Səni sevirəm...

Səni nə gündüzlər, nə də gecələr,
Səni hər günümdə gözləyəcəyəm.
Səni nə payızda, nə də ki, yazda
Gələn hər fəsildə gözləyəcəyəm.

Səni nə qəlbimlə, nə də ruhumla,
Bütün varlığımla bil, sevəcəyəm.
Səni nə indi, nə də ölüncə,
Mən səni əbədi çox sevəcəyəm.
sevgili

Səni nə unutdum, nə xatırladım,
Sən ki, daim mənim düşüncəmdəsən.
Səni nə axtardım, nə də ki, tapdım
Sən hər an mənim ürəyimdəsən.

Müəllif özüməm- Fidan Yusupova

 

3 şərh

Shabnam_Ilham
Maraqlı və gözəl şeir idi, yaradıcılığınızda sizə uğurlar :)
Muza
Axırıncı misra düşmür ritmə.Amma şer təbiidir.
doYwanka
qeweng se'rdi. ellerine saglik )