Rusiyada marksizmin yaranması

Öz vəziyyətlərini yaxşılaşdırmaq uğrunda fəhlələrin mübarizəsi tədricən özlərini «sosialist» adlandıran dərnək və təşkilatların diqqətini cəlb etmişdir. «Sosializm» termini fransızca olub tərcüməsi «ictimai» («общественный») deməkdir. XIX əsrin sonlarında Rusiyada ictimai fikri əhatə edən iki əsas sosialist axın mövcud olmuşdur. Birinci cərəyanı təmsil edən xalqçılar kapitalizmi qəbul etməyərək kəndlilərin sosialist instinktinə əsaslanaraq bütün proqram və çağırışlarını kəndlilərə yönəltmişdi.
İkinci cərəyan marksistləri təmsil edirdi ki, onlar da diqqətini tamamilə fəhlələrə yönəltmişdi. Rusiyada kapitalist dəyişikliyinin qaçılmaz olduğunu qəbul edən marksistlər bunun fəhlə sinfinin (proletariatın) artmasına və əsas ictimai qüvvəyə çevrilməsinə şərait yaradacağına inanırdılar. Öz hüquqlarını müdafiə etmək məqsədilə «muzdlu qullar» («наемные рабы») kapitalist istismarının mexanizmini başa düşməlidir. Onlar birləşərək nifrət etdikləri kapitalist zülmünü devirib ədalətli sosialist cəmiyyəti qurmalıdır.
Fəhlələri ictimai mübarizə ilə məşğul olmağı həyatlarının əsas işi hesab edən peşəkar siyasətçilər maarifləndirməli idi. Sosialist partiyaları və dərnəklərinin liderlərinin böyük əksəriyyəti mənşəyinə görə fəhlə sinfinə mənsub olmamışdır. Onların çoxu yaxşı təminatlı firavan ailələrdən çıxmışdı. Marksistlərin əsas nəzəriyyəçisi Almaniyadan olan iqtisadçı Karl Marks (18181883) idi. XIX əsrin ortalarında Karl Marks dünyanın inqilabi dəyişdirilməsi nəzəriyyəsini hazırlamışdı. İnsanların iqtisadi və ictimai həyat şəraitinin öyrənilməsi ilə məşğul olan Marks belə bir nəticəyə gəlmişdi ki, ictimai həyat forması iqtisadi şəraitinin yekunudur. O, Tanrı iradəsi ilə deyil, insanların marağı, dövlət siyasəti, təbii şəraitlə müəyyən edilən qanunauyğun və təbii-tarixi prosesdə istehsal vasitələrinin istifadəsi xarakteri, onun termini ilə «is-tehsal münasibətləri» («производственные отношения») nəzəriyyəsini irəli sürmüşdür. Əlavə dəyərin mənimsənilməsi müasir kapitalist dövlət quruluşunun mahiyyətini müəyyən edir — yekunu K.Marksın gəldiyi son nəticə idi.
 
Marks təsdiq etmişdir ki, mülkiyyət formasını dəyişərək istehsal vasitələrinin xüsusi sahibkarlığını ləğv edərək onu kollektivə (zəhmətkeşlərə) verməklə onların həyat şəraitini dəyişmək mümkündür. Marks konkret adamlar deyil, böyük ölçüdə «bəşəriyyətin taleyi» («судьба человечества») maraqlandırırdı. 1867-ci ildə Marks özünün «Kapital» əsərinin birinci cildini çap etdirmişdir ki, burada kapitalizmin inkişafını hərtərəfli təhlil edərək onun inqilabi yollarla sosializmlə əvəz edilməsi zərurətini göstərmişdir.
