Anama

Əzəldən bu dünyaya gəlmişəm oğru kimi:
Yuxunuzu çalmışam, çəkdiniz keşiyimi.
Bəslədiniz çiçək tək, məhəbbət verib mənə.
Mən də vərdişkar kimi qayğı verdim əvəzə.

«Mən kiməm ki?» soruşdum — adi yuxu oğrusu.
Bir oğru ki, həmişə çəkilibdir qayğısı.
Bir oğru ki, heç zaman bilməyib kədər nədir.
Bir oğul ki, qartallar çiyinlərdə bəslədi.

«Mən kiməm k?» soruşdum — adicə şıltaq uşaq.
Bu uşağı böyüdür müdrik mələklər ancaq.
Pak ruhlu Mələklərin, mənə gələn Məvadan.
Sərvinə «ana» dedim, güclü olana — «ata».

Mələk ruhu əbədi. Mələklər Tanrı lütfü.
Məncə, olmur həyatda Mələklərin ad günü.
Tək bir gün yox: mən varkən, bir ömrümün boyunca
Ana, ata — mələkdir, mən də dəcəl balaca.

Neynək? — mən də beləyəm, bir ərköyün şıltağam.
Mövludu olan qadın — sən Tanrıdan ərmağan.
Varlığımın səbəbi, yaşamın niyəsisən.
Lap şeirdəki kimi — Tanrı hədiyyəsisən.

İsaya Tanrı deyib, Nəzarətdə insanlar.
Kitablarda yazılıb: Tanrının Anası var
Tanrı İsanı belə anasız buraxmadı:
Dərk etməyə acizik qüdrətini, ey qadın.

Ana — Rəbbdən mərhəmət, Tanrı bəxş etdiyidir.
Min əməl savabıyla Ana duası birdir.
Tanrı özü etmişsə belə uca yerini,
Bəlkə ana sevgisi yazılır savab kimi?

Bir iki qafiyəylə yazdım, kiçik təsəlli.
Yığışmışıq başına, şam -  pərvanə məsəli.
Başımın üzərində məğrur durur hürr adın
Uzaqlarda olsam da, Vətənim olan qadın.

Neçə yaşınsa olur, rəqəmlər bəhanədir.
İllərin qayğısını tort şamları nə bilir?
Daima məni qoru dərdlərimə yetənim,
Nə yaxşı ki doğuldun! Mübarəksən, Vətənim!

Cavidan Hacıyev
 

0 şərh