Рейтинг
+23.58

Tibbi patologiya

20 üzv, 58 topik

Amneziya

Hafizə pozuntularının bütün formaları amneziya adlanır.

Məsələn, siz axtardığınız əşyanı hara qoyduğunuzu tapa bilmirsinizsə deməli bu fiksasion amneziyadır.

Hər hansı bir hadisədən sonra (travma, sərxoşolma) məlumatlar unudularsa buna anteroqrad amneziya deyilir.

Amneziyaların geniş yayılmış formalarından biri də retroqrad amneziyadır – keçmişə aid olan hadisələrin və ya məlumatların unudulması....


Davamı →

Botulizm xəstəliyi

Ev şəraitində hazırlanan və çox sevilən müxtəlif turşular, mürəbbələr və kompotlar bəzən ağır zəhərlənmələrə səbəb olurlar. Bəzən isə bu məhsulların qəbul edilməsi insanın həyatına son qoya bilər. 
Bu xüsusən botulizm xəstəliyinə aiddir. 
Botulizmi törədən bakteriya Clostridium botulinumadlandırılır. Bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bakteriyalar   tərəfindən «hazırlanan» toksin — botulotoksin — dünyada ən güclü bioloji zəhərlərdən sayılır.

Clostridium botulinum bakteriysı torpaqda yaşayır. Oradan bu bakteriyalar tərəvəzlərə, meyvələrə, suya düşür. Əgər ev şəraitində hazırlanan turşular, tərəvəz salatları, kompotlar, mürəbbələr və s. üçün hazırlanan meyvə və tərəvəzlər kifayyət qədər yaxşı təmizlənmir və yuyulmur, düzgün sterilizasiya olunmur və daha sonra isə uyğun olmayan şəraitdə saxlanılırsa, bu zaman insan botulizm xəstəliyinə tutula bilər.


Ardı →

Terner sindromu

Yəqin ki, hamınız cinsiyyətsiz — neytral insanların varlığı haqqında eşitmisiniz. Belə insanlar X xromosomunun çatışmazlığı və ya zəifliyi nəticəsində dünyaya göz açır. Söhbət X xromosomundan getdiyi üçün, bu xəstəlik qızların xəstəliyidir. Dünyada hər 2500-3000 qızdan biri bu xəstəliyin daşıyıcısıdır.
Ardı →

Anoreksiya

Anoreksiya nevrosa – xüsusilə gənc qadınlarda rast gəlinən, yeməkdən imtina, yuxuya ehtiyacın azalması, buna baxmayaraq patoloji hiperaktivlik kimi əlamətlərlə xarakterizə olunan psixonevrogen bir pozulmadır.

Xəstəlik əsasən yeniyetməlik dövründə, çox nadir hallarda isə orta yaşlarda başlayır. Belə xəstələr öz bədən quruluşlarından məmnun olmur, kökəlməkdən çox qorxur və əslində belə olmasa da çox kök olduqlarını düşünürlər. Başlanğıcda arıqlamaq üçün müxtəlif pəhrizlər tutur, sonralar iştahları itir və həzmi pozulur, həddən artıq arıqlamağa başlayırlar.

Hal hazırda anoreksiyaya artıq təkcə qadınlarda deyil, kişilərdə də rast gəlinir. Belə ki, xəstəlik əhalinin 0.5 – 1%-ndə görünür və xəstələrin 95 %-i 12-20 yaş arası qızlar olur.

Anoreksiyaya səbəb olan amillər arasında sosial faktorlar əsas yer tutur. Insanların beyninə oturan “Arıqsansa yaxşı görünürsən” fikri xəstəliyin son illərdə bu qədər vüsətlə yayılmağına səbəb olub. Bundan başqa bəzi ailəiçi problemlər və psixoloji sıxıntılar da səbəb olaraq göstərilir. Anoreksiya nevrosa diaqnozunu qoymaq üçün xəstədə aşağıda sadalanan əlamətlər olmalıdır:
Ardı →

Uşaqlarda qasıq yırtıqları

Yırtıqların arasında qasıq yırtıqları uşaqlarda daha tez-tez rast gəlinən patologiyadır. Uşaqlarda qasıq yırtıqları anadangəlmə patologiyadır. Bunun səbəbi qasıq kanalının bətndaxili inkişafının pozulmasıdır.

Oğlanlarda bu patologiyaya daha tez-tez rast gəlinir. Bu oğlanların fizioloji xüsusiyyətləri ilə bağlıdır. Adətən yırtıqlar oğlanlarda sağ tərəfdə olur.
Yırtıq uşaq doğulduqdan dərhal sonra, bəzi halarda 1 yaşına yaxın, bəzən daha böyük yaşlarda özünü büruzə verə bilər.

Yırtığın əsas simptomu uşağın qasıq nahiyəsində olan şişkinlik, asimmetriyadır. Bu şişkinlik uşaq ayaq üstə olanda daha yaxşı görünür, uzananda isə «itir». İlk dəfə bu şişkinlik uşaq çoxlu ağladıqdan, qışqırdıqdan, öskürdükdən, qəbizlik zamanı gücəndikdən sonra müşahidə oluna bilər. Lakin bu o demək deyil ki, öskürək, ağlama və ya qəbizlik yırtığın inkişafına səbəb olub. Bu yırtıqlar anadangəlmə pozulmadır.
Ardı →

İtdirsəyi və xalyazion

İtdirsəyi – göz qapağındakı kirpik kisəsinin və ya piy vəzisinin kəskin irinli iltihabıdır.