Marks, eyni zamanda «ictimai-iqtisadi formasiya»nın elmi nəzəriyyəsini hazırlamışdır. Ona görə tarixin hər bir mərhələsində cəmiyyətin həyatı bir çox parametrlərlə, əsasən də, istehsal vasitələri ilə səciyyələnir. İstehsal münasibətləri hər bir formasiyanın mahiyyətini təşkil edir. Formasiyaların ardıcıllığı yeni istehsal qüvvələri ilə köhnəlmiş istehsal münasibətləri arasındakı ziddiyyət meydana çıxması ilə müşayiət olunur. Bir ictimai-iqtisadi formasiyadan başqasına keçilməsi «tarixi ziddiyyəti» («историческое противоречие») kənarlaşdıran sosial inqilab — «inqilabi sıçrayış» («революционный скачок») vasitəsilə baş verir.

Bəşəriyyət tarixində K.Marks beş ictimai-iqtisadi formasiya müəyyən etmişdir: icma-tayfa quruluşu, quldarlıq, feodalizm, kapitalizm və kommunizm.
Marksa görə, sonuncu antaqonist formasiya olan kapitalizmi ictimai əməyin kollektiv forması ilə xüsusi mülkiyyətin arasında olan ziddiyyətdən azad olmuş kommunizm əvəz etməlidir. Marks ictimai şəraiti zor gücünə, yəni, inqilabi yolla dəyişdirmək tərəfdarı kimi inqilabçı olmuşdur. Belə ki, kapitalistlər könüllü olaraq öz hakimiyyətindən əl çəkmədikləri üçün onları devirmək lazımdır. Bu məqsədlə ictimai dəyişikliyin lokomativi olan, icitmai mübarizənin önündə yer alan partiya yaratmaq, proletariatın qabaqcıl dəstələrini təşkil etmək vacibdir.
İngiltərədəki Mançestr böyük ticarət-sənaye mərkəzinin varisi, fabrik sahibinin oğlu Fridrix Engels (1820-1895) K.Marksın çoxillik dostu və həmfikiri olmuşdur. İnqilabi məqalə və kitablar yazmasına baxmayaraq, onun proletariat qarşısında əsas «xidməti» uzun illər kapitalist — sahibkar kimi qazandığı pullarla Marksın böyük ailəsinə baxmaq olmuşdur. Dünya proletariatının rəhbərini bu heç də pərt etməmişdir. Əlavə gəliri, yəni fəhlələrin əməyinin ödənilmədiyi hissəsini «həyasızlıqla mənimsəyən» kapitalistlərdən fərqli olaraq Engels «mənimsəməyərək» onu qanuni yolla alıb dünya proletariatının azad olunmasına sərf etmişdir.
1848-ci ildə Marks və Engels Londonda «Kommunist Partiyasının Mani-festi» kitabçasını çap etdirmişdir. Kitabçada «kapitalizmin qəbirqazanı» («могильщик капитализма») proletariatın təntənəsinin labüdlüyündən qabaqcadan xəbər verilirdi: «Avropada kabus dolaşmaqdadır, bu kommunizm kabusudur» («Призрак бродит по Европе призрак коммунизма»).
Artıq XIX əsrin ortalarında Avropanın müxtəlif ölkələrində özlərini «mark-sist-sosialistlər» elan edən qrup və dərnəklər meydana gəlmişdir. Rusiya kapitalizmin qalib gəldiyi ölkələr sırasına daxil olmadığı üçün inqilabçı demokratların nəzəriyyələrində gələcək inqilabın aparıcı qüvvəsi kəndlilər hesab edilirdi. XIX əsrin 70-ci illərinin əvvəllərində rus sosialistləri arasında marksizmin təsirinə ən çox öz ideya və baxışlarını xarici ölkələrin mühacir qəzet, jurnal, kitab və kitabçalarda inkişaf etdirən M.A.Bakunin, P.L.Lavrov və P.N.Tkaçov kimi ilk rus marksistləri məruz qalmışdır. Birinci rus marksistlərinin «inqilabi aydınlatma» («революционные озарение») məzmunlu çap məhsulları Rusiyada yayıldıqdan sonra ziyalılar və təhsil alan gənclər içərisində Marks və onun nəzəriyyəsinə maraq yaranmışdır.
