Anama

Əzəldən bu dünyaya gəlmişəm oğru kimi:
Yuxunuzu çalmışam, çəkdiniz keşiyimi.
Bəslədiniz çiçək tək, məhəbbət verib mənə.
Mən də vərdişkar kimi qayğı verdim əvəzə.

«Mən kiməm ki?» soruşdum — adi yuxu oğrusu.
Bir oğru ki, həmişə çəkilibdir qayğısı.
Bir oğru ki, heç zaman bilməyib kədər nədir.
Bir oğul ki, qartallar çiyinlərdə bəslədi.

«Mən kiməm k?» soruşdum — adicə şıltaq uşaq.
Bu uşağı böyüdür müdrik mələklər ancaq.
Pak ruhlu Mələklərin, mənə gələn Məvadan.
Sərvinə «ana» dedim, güclü olana — «ata».

Mələk ruhu əbədi. Mələklər Tanrı lütfü.
Məncə, olmur həyatda Mələklərin ad günü.
Tək bir gün yox: mən varkən, bir ömrümün boyunca
Ana, ata — mələkdir, mən də dəcəl balaca.

Neynək? — mən də beləyəm, bir ərköyün şıltağam.
Mövludu olan qadın — sən Tanrıdan ərmağan.
Varlığımın səbəbi, yaşamın niyəsisən.
Lap şeirdəki kimi — Tanrı hədiyyəsisən.

İsaya Tanrı deyib, Nəzarətdə insanlar.
Kitablarda yazılıb: Tanrının Anası var
Tanrı İsanı belə anasız buraxmadı:
Dərk etməyə acizik qüdrətini, ey qadın.

Ana — Rəbbdən mərhəmət, Tanrı bəxş etdiyidir.
Min əməl savabıyla Ana duası birdir.
Tanrı özü etmişsə belə uca yerini,
Bəlkə ana sevgisi yazılır savab kimi?

Bir iki qafiyəylə yazdım, kiçik təsəlli.
Yığışmışıq başına, şam -  pərvanə məsəli.
Başımın üzərində məğrur durur hürr adın
Uzaqlarda olsam da, Vətənim olan qadın.

Neçə yaşınsa olur, rəqəmlər bəhanədir.
İllərin qayğısını tort şamları nə bilir?
Daima məni qoru dərdlərimə yetənim,
Nə yaxşı ki doğuldun! Mübarəksən, Vətənim!

Cavidan Hacıyev
Davamı →

Analar üçün ad günü mesajları

  • Bu gün onlar bu dünyada cənnətdən gələn ən yaxşı mələyə hamilə qaldılar və o, mənim gözəl anam oldu. Sizi təqdir edirəm. Ad günün mübarək, ana.
  • Nə qədər səylə cəhd etdiyim, nə etdiyim problem yoxdur. Mənim üçün etdiyiniz hər şeyə görə dəyər verdiyim məbləği sizə vermək seçimim heç vaxt ola bilməz. Sən mənim müqəddəsimsən; sən mənim gücümsən. Sizi xüsusi ad gününüz münasibətilə təbrik edirəm Ana!
  • Bir az ah çəkmədən bizim üçün nə qədər deyilməmiş tövbələr etdin. Ay ana, Allah sənə yüz il ömür versin!
  • İnanıram ki, sizi inanılmaz bir gün və böyük bir il gözləyir. Ad günün mübarək əziz anam

Davamı →

Anaya aid ad günü mesajları

Anaların ad günü ilə bağlı ən gözəl, duyğusal təbrik mesajlarını bir yerə toplamışıq. Ana ad günün mübarək yazılı şəkilləri saytımızdan əldə edə bilərsiniz.
Ən gözəl doğum günü mesajları, ana haqqında gözəl sözlər, anaya ad günü göndərməyiniz üçün gözəl təbrik yazılı şəkilləri telefonunuza endirərək Whatsapp statusda da paylaşa bilərsiniz.

Davamı →