sənət əsərləri var ki, məsələn, «Mona Liza» kimi sözün həqiqi mənasında baxılmağa və haqqında məlumat öyrənməyə dəyər. Bu səbəbdən ən çox xoşuma gələn bir əsərlə Salvador Dalinin “Yaddaşın əzmi” (və ya “Yaddaşın sabitliyi”) əsəri ilə başlamaq istədim.
La persistencia de la memoria – Bu əsər eyni zamanda “Əriyən saatlar” kimi də məhşurdu.
1931-ci ilə aid olan bu rəsm əsəri 1932-ci ildə 250 ABŞ dolları müqabilində satılıb. 
Ardı →

Vins Lounun cızma-qaraları

Malayziyalı rəssam Vins Lou rəsm çəkməyin yeni üslubunu yaradıb. O, sadəcə olaraq bir parça kağız götürdü və üzərinə uşaqlıqda olduğu kimi o kənardan bu kənara xəttlər çəkməyə başladı. İlk öncə anlaşılmayan bir şey alındı. Lakin qələmlə rəsm çəkmə texnikasını inkişaf etdirən Lou bu işində çox irəliyə getdi. Öz fərdi üslubunu yaratdı. Unikal texnikadan istifadə edərək, əlini kağızdan ayırmayaraq, rəssam bir vərəqə bütün emosiyaları və duyğularını tökməyi bacardı. Yaratdığı hər qəhrəman sanki canlıdır və hər dəqiqə vərəqdən kənara çıxa biləcək. 
Odri Xepbern
Ardı →

Yevgeni Kuznetsov

Rəssam Yevgeni Kuznetsov 1960-ci ildə  Stavropolda anadan olub. 1979-ci ildə Stavropol rəssamlıq məktəbini bitirib. 1988-cü ildə isə Kuban dövlət universitetinin bədii qrafika fakültəsini (Krasnodar ş.) 1991-ci ildən Rusiya rəssamlar İttifaqının üzvüdür. 1994-ci ildən «Günəş kvadratı» rəssamlar Beynəlxalq ictimai təşkilatının üzvüdür.


Ardı →

Niko Pirosmani - 2

Aslan Pirosmaninin oğlu Niko gənc rəssam Le-Dantyu və Zdaneviç qardaşları tərəfindən Tiflisdə heç kəsin fərqində belə olmadığı xəzinə kimi milli sərvət kəşf olundu.
***
1913-cü ilin mart ayının 24-də indiki Puşkin küçəsində “Mişen” qrupunun sərgisində ilk dəfə olaraq Pirosmaninin də əsərləri sərgiləndi və sənətsevərlərin, özəlliklə də futuristlərin diqqətini cəlb etdi. “Mişen”in kataloqunda Pirosimaninin “Pivə içən qız”, “İ.M.Zdaneviçin portreti”, “Maral” əsərlərinin adları çəkilir.
Ardı →