Rusiyada birinci marksist dərnəkləri 1875-ci ildə yaranmış Odessadakı «Cənubi Rusiya Fəhlə İttifaqı» («Южнорусский Союз Рабочих») və 1878-ci ildə yaranmış Peterburqdakı «Şimali Rus Fəhlə İttifaqı» («Северный Союз Рабочих») olmuşdur. Lakin bu təşkilatlar nə fəhlələrə, nə də ölkədəki siyasi şəraitə əsaslı təsir göstərə bilmişdir. Rus marksistlərin görkəmli nümayəndəsi, 1883-cü ildə İsveçrənin Cenevrə şəhərində «Əmək Azadılığı» qrupunun təşkilatçısı və rəhbəri inqilabçı, marksizmin istedadlı təbliğatçısı və nəzəriyyəçi Georgi Valentinoviç Plexanov (1856-1918) olmuşdur. Zadəgan ailəsində doğulmuş G.Plexanov gimnaziyanı bitirdikdən sonra Peterburq Mədən İnstitutunun tələbəsi olarkən xalqçılıq hərəkatına qoşulmuş, 1876-cı ildə «Torpaq və Azad-lıq» təşkilatına daxil olmuşdur. Tezliklə İnstitutu ataraq peşəkar inqilabçıya çevrilmişdir. 1879-cu ildə «Çornı Peredel» xalqçılıq təşkilatının rəhbəri olmuş, 1880-ci ildə xaricə gedərək yalnız 1917-ci il Fevral inqilabından sonra Rusiyaya qayıtmışdır. Marksın və Engelsin əsərlərini dərindən öyrənməsi, Qərbi Avropa proletariatının mübarizəsi ilə tanış olması sayəsində G.Plexanov möhkəm əqidəli marksist oldu, xalqçılıqla əlaqəni kəsdi və onların əsl tənqidçisi oldu.
«Əmək Azadlığı» qrupu və ona daxil olan 10 nəfərə yaxın keçmiş xalqçı özlərinin əsas vəzifəsini Marks və Engelsin əsərlərini Rusiyada yaymaqda, marksizmin ideyalarını təbliğ etməkdə görürdülər. Marksın və Engelsin əsərlərini rus dilinə tərcümə etməklə bərabər, G.Pexanov «Bizim ixtilaflarımız» adlı əsərində rəqəmlər və faktlar əsasında sübut edirdi ki, Rusiyada kapitalizm artıq qalib gəlmişdir və inqilabçıların vəzifəsi kapitalizmin meydana gətirdiyi ziddiyyətlərdən xalqın azadlığı uğrunda mübarizədə istifadə etməkdir. Xalqçıların kəndli icmasına bəslədikləri ümidlər həyata keçə bilməz. Mütləqiyyətə və kapitalizmə qarşı azadlıq mübarizəsində proletariatın rəhbər rolu haqqındakı müddəanın sübut edilməsinin çox böyük əhəmiyyəti olmuşdur. Plexanov proletariatı təşkil etməyi, onun mübarizəsinə başçılıq etməyi və qarşısındakı inqilabda qələbəni təmin etməli olan fəhlə partiyasını yaratmağı irəli sürdü. Öz ideya baxışlarında «sinfi əxlaqı» təcəssüm etdirməsinə baxmayaraq G.V.Plexanov Birinci Dünya Müharibəsi illərində milli hisslərinə söykənərək «Vətənin müdafiəsi» çağırışı ilə çıxış etmişdir.
