Allahım....

Hər zaman, hər insan möhtacdır Sənə,
Dünyanı yaradan, quran da Sənsən.
Günahkar hər zaman səhv etsə,yenə
Tövbəsin eşidib, duyan da Sənsən.

Elə rəhimlisən, Rəhmansan Tanrım,
Tərifə inan ki, sözlər də çatmaz.
Sən elə varlıqsan, nursan Allahım,
O nura sığınan zülmətdə qalmaz.

Eşidib bəndənin dualarını,
Sən hər bir quluna ruzi verirsən.
Mömin insanların hər zamanını
İbadətə doğru yönləndirirsən.

Şükürlər etməkçün hər günümüzə,
O qədər səbəblər yaşatmısan Sən.
Sadiq qalmaq üçün öz dinimizə,
Rəsuli Əkrəmi yaratmısan Sən.

Nə olar rəhm eylə,duy bizi tanrım,
Qəlbimizdə hər an iman dayansın.
Möminə səbr ver, Cənnət bəxş eylə,
Kafirlər cəhənnəm odunda yansın.
 

0 şərh