Рейтинг
+24.96

Tarix və politologiya

16 üzv, 292 topik

"T" hərfi ilə başlayan tarix terminləri

taborçular (Çexiyadakı Tabor dağının adından götürülmüşdür) — feodallara qarşı çıxan husçuların daha inqilabçı hissəsi. Kəndlilər, şəhər yoxsulları, xırda sənətkarlar və din xadimləri, rıtsarların bir hissəsi taborçuların sırasına daxil idi. Onların baxışlarının əsasını ümumi bərabərlik və ədalətli dövlət haqqında təlim təşkil edirdi. Taborçular döyüşkən qoşun yaratdılar, hərbi taktika işləyib hazırladılar. 1434-cü ildə Lipani yaxınlığında mötədillər tərəfindən məğlubiyyətə uğrayan taborçuların ayrı-ayrı dəstələri 1437-ci ilə kimi feodal-katolik qüvvələrinə qarşı mübarizə apardılar.

tabu — mövhumatçı təsəvvürlərə görə, fövqəltəbii qüvvələrin baş verə biləcək hadisə üstündə cəzalandıra biləcəyi bu və ya digər hərəkətlərin icrası üçün qoyulmuş qadağa sistemi.


Davamı →

"Ş" hərfi ilə başlayan tarix terminləri

Şabran — Şirvanda orta əsr şəhəri və eyniadlı vilayətin mərkəzi. Əsası VI əsrdə qoyulmuşdur. Şirvanşahlar dövlətinin tərkibinə daxil idi. XVIII əsrin əvvəllərində osmanlılar tərəfindən   dağıdılmışdır. Şabranın xarabalıqları Quba şəhərindən 25 km cənub-şərqdə yerləşir.

şaduf — yüksəklikdə yerləşən tarlaları suvarmaq üçün suyu qaldırmaq vasitəsi. E.ə. II minilliyin ortalarında Qədim Misirdə ixtira edilmişdir. Şaduf yerə basdırılmış dirək və hərəkət etdirilən şüvüldən ibarət imiş. Onun bir başına daş, digər tərəfinə isə tuluq — dəri vedrə bərkidərmişlər.

şah («hökmdar», «ağa») — bir sıra Yaxın Şərq və Ön Asiya ölkələrində monarxın titulu. İlk dəfə Sasanilər dövlətində istifadə olunmuşdur.


Davamı →

"S" hərfi ilə başlayan tarix terminləri

sabotaj — işdən (sərəncamdan) yayınma və ya onun formal şəkildə yerinə yetirilməsi yolu ilə qəsdən pozulması.

Sadova — müasir Çexiyada şəhər; 1866-cı ildə Avstriya — Prussiya müharibəsində onun yaxınlığında general Moltkenin komandanlığı ilə Prussiya ordusu general Benedekin sərkərdəlik etdiyi Avstriya-Sakson ordusunu darmadağın etmişdi. Bu döyüş Prussiyanın Almaniyada başçılıq uğrundakı mübarizəsinin taleyini həll etdi. Avstriya 1866-cı ildə Praqa müqaviləsini bağlamaq məcburiyyətində qaldı. Həmin müqavilənin şərtlərinə görə, Almaniya ittifaqı buraxılırdı.


Davamı →

"R" hərfi ilə başlayan tarix terminləri

Ra — Qədim Misir mifologiyasında günəş tacı qoymuş şahinbaşlı Günəş allahı. Allahların çarı və atası kimi sitayiş edilir və Amon allahı ilə eyniləşdirilirmiş. Misirlilərin etiqadına görə, Ra hər gün qızıl qayıqda Yeri işıqlandıraraq səmavi Nil ilə üzür və qərbdə aşağı düşürmüş. Ra orada cəhənnəmə daxil olur, şər qüvvələrlə vuruşa-vuruşa yeraltı Nil ilə üzərək ertəsi gün yenidən səhər tezdən üfüqdə görünürmüş. Ra çar kimi dünyanın hakimi idi.

raca — ari qəbilələrinin tanınmış adamlarından seçilmiş başçı. Sonralar Hindistanda knyaz titulu.

rada (slav. "şura") — Ukrayna, Belarus, Litva, Rusiya və Polşada xalq yığıncaqlarının və silki-nümayəndəli orqanların tarixi adı.


Davamı →

"P" hərfi ilə başlayan tarix terminləri

pakt (lat. «pactum» — «saziş») — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.

paqoda (port. «paqoda», sanskr. «bhaqavat» — «müqəddəs»; hərfi mənası -«dəfinələr qülləsi») — buddizm dini əşyalarını saxlamaq üçün tikilir və memorial funksiya daşıyır, «müqoddəs yer» mənasını ifadə edir.

paleolit (yun. «qədim daş») — daş dövrünün birinci mərhələsidir. Paleolit 2 milyon il əvvəl — «bacarıqlı insan „ın meydana gəlməsi ilə başlanmış və e.ə. X minilliyədək davam etmişdir. Paleolit dövründə əvvəllər sürü şəklində yaşamış ən qədim insanlar yığıcılıq və ovçuluqla məşğul olmuş, sonralar isə od əldə etmişlər. Tədricən insanların həyatında dəyişikliklər baş vermişdir. 200 min il bundan əvvələ yaxın neandertal adamı (insanı), 40 min il əvvələ yaxın isə “ağıllı insan» meydana gəlmişdir. İnsanlar nəsli icmalarda yaşamağa başlamışlar.