 
Vladimir Ulyanov

Vladimir İliç Ulyanov (1870-1924) Simbirsk (Ulyanov) quberniya şəhərində zadəgan ailəsində doğulmuşdur. Atası riyaziyyat müəllimi olan İ.N.Ulyanov quberniya xalq məktəbində təlimatçı, sonra direktor işləmiş, ordudakı generalmayor rütbəsinə bərabər olan yüksək həqiqi ştats müşavir xidməti rütbəsinə sahib olmuşdur. Anası M.A.Blank İsveçdən Rusiyaya yerləşmiş sahibkar ailəsindən idi.
1879-cu ildə Simbirsk Gimnaziyasına daxil olan Vladimir Ulyanov 1887-ci ildə gimnaziyanı bitirmişdir. Atası vəfat etdikdən bir il sonra, 1887-ci ilin yazında böyük qardaşı Aleksandrı çar III Aleksandrın həyatına sui-qəsdin təşkilatçısı kimi həbs edərək edam etdilər. Vladimir dövlət cinayətkarının qardaşı olmasına baxmayaraq, təqibə məruz qalmamış, gimnaziyanı bitirdikdən sonra Kazan Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. İstedad sahibi olan gənc adam iti ağlı və yaddaşı sayəsində tez bir zamanda alman və fransız dillərini öyrənmişdir. Uşaqlıq illərindən Rusiyanı sevməyən Vladimir onun tarixinə maraq göstərmir, Tanrıya inanmırdı. Onu daha çox böyük və mühüm hadisələrin baş verdiyi Qərbi Avropa ölkələrinin tarixi maraqlandırırdı. Rusiyada isə onu yalnız hakimiyyətə qarşı çııxşlar cəlb edirdi. Rus mədəniyyətinin tarixinə kifayət qədər bələd olmayan V.Ulyanov görkəmli rus yazıçı və şairləri — Puşkin, Lermontov, Qoqol, Turgenev, Dostayevski kimi mütəfəkkirlərin yaradıcılığı ilə az tanış idi. Onun ağlı və qəlbində əsas yeri Belinski, Gertsen, Dobrolyubov, Pisarev, xüsusilə Çernışevski kimi dahilər tutmuşdur. Onların əsərlərində Rusiyanın əleyhinə, ölkənin ictimai və siyasi quruluşuna çoxlu tənqid və qəzəbin şahidi olmuşdur.
Universitetdə təhsilə başladığı ilk vaxtdan etibarən V.Ulyanov Rusiyanın, onun bütün ictimai və siyasi quruluşunun əqidəli düşməninə çevrilmişdir. O, inqilab tərəfdarı olaraq ətraf dünyanı güc vasitəsilə dağıtmağı nəzərdə tuturdu. Universitetdə Vladimir Ulyanov Marksın inqilabi ideyalarını təbliğ edən ən fəal tələbələrdən biri olmuşdur. «Kapital» əsərinin birinci cildi ilə də tanış olan Vladimir marksizm nəzəriyyəsində inqilabın əsaslandırılması zərurətini görərək inanırdı ki, ictimai quruluşu zor gücünə məhv etmək mümkündür.
Universitetə daxil olduqdan sonra inqilab ideyası ilə silahlanmış bir neçə həmfikrin öz ətrafına toplayan V.Ulyanov oxumaq yerinə universitet və ölkədəki qaydaları müzakirə və mühakimə etməklə məşğul olmuşdur. 1887-ci ilin dekabrnda onlar universitetdə tələbə yığıncağı (сходка) təşkil etdilər. Daxili qaydaları pozduqları və dövlətin əleyhinə fəaliyyət göstərdikləri üçün yığıncağın rəhbərlərini universitetdən xaric etdilər. V.Ulyanova Kazan quberniyasının yaxınlığındakı Kokuşkino ana mülkində yaşamağa icazə verdilər. Bir neçə aydan sonra ona Kazana qayıtmağa icazə verdilər, lakin Kazan Universitetinə qəbul etmədilər. Tezliklə Ulyanovlar ailəsi Samaraya köçdü. 1891-ci ildə Ulyanov ekstern yolu ilə, təhsil almadan Peterburq Universitetinin hüquq fakültəsinə imtahan verərək diplom aldı və Samarada andlı müvəkkilin köməkçisi (vəkili) vəzifəsində işə başladı. Məhkəmədə xırda cinayət işlərinə baxan Vladimir Ulyanov demək olar ki, onların hamısını uduzurdu. Lakin bu onu az narahat edirdi. Çünki inqilabdan başqa onu heç bir şey maraqlandırmırdı.
