Mənim ürəyimcəsən!

Soruşsan ki, söylə nədir
Səni mənə sevdirən?
necə verim cavabını,
Heç bilmirəm necə mən
Deyirəm ki, bahardan xoş,
Gül-çiçəkdən incəsən.
Bircə bunu bilirəm ki,
Mənim ürəyimcəsən!

Heç bilmirəm sualını
Hara, hara mən yozum?
Əgər mən səmayamsa,
Sənsən ayım, ulduzum
Bülbüləmsə, mən ötərəm
Bu çəməndə səninçün
Sən mənimçün yaranmısan,
Mən də, mən də səninçün.

Uca-uca bir dağamsa,
Zirvəmdəki qarımsan.
Mən bir bağlı qıfılamsa,
Sən mənim açarımsan.
Demirəm ki, bahardan xoş
Gül-çiçəkdən incəsən.
Bircə bunu bilirəm ki,
MƏNİM ÜRƏYİMCƏSƏN!


Bəxtiyar Vahabzadə 
 

5 şərh

soni_memmedzade
əllərinə sağlıq.gözəl yazıb.Allah .airə də rəhmət etsin.Təşəkkürlər.
rezerv
Necə gözəl duyğularını qəlbə oxşayan sözlərlə ifadə edir. Ümumiyyətlə,sevgini ifadə etməyə çalışan insan məncə,sevgməyi,sevginin nə olduğunu bilmir. Çünki, sevgi ifadə olunmaz,yazılmaz və s. onu sadəcə dildə də deyil,yalnız yaşadaraq sübut etmək mümkündür və gözəldir.
soni_memmedzade
sənə elə gəlir ay rezerv sevməsə insan ürəkdən dilə heç nə gəlməz.insanın dilinə güc verən ürəkdir.
rezerv
Düzdür. Həqiqətən cox gözəl şeirdir.
Medikamentoz
Şeir də ürəyimcə oldu.