Davamı →

"O" hərfi ilə başlayan tarix terminləri

obstruksiya — 1) parlament tərəfindən müxalif qrup üçün qeyri-məqbul hesab edilən qanun layihəsinin müzakirəsi və qəbulunu pozmaq məqsədi ilə keçirilən etiraz, protest; 2) hər hansı təklifin, tədbirin dayandırılmasına nümayişkaranə şəkildə yönəldilmiş fəaliyyət.

obyektiv — hər hansı obyektin özünə mənsub və insan şüurundan asılı olmadan mövcudluğu.


Davamı →

"N" hərfi ilə başlayan tarix terminləri

Nadir şah Əfşar (1688 — 1747) — sərkərdə, İran şahı (1736 — 47). Nadir xan mənşəcə qızılbaş əfşar tayfasındandır. Fəaliyyətinə sərkərdə kimi başlamışdır. 1726-cı ildə İrana soxulmuş əfqanları qovmuşdu. Əfqanlar üzərində qələbə, eləcə də 1730 — 31-ci illərdə osmanlı türklərinə qarşı apardığı uğurlu hərbi döyüşlər Nadir xanın nüfuzunu yüksəltmişdir. O, 1732-ci ildə Səfəvi şahı Təhmasibi devirərək onun azyaşlı oğlu III Abbası şah elan etmiş, özü isə şahın qəyyumu kimi dövlət idarəsini əlində cəmləşdirmişdir. 1736-cı ildə — Osmanlı imperiyası ilə müharibə qurtardıqdan sonra özünü İranın şahı elan etmişdir. Nadir şahın əsas dayağı qızılbaş əfşar tayfası və kürdlər idi. Onun yeritdiyi siyasət mərkəzləşdirilmiş güclü hakimiyyət yaratmağa və İran feodallarının gəlir mənbəyi olan işğalçı müharibələr aparmağa yönəlmişdi. O, tərkibinə Azərbaycan, indiki Ermənistan, Gürcüstan, Dağıstan, Əfqanıstan, Bəlucistan, Xivə və Buxara xanlıqları da daxil edilən böyük imperiya yaratdı. Nadir şah 1739-cu ildə Böyük Moğollar imperiyasının paytaxtı Dehlini tutdu.


Davamı →

Rusiyada Oktyabr silahlı üsyanı

Oktyabr ərəfəsində ölkənin daxili vəziyyəti.Ölkədə inqilabi böhran getdikcə dərinləşirdi. İmperialist müharibəsi və iqtisadi dağıntı şəraitində 1917-ci ilin payızında ümummilli böhranın yetişməsi sürətləndi. Ölkəyə amansız təsərrüfat fəlakəti və aclıq yaxınlaşırdı. Sənayenin ümumi məhsulunun həcmi 1917-ci ildə 1916-cı ilə nisbətən 36,5 faiz azalmışdı. 1917-ci ilin Fevral inqilabından sonra 800-dən çox müəssisə bağlanmış, 170 min fəhlə işdən çıxarılmışdı. Yanacaq və metal hasilatı kəskin azalmışdı. Dəmir yolları ilə yük daşınması 1916-cı ilə nisbətən 34 faiz aşağı düşmüşdü.


Davamı →

Kornilov qiyamı

İyul nümayişindən sonra hökumət gözlənilən üsyanın qarşısını almaq üçün qüvvələrini səfərbərliyə almağa başladı. İnqilaba qarşı özünün barışmaz mövqeyi ilə məşhur olan general L.G.Kornilov iyulun 16-da A.A.Brusilovun yerinə Ali Baş komandan təyin edildi. L.Kornilov orduda mitinqlərin qadağan edilməsi haqqında əmr verdi. Cəbhədə hərbi-səhra məhkəmələri fəaliyyət göstərməyə başladı. Lavr Kornilov arxada da ölüm cəzası qoyulmasını tələb edirdi.


Davamı →

“Hərbi kommunizm” siyasəti

Cəbhədəki ağır vəziyyət Sovet dövlətini məcbur etdi ki, 1918-ci ilin mayından başlayaraq fövqəladə tədbirlər həyata keçirsin. Mayda verilən dekretlə kənd yerlərində ərzağı müsadirə etmək hüququna malik olan xüsusi fəhlə dəstələri təşkil olundu. Eyni zamanda kəndlilərin narazılığından ehtiyat edən hökumət öz sosial bazasın möhkəmlətmək məqsədilə yoxsul komitələri (kombedlər) yaratdılar. Onların əsas vəzifəsi kənd təsərrüfatı məhsullarının toplanmasına kömək etmək idi. Toplanan məhsulun bir hissəsi komitə üzvlərinə çatırdı. Yeni ərzaq siyasəti kəndin təbəqələşməsinə və siyasi cəhətdən bölünməsinə səbəb oldu. Bundan sonra öz hüquqlarının tapdalandığını hesab edən kəndlilərin bir hissəsi «ağ» hərəkata qoşuldu, digər bir hissəsi isə nə «ağları», nə də «qırmızıları» qəbul etməyərək partizan hərəkatında birləşdilər.


Davamı →