Özünü tamamilə gizli fəaliyyətə həsr edən V.Ulyanov gənclər yığıncağının daimi iştirakçısı olaraq gələcək ictimai inkişafın müzakirəsində fəal rol oynamışdır. Gənc Ulyanov qəti olaraq əmin idi ki, bütün Rusiya və bəşəriyyətin gələcəyi sosialist (kommunist) yoluna işıq açan fəhlə sinfinə mənsub olur. Bunun üçün fəhlə sinfi marksizm nəzəriyyəsi ilə silahlandırılmalıdır. Növbəti bir vəzifə kəndlilərin inqilabçılığına dair illüziyalardan azad olmaq məqsədilə xalqçıların baxışlarının «ifşa» edilməsindən ibarət olmuşdur ki, o, ilk məqalələrini buna həsr etmişdir.
1893-cü ildə Peterburqa gələn Vladimir Ulyanov paytaxtın marksist dər-nəkəri ilə yaxınlaşır, 1895-ci ilin əvvəllərində xaricə gedən Vladimir Avropa sosialistləri və G.V.Plexanovla tanış olur, marksist ədəbiyyatın çapı və Rusiyaya göndərilməsinə dair razılıq əldə olunur. Tezliklə Peterburqa qayıdan V.Ulyanov gizli şəraitdə «Fəhlə sinfinin azadlığı uğrunda mübarizə ittifaqı» («Союз борьбы за освобождение рабочего класса») yaradır. Yüz nəfərə kimi adamı birləşdirən ittifaq Peterburqun zavod və fabriklərində təbliğat aparmaq məqsədilə marksist partiyanın rüşeymi kimi meydana gəlmişdir. «İttifaq»ın tətillərlə əlaqədar olaraq fəhlələrin vəziyyətindən bəhs edən bir neçə vərəqələri yayılmışdı ki, burada da təkcə iqtisadi tələblər deyil, xüsusilə V.Ulyanovun tərəfdarı olduğu siyasi tələblərin də irəli sürülməsindən bəhs olunurdu.1895-ci ilin dekabrında hakimiyyət «İttifaq»ın üzvlərini həbs etdi, Ulyanovu məhkəmə üç il müddətinə Krasnoyarsk şəhərinin yetmiş kilometrliyindəki Sibirin Şuşenskoye kəndinə sürgün etdi. Sürgündə olanlar aylıq yaşamaq üçün dövlət hesabına vəsaitlə təmin olunduğuna görə Vladimir Ulyanov heç bir maddi sıxıntı çəkmədən vaxtını mütaliə, qəzet və kitabların yazılması, gəzinti və başqa sürgündə olan insanlarla müzakirələrdə keçirirdi. 1900-cü ilin başlanğıcında sürgün müddəti başa çatdıqdan sonra V.Ulyanov xaricə səfər edərək fasilələrlə 1917-ci ilin yazına kimi orada yaşamışdır.