Xəstəlik əksər hallarda immuniteti zəifləmiş olan insanlarda (adətən uşaqlarda) və ya badamcıqlarının, burunun əlavə boşluqlarının iltihabı, dişlərdə olan xəstəliklər, qurd invaziyaları, şəkərli diabet və s. xəstəliklər fonunda baş verir.

Xəstəlik ilkin olaraq göz qapağı kənarında ağrılı nöqtənin əmələ gəlməsi ilə başlayır. Sonra onun ətrafında şişkinlik və qızartı əmələ gəlir və göz qapağı şişir. 2-3 gündən sonra göz qapağı kənarındakı şişkinlik sahəsində sarı rəngli irinli “başcıq” əmələ gəlir və o deşildikdən sonra içərisindən irin xaric olur. Əgər göz qapağında eyni zamanda əmələ gəlmiş bir neçə itdirsəyinin birləşməsi baş verərsə, xəstənin ümumi vəziyyəti ağırlaşır.


Ardı →

Daun xəstəlik deyil, sindromdur

Daun sindromlu diaqnoz ən dəhşətli diaqnozlardan biridir. Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu «monqolizm» adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin «monqolizm» adlandırılmasına münasibətindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə «Daun sindromu» adını alıb.
 
Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Yəni monqoloid irqinə mənsub şəxslərə bənzəyirlər. «Monqolizm» adı da bu səbəbdən işlədilib.
Davamı →

Ebola virusu

İlk dəfə bu virus 1976-cı ilində Afrika ölkələrində qeyd olunub. Virusun adı Ebola çayı sahillərində yaşayan insanlar arasında tapılması ilə bağlıdır.

Ebola virisu tropik meşələrin yanında yerləşən Afrika ölkələrində yayılır.

Hal hazırda bu virusun növbəti canlanması Afrikada qeyd olunub. Artıq virus 1 min insanın həyatına son qoyub. Virusun yayılması davam edir. Hal hazırda virus Qvineya, Syerra-Lione və Liberiya ölkələrində şiddətlə yayılır.

Ümumdünya Səhiyyə təşkilatı virusla ciddi mübarizə edir — Afrikaya mütəxəssislər, dərmanlar, humanitar yardım və s. göndərilir.

Virus insanlara vəhşi heyvanlardan (adətən donuzlardan, meymunlardan, yarasalardan) onların qanı, orqanları, ifrazatları ilə təmasda olduqda keçir və daha sonra insanlar arasında yayılır.


Ardı →

Parkinson- titrəmə xəstəliyi

Titrəmələr insanın iradəsi xaricində olan incə ritmik hərəkətlərdir ki, bu hərəkətlər ən çox əl və baş bəzən isə ayaq nahiyələrində özünü göstərir. Titrəmələr genetik olur və səbəbi dəqiq bilinmir.
Bəzən titrəmələr çox az olduğu üçün normal vəziyyətdə görülməsə də su ilə dolu bir stəkan götürdükdə bu titrəmə açıq hiss olunur.
Titrəmələrin ən önəmli səbəbi kimi mərkəzi sinir sisteminə təsir edən xəstəliklər və ya dərmanlar göstərilir. Ən çox rast gəlinən titrəmə xəstəliyi isə əsasən yaşlılarda olan Parkinson xəstəliyidir.
Qaraciyər çatışmamazlığı, alkoqolizm və ya civə zəhərlənməsi də titrəmələrə səbəb ola bilər. Gənc yaşlarda titrəmələrə səbəb isə əsasən alkoqolizim, kofein və stress ola bilər.


Davamı →

Əyriboyunluq

Doğuş zamanı uşağın boynu böyük gərginliyə (xüsusilə doğuş ağır keçdikdə, ginekoloji maşalardan istifadə olunanda və s.) məruz qalır. Bunun nəticəsində uşaqda əyriboyunluq əmələ gələ bilər.

Nadir hallarda əyriboyunluq uşaqda ana bətnində olarkən formalaşır.

Əyriboyunluğun ilkin əlamətləri artıq uşaq həyatının 2-ci həftəsində özünü büruzə verir. Uşağın başı qeyri təbii olaraq daim yan tərəfə əyilir, boynunun bir tərəfi o birinə nisbətən qısa olur. Uşağın başı həmişə bir tərəfə doğru çevrilmiş olur. Başı digər tərəfə çevirməyə cəhd göstərildikdə isə, körpə narahatlıq nümayiş etdirərək ağlayır.

Əyriboyunluğun səbəbi başı önə əyən əzələnin patologiyasıdır. Bu zaman, qan təchizatının pozulması nəticəsində zədələnmiş əzələ qısalaraq yığılma qabiliyyətini itirir. Əyriboyunluq zamanı uşağın sifətində asimmetriya da inkişaf edir — üzün sağlam tərəfi o biri (xəstə) tərəfindən iri olur. Uşağın yanaqlarında asimmetriya daha aydın hiss olunur — bir yanaq digərindən böyük görünür.
Ardı →