1901-ci ildə o birinci dəfə «Lenin» təxəllüsünə imza ataraq tarixə bu adla daxil olmuşdur. Ulyanov Lenin Krasnoyarsk diyarında olduğu bir vaxtda, 1898-ci ilin martında Minskdə toplanmış sosialistlərin qurultayı Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) («Российской Социал Демократической Рабочей Партии») yarandığını elan etdi. Qurultayda imperiyanı təmsil edən cəmi 9 nümayəndə iştirak edirdi ki, onlar da ayrı-ayrı marksist dərnəkləri təmsil edirdilər. Qurultay iştirakçılarının heç biri fəhlə sinfinə mənsub olmasa da, onun adından çıxış edirdi. Qurultay iştirakçıları elan etdikləri «Manifest»də birinci növbədə duran vəzifə xalqa azadlıq əldə etmək məqsədilə mütləqiyyətin devrilməsi oldu. Burjuaziya üzərində qələbə çalınması, hakimiyyətin proletariata keçməsi və sinifsiz cəmiyyət yaradılması qarşıda duran növbəti vəzifələr idi. «Manifest» yaxınlaşan inqilabda həlledici rolun fəhlə sinfinə mənsub olduğunu təsdiq etdi. Qəbul edilmiş təşkilati nizamnaməyə görə, partiyanın ali orqanı qurultay, cari fəaliyyətə isə Mərkəzi Komitənin (MK) rəhbərlik etdiyi ifadə edilmişdi. Qurultayın işində beş yerli sosial-demokrat təşkilatının nümayəndəsi iştirak etmişdir ki, tezliklə onlar həbs olunmuş, yenicə bəyan edilmiş partiya fəaliyyətə belə başlamağa imkan tapmamışdır.

XIX əsrin sonunda səpələnmiş sosial-demokrat dərnəklərini birləşdirmək məqsədilə 1900-cü ilin payızında «İskra» qəzetini çap etməyə başladılar. Bir neçə min nüxsədən ibarət nəşr edilən qəzetin redaksiya heyətinə V.İ.Lenin, G.V.Plexanov, Y.O.Martov, A.N.Potresov, V.İ.Zasuliç və P.B.Akselrod daxil olmuşdur. Tezliklə redaksiya heyəti üzvləri arasında ideya parçlanması baş verdi. Lenindən başqa bütün üzvlər nəzəriyyə və praktikada Qərbi Avropa («reformizm») sosialist ənənəsinə əsaslanan rus sosial-demokratiyasının menşevik cərəyanının liderlərinə çevrildilər. Menşeviklərin içərisində Rusiyanın qocaman marksisti G.V.Plexanov xüsusi nüfuz sahibi idi.
Lenin radikal sol ideyalarla silahlanmış Rusiya sosial-demokratlarının bolşevik qanadının rəhbəri kimi inqilabın zəruri və labüd olduğunu, yalnız proletariata istinad edilməsini, hökmən proletariat diktaturasının bərqərar olmasını, bütün istismarçıların amasızcasına məhv edilməsini nəzərdə tuturdu. Simbirskdən nəslən zadəgan ailəsindən olan V.İ.Ulyanovun üzərinə Rusiya tarixində mühüm rol oynamaq vəzifəsi düşmüşdür. Sözsüz, istedadlı, zəka sahibi olan bu insan Rusiya siyasi səhnəsinin fiqurları arasında öz dünyagörüşü və əqli potensialına görə çoxlarına uduzurdu. Lakin onlardan fərqli olaraq məhz Lenin milyonlarla adamın taleyini həll edərək böyük ölkənin sahibi kimi XX əsr dünya tarixinin gedişinə əsaslı istiqamət vermişdir. Onun gücü bundan ibarət idi ki, o «öz vaxtında öz yerində olmuşdur» («в свое время и на своем месте»).
Filosof N.A.Berdyayev qeyd etmişdir ki, «Hər şeydə totalitarizm — həyata inqilabi münasibətin əsas əlamətidir» («Тоталитарность во всем — основной признак революционного отношения и жизни»). Bu «inqilabçı formulu» tam olaraq Leninə aid etmək olar. Bütün ətraf mühit, mədəniyyətin zəngin nailiyyətləri, bəşəriyyətin bütün çoxtərəfli mənəvi sərvətlərindən öncə onu yalnız «proletar inqilabının» labüdlüyünün əsaslandırılması maraqlandırırdı. Bu ideyası yolundakı arzusuna fanatik bağlılığı Lenini darıxdırıcı və uğursuz adam edirdi. Əhəmiyyətsiz hüquqşünas, köməksiz natiq, xoşbəxt olmayan ailə başçısı, «ardıcıllarından» başqa dostlarının olmaması, ikinci Dövlət Duması seçkilərindəki fərasətsiz iştirakı, sonsuz maddi çətinliklər kimi məsələlər onu psixoloji cəhətdən məhv olmaq dərəcəsinə çatdıra bilərdi. Lakin Lenini yox. Çünki onunla axıra kimi həyatının böyük hissəsini sərf etdiyi yeganə ehtirası olan inqilab qalmışdır. O inqilab və inqilablar naminə yaşamışdır.
 
Lenin adamlar və dünyaya dair Vətən və xarici radikal sələflərinin baxışlarını nəzəri cəhətdən proletar əxlaqı və mədəniyyəti baxımından inkişaf etdirməklə kifayətlənməyərək bənzəri olmayan insanlıq əleyhinə eksprementin təşəbbüskarı kimi totalitar zor gücünə «gələcək cəmiyyəti», «sosializm şəx-siyyətini» yaratmışdır. Lakin bu eksperimentin qiyməti, etnomədəni aləmin əxlaqi və psixoloji pozuntusu, insan və maddi itkisi o qədər böyükdür ki, «Leninin hesabına ödəmələr» («плата по Ленинским счетам») Rusiyanın həyatına hələ hüdudsuz uzun müddət təsir göstəcək.
Bir çoxu Lenini «dahi», «böyük nəzəriyyəçi», «əyilməz inqilabçı», «Mark-sın işinin parlaq davamçısı» adlandırmışdır. Başqa biriləri üçün o «yırtıcı», «qırmızı şeytan», «fanatik», «idealist», «cani», «böyük xəyalpərəst» idi. Bu əlamətlərin hər birini az və ya çox dərəcədə ona aid etmək mümkündür.
Əgər Leninin tarixi obrazına metaforik nöqteyi-nəzərdən qiymət verməyə cəhd edilsə, onu qara dahi kimi səciyyələndirmək olar. XX əsrin əvvəllərində sol qanadın əsas liderinə çevrilmişdir.
1903-cü ilin yayında Brüssel və Londonda RSDFP-nin ikinci qurultayında partiyanın proqramı qəbul edilmişdir. Mütləqiyyətin devrilməsi, xalq hakimiyyətinin bərqərar olması, vicdan, söz, mətbuat, yığıncaq, tətil, mitinq azadlıqları, bütün xalqların öz müqəddəratını təyin etməsi hüququ, daimi ordunun xalqın ümumi silahlanması ilə əvəz olunması, kilsənin dövlətdən, məktəbin kilsədən ayrılması proqramın əsas maddələrini təşkil etmişdir.
Fəhlə məsələsində 8 saatlıq iş günü, normadan əlavə işlərin, gecə növbəsinin və 16 yaşına çatmamış yeniyetmələrin əməyindən istifadə edilməsi qadağan olunur, bütün müəssisələrdə sanitariya nəzarəti qoyulur, pul cərimələri ləğv edilirdi.
Aqrar sahədə proletariat partiyasının liderləri ödənc haqqının ləğv olunmasını, onlardan alınmış ödənc və töycü haqqının qaytarılmasını nəzərdə tuturdu. Proqramda birbaşa qeyd edilmişdi ki, nəzərdə tutulmuş siyasi və sosial dəyişikliyi yalnız mütləqiyyəti devirərək bütün xalq tərəfindən Müəssisələr Məclisini çağırmaq yolu ilə əldə etmək mümkündür.

İkinci qurultayda sosial-demokratların bolşeviklərə və menşeviklərə parçalanması partiyanın üzvlüyü haqqında məsələnin müzakirəsi nəticəsində meydana çıxmışdır. Lenin başda olmaqla çoxluq partiyanın təşkilatlarının birində çalışanların partiya üzvü ola bilməsinə qarşı, azlıq Y.O.Martov başda olmaqla partiyaya daim kömək edən hər bir kəsin üzv olmaq formulunu irəli sürmüşdür. Partiyanı gizli saxlama və ciddi intizama tabe etmək məqsədi daşıyan Leninin formulu daha çox səs toplamışdır. Faktiki olaraq, RSDFP adından çıxış etmələrinə baxmayaraq «bolşeviklər» və «menşeviklər» iki partiyaya parçalanmışdır. Hər iki fraksiya 1903-cü ildəki partiya proqramının «siyasi platformasını» qəbul etmələrinə baxmayaraq, onları birləşdirmək yolunda atılan addımlar heç bir nəticə vermədi. Hətta 1906-cı ildə Birləşdirici Qurultayda bolşeviklər menşeviklərin «torpaqların sosialistləşdirilməsi» tələbini qəbul etmələrinə baxmayaraq, strategiya və taktika sahəsindəki fərqlər onların bir-birindən uzaqlaşmasına səbəb oldu.

Onlar arasında olan əsas prinsipial fərqə görə bolşeviklər mübarizənin inqilabi formasına üstünlük verərək inanırdılar ki, Rusiyada reformator kursundan fərqli olaraq tez bir zamanda proletar inqilabı sayəsində sosializmə keçmək mümkündür. Burjuaziyaya qəti mənfi münasibət bəsləyən bolşeviklər onlarla kompromissin əleyhinə idi. Təqribi hesablamalara görə, 1907-ci ilin yazında bolşeviklərin 60 minə yaxın, 1917-ci ilin əvvəlində isə təqribən 20 min nəfər üzvü var idi.
Öz partiya yoldaşlarından fərqli olaraq menşeviklər belə hesab edirdi ki, burjuaziya azadlıq hərəkatının əsas hərəkətverici qüvvəsidir. Odur ki obyektiv şərait yetişmədiyi üçün proletariat hakimiyyətə can atmamalıdır. 1905-1907ci illər inqilabından sonra menşeviklər tədricən Qərbi Avropa tipli reformator məzmunlu partiyaya çevrilmişdi. Onlar ümumxalq inqilabını təbliğ edərək proletariatın aparıcı rolunu qəbul edir, ancaq qələbə çalınması şəraitində hakimiyyətin burjuaziyaya güzəştə gedilməsi tələb olunurdu. Fəhlələrə, liberal və kəndli hərəkatına əsaslanan menşeviklər RSDFP-ni ziyalılıq tipindən geniş fəhlə partiyasına çevirərək «peşəkar inqilabçıların» rolunu minimum səviyyəyə endirib, inqilabi hərəkatı idarə etmək işindən əl çəkib partiya fəaliyyətinin mərkəzini kütləvi təşkilatlar olan həmkarlar, koorperativlər, digər ictimai as-sosiassiyalara keçirmək məqsədi daşıyırdılar. Bundan əlavə, menşeviklər duma («легальный») və dumadankənar («нелегальный») fəaliyyətin eyni əhəmiyyətə malik olmasını qəbul edirdilər. 1907-ci ilin yazında menşeviklərin təqribən 500 min, 1917-ci ilin yazında isə xeyli az — 15 min nəfər üzvü var idi.
RSDFP-nin menşevik qanadının siyasi prinsipləri bolşevik liderləri, birinci növbədə V.İ.Lenin tərəfindən düşməncəsinə qarşılanaraq menşevikləri və menşevizmi amansız tənqid və çox halda şəxsi təhqir dərəcəsinə çatdırmışdı.
 
 
Müəllif: Tahir Baxşəliyev  
Mənbə: RUSİYA TARİXİ ƏN QƏDİM ZAMANLARDAN GÜNÜMÜZƏDƏK
 

0 şərh